Cümə , 5 Dekabr 2025

Digər ölkələr

ABŞ Prezidenti ştatlara “omikron” ştamına görə əlavə yardım vəd edib

ABŞ federal hökuməti ölkədə koronavirusun “omikron” ştamının yayılması fonunda ştatların orqanlarına əlavə dəstək verməyə hazırdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident Cozef Bayden videobağlantı vasitəsilə ştat qubernatorları ilə görüşdə bildirib. “Biz, xüsusən də bayram fonunda koronavirusa yoluxma hallarının sayının artmasını müzakirə etdik. Keçən həftə qeyd etdiyim kimi, “omicron” narahatlıq mənbəyidir, lakin panikaya səbəb olmamalıdır. Biz insanların həyatını xilas etməyi, …

Read More »

Rusiyada qəza enişi edən helikopter tapılıb, ölən var

Rusiyanın Udmurtiya Respublikasında qəza enişi edən helikopter tapılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Udmurtiyanın rəhbəri Aleksandr Breçalov bildirib. “Xilasedicilər qəza enişi edən və göyərtəsində iki nəfərin olduğu helikopteri aşkar ediblər. Təəssüf ki, ekipaj üzvlərindən biri həlak olub. Digər şəxsə hazırda bütün lazımi köməklik göstərilir”, – deyə Aleksandr Breçalov vurğulayıb. Qeyd edək ki, hadisə ötən gün Bakı vaxtı ilə saat 15:00 …

Read More »

Mövlud Çavuşoğlu: “Hazırda F-35-lərin alınması ilə bağlı problemlər var”

“Hazırda F-35-lərin alınması ilə bağlı problemlər var”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu keçirdiyi mətbuat konfransında deyib. “ABŞ Prezidenti Cozef Bayden Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla son görüşündə problemlərin həll olunmasını istədiyini, əlaqələrimizin inkişafında maraqlı olduğunu bildirmişdu. İnanıram ki, gələcəkdə dialoqlar olacaq. Lakin bu gün F-35 satılmayacaqsa, ya verdiyimiz pullar qaytarılmalı, ya da həmin məbləğdə yeni …

Read More »

Burkino Fasoda hərbçilərə silahlı hücum olub, onlarla ölən var

Burkina Fasoda Vətən Müdafiəsi döyüşçülərinin karvanı şimaldakı Lorum əyalətində pusquya düşüb. Boyukmillet.com xəbər verir ki, naməlum şəxslər tacirləri müşayiət edən əsgərlərə hücum ediblər. Hücum nəticəsində dəstənin 41 üzvü həlak olub. Hökumət hücumu qəti şəkildə pisləyib. Burkina Faso prezidenti Mark Kristian Kabore ölkədə iki günlük matəm elan edib.

Read More »

NATO-Rusiya Şurasının yanvarın 12-də iclası planlaşdırılır

Yanvarın 12-də NATO-Rusiya Şurasının iclası planlaşdırılır. Boyukmillet.com xəbər verir ki, bu barədə NATO rəsmisi “Anadolu” agentliyinə bildirib. Stoltenberq NATO-Rusiya Şurasının sədri kimi iclasın yanvarın 12-də çağırılmasına qərar verib. “Görüşlə bağlı Rusiya ilə əlaqə saxlayırıq”, – deyə rəsmi bildirib. NATO Baş Qərargah Rəislərinin toplantısı da eyni gündə Brüsseldə keçiriləcək. Son aylarda Ukraynadakı vəziyyətlə bağlı NATO ilə Rusiya arasında gərginlik artıb və …

Read More »

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalarla bağlı razılığa gələ bilmir

Avropa İttifaqında (Aİ) Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı müzakirələr başlayıb, lakin bu məsələdə ölkələr arasında hələ də konsensus yoxdur. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb. Qəzetin yazdığına görə, Aİ Rusiyanı Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə yeni sanksiyalar tətbiq etməklə hədələyib. Eyni zamanda, Aİ-nin xarici siyasətində qərarların qəbulu bütün üzv dövlətlərin razılığı əsasında qəbul …

Read More »

BƏƏ Azərbaycanı pandemiya baxımından təhlükəsiz ölkələr siyahısına salıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabinin Mədəniyyət və Turizm Departamenti Azərbaycanı təhlükəsiz səyahət istiqamətləri siyahısına salıb. Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, BƏƏ-nin paytaxtı Əbu-Dabinin Mədəniyyət və Turizm Departamenti Afrika və Latın Amerikasının bir sıra ölkələri istisna olmaqla təhlükəsiz səyahət istiqamətləri siyahısını yeniləyib. Departament “yaşıl” adlanan siyahıdakı 95 ölkənin sayını 73-ə endirib. Adları “yaşıl” siyahıya salınan ölkələrdən …

Read More »

Qırğızıstan-Tacikistan sərhədində insident olub

Qırğızıstan-Tacikistan sərhədində insident olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Mühafizə Xidməti məlumat yayıb. Belə ki, Tacikistan vətəndaşları sərhədə yaxın Qırğızıstan sakinlərinin avtomobillərinə daş atıblar. Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidməti ölkə vətəndaşlarının xəsarət almadığını bildirib. İnsidentdən dərhal sonra Qırğızıstan və Tacikistan sərhəd zastavalarının rəisləri arasında görüş keçirilib və onlar vəziyyəti sabitləşdirmək üçün …

Read More »

Воспитывать на примере лидеров мира — как общенациональный Лидер Гейдар Алиев и Президент Азербайджанской Республики Ильхам Алиев

Днепропетровская, Запорожская, Полтавская, Сумская, Черниговская области), кандидат политических наук Афган Салманов, по приглашению дирекции Сумской начальной школы № 30 «Уникум», прочитал лекцию «Феномен лидера в развитии Азербайджана» для педагогов, которые работают по Международной программе социально-эмоционального обучения детей «Лидер во мне». (Программа №1 в мире социально-эмоционального обучения. Ключевой компонент которой — синтез универсальных принципов личности и межличностной эффективности, которые одинаково понятны …

Read More »

NATO gəmisi Ukrayna limanına daxil olub

NATO-nun Fransa istehsalı olan “Auvergne D654” çoxməqsədli döyüş gəmisi dekabrın 24-də Ukraynanın Odessa limanına yan alıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb. Gəmini Ukrayna Hərbi Dəniz Qüvvələri komandanı kontr-admiral Aleksey Neijpapa qarşılayıb və göyərtəyə qalxıb. Məlumata görə, “Auvergne D654” NATO-nun bu il Odessa limanına daxil olan 10-cu gəmisidir. Bildirilib ki, gəmi dekabrın 28-dək Odessa limanında qalacaq.

Read More »