Bazar , 11 Yanvar 2026

Digər ölkələr

Ötən il dünyada 55 jurnalist öldürülüb

“Ötən il dünyada 55 jurnalist və media işçisi öldürülüb”. Boyukmillet.com xəbər verir ki, bunu UNESKO-nun baş direktoru Odre Azule deyib. O bildirib ki, 2021-ci ildə xeyli sayda jurnalistə həqiqəti üzə çıxarmaq baha başa gəlib: “İndi dünyanın hər zamankından daha çox obyektiv xəbərə ehtiyacı var. Biz bu işi görənlərin qorxmadan işləmələri üçün daha çox çalışmalıyıq. Əvvəlki illərdə olduğu kimi, 2021-ci ildə …

Read More »

Qazaxıstan Prezidenti silahlılara xəbərdarlıq edilmədən atəş açılmasına dair əmr verib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qanunsuz silahlı dəstə üzvlərinə xəbərdarlıq edilmədən atəş açmaq əmri verib. Boyukmillet.com xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb. Bildirilib ki, Kasım-Jomart Tokayev yanvarın 7-də ölkə əhalisinə yenidən müraciət edib. O, müraciətində qanunsuz silahlılara xəbərdarlıq edilmədən atəş açılması haqqında əmr verdiyini də vurğulayıb. Dövlət başçısı həmçinin müraciətində ölkə üzrə elan etdiyi fövqəladə vəziyyət rejimini mərhələ-mərhələ aradan qaldıracağına …

Read More »

Tacikistan və Qırğızıstan parlamentləri Qazaxıstana sülhməramlı göndərilməsinə razılıq verib

Tacikistan parlamenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tərkibində Qazaxıstana sülhməramlı taborun göndərilməsi haqqında qərar qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bir müddət əvvəl Tacikistanın Müdafiə Nazirliyi Qazaxıstana 200 nəfərdən ibarət sülhməramlı göndərməyə hazır olduğunu açıqlamışdı. Qırğız Respublikasının parlamenti də Qazaxıstana sülhməramlı kontingent göndərilməsinə dair qərar qəbul edib. Bu məqsədlə qonşu dövlətə 150 hərbçi göndəriləcək. Qeyd …

Read More »

Qazaxıstanın müstəqilliyi təhdid ALTINDADIR

Son günlər dünyanın diqqət mərkəzi Qazaxıstandadır. Türk Dünyasının önəmli ölkələrindən biri olan Qazaxıstanda nələr baş verir? Maye qazın qiymət artımı ilə başlanan etirazın siyasi mərhələyə keçməsi və xaosun ayaqlanması bu sualın cavabının sadəcə sosial məsələdən ibarət olmadığını asanlıqla deməyə əsas verir. Vəziyyət o qədər qəlizləşib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kollektiv sülhməramlı qüvvələri dövlət və hərbi obyektlərin mühafizəsi, vəziyyəti sabitləşdirmək üçün …

Read More »

Binəli Yıldırım: “Qazaxıstana hər cür dəstək verməyə hazırıq”

“Qazaxıstanda həyatın normal axışına dönməsi üçün hər cür dəstək verməyə hazırıq”. Boyukmillet.com xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri, hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım tviter səhifəsində yazıb. “Son günlər Qazaxıstanda baş verən hadisələrin ölkənin sülh və sabitliyinə zərər vermədən başa çatmasını arzulayırıq. Türk Dövlətləri Təşkilatı ağsaqqalları olaraq Qazaxıstanla güclü …

Read More »

Mövlud Çavuşoğlu NATO XİN başçılarının fövqəladə toplantısında iştirak edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın 7-də NATO ölkələri xarici işlər nazirlərinin fövqəladə toplantısına qatılacaq. Boyukmillet/com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, videokonfrans formatda keçiriləcək iclasda Avropadakı təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Read More »

Əfqanıstanda daşqın 11 nəfərin həyatına son qoyub

Əfqanıstanda daşqın və güclü qar səbəbindən azı 11 nəfər ölüb, 23 nəfər zərər çəkib. Boyukmillet.com xəbəbr verir ki, son günlərdə güclü yağan qar daşqınlara səbəb olur. Ölkənin Gilmend, Nimroz, Nanqarhar, Bədəhşan, Cauzcan, Tahar, Qəndəhar və Kabil kimi bölgələrində oxşar vəziyyət müşahidə olunur. Fövqəladə hallar üzrə qurumların nümayəndələri onlarla insanı xilas edərək təbii fəlakət zonalarından təxliyə ediblər.

Read More »

KTMT-nin hərbi qüvvələri artıq Qazaxıstandadır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kollektiv sülhməramlı qüvvələri artıq Qazaxıstana göndərilib. Boyukmillet.com xəbər verir ki, bu barədə KTMT katibliyi məlumat yayıb.  Məlumatda qeyd edilib ki, Rusiya Hava-desant Qüvvələri Qazaxıstana göndərilən KTMT sülhməramlı qüvvələrinin bir hissəsidir. Son məlumata görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı kontingenti artıq Qazaxıstanda vəzifəsini icra etməyə başlayıb. Məlumata görə, Qazaxıstana göndərilən KTMT qoşunlarına Rusiya, Belarus, Qırğızıstan, Tacikistan, Ermənistan silahlı qüvvələrinin bölmələri daxildir.Kollektiv Qüvvələrinin …

Read More »

Qırğızıstan, Rusiya, Ermənistan, Qazaxıstan liderləri Almatıdakı vəziyyəti müzakirə ediblər

Qırğızıstan Prezidenti Sadır Japarov Qazaxıstan Prezidenti, eləcə də Rusiya və Ermənistan liderləri ilə Qazaxıstandakı mövcud vəziyyəti müzakirə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb. “Prezident KTMT-yə üzv dövlətlərin rəhbərləri ilə bir sıra telefon danışığı aparıb. Dövlət başçısı Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, o cümlədən Ermənistanın Baş naziri Nikol Paşinyanla, həmçinin Rusiya Federasiyasının Prezidenti Vladimir …

Read More »

Qazaxıstanın maliyyə qurumları fəaliyyətini dayandırıb, Almatıda talançılar əhatəyə alınıb

Qazaxıstanın bütün maliyyə təşkilatları antiterror əməliyyatı və internetdə fasilələr fonunda fəaliyyətini dayandırıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə “Xabar 24” telekanalı Milli Bankın mətbuat katibi Oljas Ramazanova istinadən xəbər verib. “Qazaxıstan Respublikasının Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi və Qazaxıstan Milli Bankı hüquq-mühafizə orqanları tərəfindən antiterror əməliyyatlarının aparılmasını və internetdə müvəqqəti fasilələri nəzərə alaraq, bütün maliyyə təşkilatlarının fəaliyyətinin müvəqqəti dayandırılması barədə …

Read More »