Polşa Prezidenti Andjey Dudaya COVID-19 diaqnozu qoyulub. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin “Reç Pospolita” qəzeti məlumat yayıb. Dövlət başçısı karantinə yerləşdirilib. “Prezident yaxşıdır, virusun ciddi əlamətləri yoxdur və o, həkimlərin daimi nəzarəti altındadır”, – Prezident Administrasiyasının rəhbəri Pavel Şrot bildirib.
Read More »Qazaxıstan Prezidenti sosial-iqtisadi vəziyyətin sabitləşdirilməsi ilə bağlı tapşırıqlar verib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə sosial-iqtisadi vəziyyəti sabitləşdirmək məsələləri üzrə bir sıra tapşırıqlar verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Administrasiyası məlumat yayıb. Bildirilib ki, Prezident Kasım-Jomart Tokayev sosial-iqtisadi vəziyyətə dair məsələlərlə bağlı müşavirə keçirib. Məlumata görə, sosial-iqtisadi vəziyyətin sabitləşdirilməsi proqramında dövlət başçısının verdiyi tapşırıqları maye qaz, benzin və dizel yanacağının qiymətinin dövlət tərəfindən 180 günə tənzimlənməsi, “Fiziki …
Read More »BMT Rusiyanın ABŞ və NATO ilə məsləhətləşmələrindən gözləntilərini açıqlayıb
Birləşmiş Millətlər Təşkilatı (BMT) ümid edir ki, Rusiyanın ABŞ, NATO və ATƏT ilə təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələrinin nəticəsi gərginliyin azaldılmasına gətirib çıxaracaq. Boyukmillet.com BMT-nin saytına istinadən xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın sözçüsü Stefan Dujarrik keçirdiyi brifinqdə məlumat verib. Beynəlxalq təşkilatın nümayəndəsi bildirib ki, BMT Ukrayna ətrafında hər hansı hərbi əməliyyatın keçirilməsinin tərəfdarı deyil. O, həmçinin bildirib ki, BMT Ukrayna …
Read More »Qazaxıstanda etiraz aksiyaları toqquşmalarla nəticələnib, ölkə rəhbəri xalqa müraciət edib
Qazaxıtanın Almatı şəhərində qazın qiymətinin iki dəfə artırılmasına qarşı keçirilən etiraz aksiyaları toqquşmalarla nəticələnib. Boyukmillet.com xəbər verir ki, şəhərin mərkəzi meydanında etirazçılarla polis arasında toqquşmalar yaranaıb, aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edilib. Bir neçə etirazçının saxlanıldığı bildirilir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qazın qiymətinin iki dəfə artması fonunda ölkənin müxtəlif şəhərlərində icazəsiz aksiyaların keçirilməsi ilə bağlı xalqa müraciət edib. Dövlət …
Read More »Mavritaniya Prezidentində virus aşkarlanıb
Mavritaniya İslam Respublikasının Prezidenti, 65 yaşlı Mohamed uld Qazvani koronavirusa yoluxub. Dövlət başçısının xəstəliyi soyuqdəymə əlamətlərinin yoxlanılmasından sonra təsdiqlənib. Portal qeyd edib ki, hazırda Qazvanidə COVID-19-un yüngül əlamətləri mövcuddur.
Read More »İsrailin hərbi helikopteri qəzaya uğrayıb, ölənlər var
İsrailin Müdafiə Qüvvələrinə məxsus “Eurocopter Panther” tipli helikopter qəzaya uğrayıb. Məlumata görə, hadisə ölkənin şimalındakı Hayfa şəhəri sahillərində baş verib. Qəza zamanı helikopterdə üç ekipaj üzvü olub. Hadisə yerinə çoxlu sayda axtarış-xilasetmə qrupu cəlb olunub. Axtarış-xilasetmə işləri havadan, qurudan və dənizdən davam etdirilir. Boyukmillet.com xəbər verir ki, helikopterin heyət üzvlərindən biri tapılıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun səhhəti barədə məlumat verilmir. …
Read More »“Taliban” mağazalardakı manekenlərin başını kəsməyi əmr edib
Əfqanıstanda ötən ilin avqustunda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatının rəsmiləri manekenlərin İslamda qadağan olunmuş bütlərlə eyniləşdirilməsinə qərar verib və onların başlarının kəsilməsini əmr edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sunday Times” məlumat yayıb. “Taliban” tərəfindən yaradılmış Yaxşılığın Təbliği və Qüsurun Qarşısının Alınması Nazirliyi Herat əyalətindəki mağaza sahiblərinə manekenləri müsəlman qaydalarına uyğunlaşdırmağı tapşırıb. Nazirlikdən bildirilib ki, göstərişi yerinə yetirməyənləri ağır cəza gözləyir.
Read More »Almaniyada müsəlmanların məzarları naməlum şəxslər tərəfindən dağıdılıb
Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətinin İzerlon şəhərindəki müsəlman qəbiristanlığında 20 məzar naməlum şəxs və ya şəxslər tərəfindən dağıdılıb. Bu barədə “Boyukmillet.com” “Haber Global”a istinadən xəbər verir. Qeyd edilir ki, Almaniyada müsəlman qəbiristanlıqlarına hücumlar davam edir. Naməlum şəxs və ya şəxslər müsəlman qəbiristanlığına hücum edib. Şəhərin girişində yerləşən qəbiristanlıqdakı 100-dən çox qəbiristanlıqdan 20-si dağıdılıb. Əraziyə prokurorluq və polis əməkdaşları çağırılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları …
Read More »Sudanda hərbi çevrilişə qarşı etirazlarda ölənlərin sayı 54 nəfərə çatıb
Sudanda hərbi çevrilişə qarşı etirazlarda ölənlərin sayı 54 nəfərə çatıb. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Sudan Həkimləri Mərkəzi Komitəsinin məlumatında deyilir. Komitənin məlumatına görə, hərbi çevriliş əleyhinə 30 dekabrda keçirilən nümayişlər zamanı güllə yarası alan 23 yaşlı Abdullah Abbasın həyatını itirib. Açıqlamada Abbasın ölümü ilə 30 dekabr 2021-ci il nümayişlərində həlak olanların sayının 6-ya, 25 oktyabr …
Read More »Misirdə leysan yağışlar insan tələfatına səbəb olub
Misirdə leysan yağışlar insan tələfatına səbəb olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Al Youm As Sabi” portalı məlumat yayıb. Məlumata görə, ölkədə atmosfer cəbhəsi güclü yağışlar və dumanlarla müşahidə edilib. Qeyd olunur ki, əlverişsiz hava şəraiti nəticəsində baş verən qəzalar nəticəsində 3 nəfər ölüb. Ölkənin Səhiyyə Nazirliyi bir kişinin Kəfr əş-Şeyx əyalətində elektrik cərəyanı vurması nəticəsində ölməsinə aydınlıq gətirib. …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
