Bazar , 7 Dekabr 2025

Digər ölkələr

Kabildə partlayış törədilib

Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib. Boyukmillet.com  TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “Asvaka” agentliyi məlumat yayıb. Bildirilib ki, naməlum şəxslər polis avtomobilinə əldəqayırma partlayıcı atıblar. Partlayış nəticəsində “Taliban” hökumətinin təhlükəsizlik xidmətinin 2 əməkdaşı yaralanıb. Şahidlərin sözlərinə görə, partlayışdan sonra atışma səsləri eşidilib.

Read More »

ABŞ Rusiyaya növbəti dəfə xəbərdarlıq edib

“Ciddi iqtisadi addımlar və bəzi ixracat məhdudlaşdırılmalarının Rusiyaya ciddi təsiri olacaq”. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoria Nuland deyib. O, Rusiyanın Ukraynanı təhdid etdiyini, Avropada təhlükəsizliyi zərbə altına atdığını bildirib: “Rusiya Ukrayna üzərindəki təzyiqləri dayandırmasa, ABŞ müttəfiqləri ilə birlikdə Rusiyaya qarşı ciddi addımlar atmağa hazırdır. Müttəfiqlərimizlə əməkdaşlığa çox inanırıq. Təxminən, 2 …

Read More »

Avropa Parlamenti sədrinin seçkiləri yanvarın 18-də baş tutacaq sessiya zamanı keçiriləcək.

Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, bu barədə Parlamentin mətbuat xidməti məlumat yayıb. Mövcud nizamnaməyə uyğun olaraq  həmin vəzifəni seçkilərə qədər parlament sədrinin birinci müavini Roberta Metsola icra edəcək. Xatırladaq ki, Avropa Parlamentinin sədri David Sassoli ötən gecə Aviano şəhərindəki onkologiya mərkəzində vəfat edib. 66 yaşlı D.Sassoli immun sisteminin pozulması ilə əlaqədar ötən ayın sonundan həmin səhiyyə ocağında yatırdı.

Read More »

Parisdə “Karikatura Evi” açılacaq

Fransanın paytaxtı Parisdə qəzet və jurnallarında dərc edilmiş ən uğurlu karikaturaların toplanacağı “Mətbuat Krikaturaları Evi” yaradılacaq. Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, bununla bağlı Prezident Emmanuel Makron qərar verib. Bu təşəbbüs 2020-ci ildə ortaya çıxıb. Ötən ilin sentyabr ayında isə Mədəniyyət Nazirliyi bu layihə üçün 2 milyon avro ayırıb. Qeyd edilir ki, Parislə yanaşı, “Karikatura Evi”nə ev sahibliyi etmək üçün Strasburq, Limoj, Bordo …

Read More »

Ərəb koalisiyası Yəmənin azad edilməsi əməliyyatına başlayıb

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası husilərin nəzarətində olan ərazilərin bir hissəsini azad etmək məqsədilə bütün cəbhələrdə genişmiqyaslı hərbi əməliyyata başlayıb. Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, bu barədə “Al Hadath” TV məlumat yayıb. Ərəb koalisiyasının nümayəndəsi bildirib ki, husilər ölkədə münaqişənin siyasi həlli prosesinə xələl gətirir və dialoqdan imtina edirlər. Bundan əvvəl yanvarın 10-da ərəb koalisiyasi husi qoşunlarının Yəmənin mərkəzindəki …

Read More »

Bu gün KTMT ölkələrinin liderləri Qazaxıstandakı vəziyyəti müzakirə edəcəklər

Bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri Qazaxıstandakı mövcud vəziyyəti müzakirə etmək məqsədilə videokonfrans vasitəsilə fövqəladə toplantı keçirəcək. “Report” xəbər verir ki, fövqəladə toplantının keçirilməsi təşəbbüsü ilə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev çıxış edib. Bu təklifi Rusiya lideri Vladimir Putin də dəstəkləyib və yanvarın 9-da KTMT-ya sədrlik edən Ermənistan toplantının tarixini açıqlayıb. “Bazar ertəsi (10 yanvar – Red) KTMT …

Read More »

Böyük Çin səddinin bir hissəsi zəlzələ nəticəsində uçub

Böyük Çin səddinin bir hissəsi zəlzələ nəticəsində uçub. Boyukmillet.com  xəbər verir ki, bu barədə “Global Times” məlumat yayıb. Divarın iki metrlik hissəsinin uçmasına səbəb Qansu əyalətinin şimal-qərbindəki Şandanda baş verən zəlzələ olub. Divarın bu hissəsi Min İmperiyası dövrünə (1368-1644) aiddir. Hadisə yerində artıq təmir-bərpa işlərinə başlanılıb. Zəlzələnin gücü Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) qiymətləndirməsinə görə 6,3 bal, Çin seysmoloqlarının fikrincə …

Read More »

Qazaxıstanda ümummilli matəm günüdür

Qazaxıstanın bir sıra bölgələrində çoxsaylı insan itkiləri ilə nəticələnən faciəvi hadisələrlə bağlı bu gün ölkədə ümummilli matəm günü elan edilib. Boyukmillet.com xəbər verir ki, iğtişaşların gedişində nə qədər insanın həlak olduğu hələlik dəqiq bilinmir. Xatırladaq ki, Prezident Kasım-Jomart Tokayev ölkənin bir sıra regionlarında faciəvi hadisələr nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı 2022-ci il yanvarın 10-nu ümummilli matəm günü elan etməyi …

Read More »

Şok gəlişmə: Türkiyənin qarşısından geri çəkildilər – Üç ölkəyə rədd cavabı

Cənubi Kipr və Krit üzərindən Yunanıstana çəkilməsi planlaşdırılan “EastMed” boru kəməri layihəsi ABŞ-dan dəstək almayıb. Boyukmillet.com xəbər verir ki, Yunanıstan rəsmiləri Ankaranın reaksiyasından yayınmaq üçün ABŞ-ın layihəni dəstəkləmədiyini iddia ediblər. Türkiyənin Şərqi Aralıq dənizindəki strateji addımlarına qarşı İsrail, Yunanıstan və Cənubi Kiprin yunan administrasiyası 2020-ci ilin yanvar ayında sözügedən su hövzəsindən çıxarılan qazın nəqli ilə bağlı “EastMed” müqaviləsi imzalayıb. Müqavilə 2020-ci …

Read More »

Qırğızıstan Qazaxıstana nota verib

Qırğızıstan hakimiyyəti Bişkekdəki Qazaxıstan səfirliyinə etiraz notası göndərib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sputnik Qırğızıstan” məlumat yayıb. Notaya səbəb məşhur qırğız musiqiçi Vikram Ruzaxunovun bu ölkənin hakimiyyət orqanları tərəfindən saxlanmasıdır. Buna etiraz olaraq Bişkek sakinləri Qazaxıstan səfirliyi qarşısında aksiya keçiriblər. Onlar Qazaxıstan hakimiyyətindən qırğız musiqıçinin azadlığa buraxılmasını tələb ediblər. Mitinqdə Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyev iştirak edib. Ruzaxunovun saxlanmasına …

Read More »