Cümə axşamı , 16 May 2024

DİN

Azərbaycanda Həcc ziyarətinin təşkili qaydalarına dəyişiklik edilib

“Qafqaz Müsəlmanları İdarəsində Həcc ziyarətinin təşkili ilə məşğul olanlar var. İdarənin nümayəndələri Səudiyyə Ərəbistanına səfər etmişdilər və bu istiqamətdə danışıqlar aparılıb”. Bunu “Report”un sualına cavab olaraq İdarənin sədri şeyxülislam Allahşükür Paşazadə deyib. O bildirib ki, koonavirus pandemiyası səbəbindən iki il ziyarətlə bağlı çətinliklər vardı: “Bu il üçün Azərbaycanda Həcc ziyarətinin təşkili ilə bağlı qaydalara müəyyən dəyişikliklər edilib. Nümayəndə heyəti Vətənə qayıtdıqdan …

Read More »

Şuşada türkdilli dövlətlərin dini liderlərinin toplantısı keçiriləcək

Şuşada türkdilli dövlətlərin dini liderlərinin toplantısı keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. Sədrin sözlərinə görə, tədbirin bu ilin sentyabr ayının sonu oktyabr ayının əvvəlində keçirilməsi planlaşdırılır. O qeyd edib ki, tədbirdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə və Azərbaycan dini liderlərinin iştirakı nəzərdə tutulub: “Ümid edirəm ki, gələcəkdə bu kimi konfrans və …

Read More »

Allahşükür Paşazadə BƏƏ rəhbərliyi ilə görüşəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir. Beynəlxalq Müsəlman Cəmiyyətləri Şurasının təşkilatçılığı ilə 8-9 may 2022-ci il tarixlərində paytaxt Əbu-Dabi şəhərində keçirilən “İslam Vəhdəti: konsepsiya, imkanlar, çağırışlar” mövzusunda beynəlxalq konfransda iştirak edən QMİ sədri fəxri qonaqların təmsil olunduğu Rəyasət Heyətində yer alıb. Konfrans çərçivəsində Şeyxülislam A.Paşazadə İslam Əməkdaşlığı Təşkilatının Baş katibi Hüseyn İbrahim Taha, …

Read More »

Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinə gedib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinə səfərə yola düşüb. Səfərdə məqsəd Beynəlxalq Müsəlman Cəmiyyətləri Şurasının təşkilatçılığı ilə 8-9 may 2022-ci il tarixlərində paytaxt Əbu-Dabi şəhərində “İslam Vəhdəti: konsepsiya, imkanlar, çağırışlar” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etməkdir. Konfransın mövzuları İslam cəmiyyətlərinin XXI əsrdə qarşılaşdığı, İslam dövlətləri, cəmiyyətləri, təşkilatları və sıravi fərdlərdən müsəlmanların 20-ci əsrədək tarix boyu …

Read More »

Allahşükür Paşazadə: “Dini dəyərlər və atributlarının təhqir olunması hallarını qətiyyətlə pisləyirik”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə son günlərdə İsveç və Danimarkada Qurani-Kərim kitabının yandırılmasına münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, o bildirib ki, dini zəmində qarşıdurmaya təşviq edən nifrət çağırışlarının əyani sübutu son günlərdə İsveç və Danimarkada müqəddəs Qurani-Kərim kitabının yandırılması cəhdləridir. “Biz bunu çirkin əməl kimi qınayır, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, …

Read More »

Gəncədə bayram namazı qılınıb

Gəncə şəhərindəki “İmamzadə” ziyarətgahında və bütün məscidlərdə Ramazan bayramı namazı qılınıb. Boyukmillet.com xəbər verir ki, ziyarətgahda qılınan bayram namazında Türkiyənin Gəncədəki Baş Konsulu Zəki Öztürk də iştirak edib.Bayram namazından sonra Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi yad edilib, ölkəmizə firavanlıq, ailələrə ruzi, bərəkət və bolluq arzulanıb. Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 2-də …

Read More »

Məhərrəm ayının başlanacağı tarix açıqlanıb

Bu il üçün Məhərrəm ayının başlanma tarixi açıqlanıb. “Report”un Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) əldə etdiyi məlumata görə, Miladi təqvimi ilə iyulun 30-u Məhərrəm ayının ilk günüdür. Belə ki, Hicri-qəməri təqvimi ilə 1443-cü il başa çatır, yeni 1444-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i iyulun 30-na təsadüf edir. Məhərrəm ayının 10-u – Aşura günü isə avqustun 8-nə düşür. Aşura günündə ənənəvi …

Read More »

Allahşükür Paşazadə: “Türkdilli xalqların mənəvi birliyini yaratmaq bizim borcumuz idi”

“Türk Dövlətləri Təşkilatının dövlət başçılarının birliyi yarandıqdan sonra mənəvi birliyə böyük ehtiyac duyulurdu. Çünki qlobollaşma dövründə dini, dili, tarixi bir olan türkdilli ölkələrin, xalqların birliyini yaratmaq bizim borcumuz idi. Bu istiqamətdə artıq uzun zamandır işlər gedirdi. Sevindirici haldır ki, türkdilli dövlətlərin və onların liderlərinin birliyinin yaranması, bizim də mənəvi birliyimizin formalaşmasına təkan verib. Əsas məsələlərdən biri isə budur ki, dövlət …

Read More »

Allahşükür Paşazadə: “Azad edilən ərazilərdə türk-İslam abidələri bərpa olunur”

“44 günlük Vətən müharibəsində Azərbaycan xalqı müdrik lideri, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti sayəsində 30 illik işğala son qoyaraq öz ərazilərini azad edib. Ermənistan işğal dövründə Azərbaycana qarşı təkcə etnik təmizləmə və soyqırım deyil, ölkəmizin Türk-İslam mədəni və mənəvi irsinə qarşı da təcavüz siyasəti yeridib”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) …

Read More »

Allahşükür Paşazadə Vatikana gedir, Roma Papası ilə görüşəcək

Yanvarın 12-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Vatikana səfərə yola düşəcək. Boyukmillet.com xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların təmsil olunduğu nümayəndə heyətinə Azərbaycan dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov və Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete daxildi. …

Read More »