Cümə , 5 Dekabr 2025

Digər ölkələr

Əşrəf Qaninin Əfqanıstandan BƏƏ-yə necə getdiyi məlum olub

Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qaninin ölkəni necə tərk etdiyi açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Əfqanıstanın “Hasht e Subh Daily” qəzeti keçmiş liderə yaxın mənbəyə istinadən məlumat yayıb. Belə ki, Ə.Qani əvvəlcə xidməti helikopterlə Özbəkistana, oradan isə Qazaxıstanın “FlyJet” aviaşirkətinin təyyarəsi ilə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedib. Bir neçə helikopter passportları olmayan 54 nəfəri Özbəkistanın Termez şəhərinə aparıb. Helikopterlərdə …

Read More »

Əfqanıstanın şimalında toqquşma olub

Əfqanıstanın şimalındakı Pərvan əyalətinin mərkəzi Çərikar şəhərində bir neçə güclü partlayış baş verib. Boyukmillet.com “Afghanistan İnternational”a istinadən xəbər verir ki, günorta saatlarında baş vermiş partlayışlardan sonra atışma başlayıb. Mənbələrə görə, bu, iqtidardakı “Taliban” hərəkatının döyüşçülərilə Milli Müqavimət Cəbhəsi arasında toqquşma ola bilər. “Taliban” bu məsələyə hələlik münasibət bildirməyib.

Read More »

Azərbaycanın İtaliyadakı səfiri erməni keşişin yalan iddialarına cavab verib

İtaliyada dini çevrələrə bağlı olan Riforma.it qəzetində dərc olunmuş Böyük Britaniya və İrlandiyanın erməni kilsəsinin primatı, yepiskop Hovakim Manukyanun Azərbaycana qarşı yalan iddialarına cavab olaraq həmin qəzetdə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin məktubu dərc olunub. Azərbaycanının İtaliyadakı Səfirliyindən  verilən məlumata görə, diplomat məktubunda Azərbaycanda Dağlıq Qarabağ adlanan inzibati ərazi vahidinin olmadığını, ümumilikdə Azərbaycan ərazisinin 20%-ni təşkil edən Qarabağ və Şərqi Zəngəzurun 90-cı …

Read More »

Varşavada azərbaycanlı və erməni gənclər arasında insident yaşanıb

Polşanın paytaxtı Varşavada azərbaycanlı və erməni gənclər arasında insident yaşanıb. “Report”un Avropa bürosunun məlumatına görə, hadisə Varşavanın Belyanı (Bielany) rayonunda baş verib. Belə ki, axşam saatlarında yaşadıqları ərazidə küçədə azərbaycanlı gənclərin ucadan ingiliscə “Karabakh Is Azerbaijan!” şüarları yaxınlıqdakı kafedə əyləşən 4-5 nəfərdən ibarət gənc erməni oğlan və qızların etirazına səbəb olub. Onların iradına baxmayaraq azərbaycanlı gənclər şüar səsləndirməsini davam ediblər. …

Read More »

Türkiyə ordusunun İraqdakı düşərgəsi raket atəşinə tutulub

İraqın şimalındakı Naynava əyalətində yerləşən Türkiyə ordusuna məxsus düşərgə raket atəşinə tutulub. Boyukmillet.com xəbər verir ki, bu barədə İraqın “Shafaq” agentliyi mənbəsinə istinadən xəbər verir “Türkiyə ordusunun Mosulun şimalında yerləşən Zelkan düşərgəsi raket atəşinə tutulub. Beş raket düşərgənin yaxınlığına düşüb. Onlardan üçü partlayıb, digər ikisi isə yox”, məlumatda deyilir.

Read More »

Macarıstanın xarici işlər naziri: “Dunyada yeni soyuq müharibə təhlükəsi var”

Beynəlxalq münasibətlərin hazırkı vəziyyəti dünyanı yeni “soyuq müharibə” vəziyyətinə qaytara bilər. Boyukmillet.com xəbər verir ki, bunu Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyarto deyib. Macarıstanın baş diplomatı pandemiyanın yaratdığı çoxsaylı problemlərlə yanaşı, eyni zamanda ölkələrin bir-birindən daha çox asılı vəziyyətə düşdüyünü qeyd edib. “Bir-birimizdən asılı olan dünyada yaşayırıq, buna görə də Şərq və Qərb arasında əməkdaşlığın daha çox …

Read More »

Çinin şərqində gəmilər toqquşub, ölən və itkin düşənlər var

Çinin Çjeszyan şərq əyalətinin akvatoriyasında iki gəminin toqquşması bir nəfərin həlak olmasına gətirib çıxarıb, daha iki nəfər itkin düşmüş hesab edilir. Boyukmillet.com  xəbər verir ki, bu barədə dəniz işləri üzrə əyalət idarəsinə istinadən “Çjunqo sinvenvan” informasiya resursu bildirib. Hadisə çərşənbə günü axşam Çjouşan adalarından şərqdə olub. Bildirilir ki, fəlakət siqnalı Panamada qeydə alınmış yük gəmisinin və Çin balıqçı gəmisinin toqquşmasından …

Read More »

Ərdoğan Nyu-Yorkda türk, Azərbaycan və digər müsəlman icmalarının üzvləri ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Nyu-York şəhərində yaşayan türk və müsəlman icmalarının üzvləri ilə görüşüb. “Report”un yerli bürosu xəbər verir ki, “Daha ədalətli bir dünya mümkündür” şüarı ilə, ABŞ-da fəaliyyət göstərən Türkiyə-Amerika Milli İstiqamətləndirmə Komitəsi TASC-ın təşkilatçılığı ilə baş tutan görüş Nyu-Yorkun Manhetten adasında “Manhattan Center”də baş tutub. Görüşdə Nyu-Yorkda yaşayan Azərbaycan icmasının fəalları da iştirak edib. Tədbirdə çıxış …

Read More »

ABŞ-da Azərbaycanın BMT nümayəndəliyinin fəaliyyət göstərəcəyi “Türk evi” açılacaq

ABŞ-ın Nyu-York şəhərində 2017-ci ildə təməli qoyulan “Türk evi” binası açılışa hazırdır. “Report”un yerli bürosu xəbər verir ki, Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyinin və Nyu-Yorkdakı Baş Konsulluğunun yerləşəcəyi binanın açılışını BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan edəcək. Açılış mərasimi sentyabrın 20-də baş tutacaq. Pandemiya səbəbindən açılışı təxminən bir il gecikən “Türk evi” …

Read More »

Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana təhvil verilib

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilən Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Boyukmillet.com  xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Qeyd olunub ki, o, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

Read More »