Cümə axşamı , 19 Sentyabr 2024

DİN

Dini konfessiyaların rəhbərləri İlham Əliyevi təbrik edib

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrik məktubunda deyilir: “Möhtərəm cənab Prezident! Zati-alinizi ad gününüz münasibətilə təbrik etməkdən şərəf duyur, Azərbaycan xalqı və dövləti naminə misilsiz fəaliyyətinizə, beynəlxalq müstəvidə böyük dəyər kəsb edən səylərinizə Uca Yaradandan uğurlar diləyirik. Siz müdrikliyinizi yaşınızla, təvəllüd tarixinizlə deyil, əməllərinizlə, dövlətçilik təfəkkürünüzlə təsdiq etmiş dövlət xadimisiniz. …

Read More »

Dini konfessiya rəhbərləri Xankəndi-Laçın yolunda keçirilən aksiya ilə bağlı bəyanat yayıb

Azərbaycandakı dini konfessiya rəhbərləri Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası ilə bağlı birgə bəyanat yayıb. Bəyanatda deyilir: “Biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri icmalarımızın arzu və iradəsini ifadə edərək, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış suveren ərazisi olan Şuşadan keçən Xankəndi-Laçın yolunda ölkəmizin qeyri-hökumət təşkilatlarını təmsil edən nümayəndələr, ziyalılar, gənclər, ekoloqlar və jurnalistlərin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan …

Read More »

Dövlət Komitəsi İrana casusluq edən şəbəkələrin ifşa edilməsinə münasibət bildirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov Azərbaycanda İran hökumətinə işləyən casus şəbəkələrinin ifşa edilməsinə münasibət bildirib. Boyukmillet.com-un xəbərinə görə, o, jurnalistlərə açıqlamasında qeyd edib ki, belə hallar əvvəllər də olub. “Bu gün dövlət təhlükəsizlik orqanlarının peşəkarlığı o səviyyədədir ki, bundan sonra da belə aktiv tədbirlər keçiriləcək və belə təhdidlərin qarşısı zamanında alınacaq. Birmənalı deyə bilərik ki, …

Read More »

Azərbaycandakı dini konfessiya rəhbərləri Prezident İlham Əliyevi təbrik edib

Azərbaycandakı dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsində (QMİ) bu gün keçirilən Zəfər Gününə həsr olunmuş tədbirdə dini konfessiya rəhbərlərinin dövlət başçısına təbrik məktubu oxunub. Toplantıda Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərlərinin, QMİ Qazılar Şurasının üzvləri, QMİ-nin səlahiyyətli nümayəndələrinin iştirak etdikləri tədbirdə Şeyxülislam Allahşükür Paşazadə çıxış edib: “Bu gün xalqımızın, dövlətimizin …

Read More »

Şeyxülislam İranın əsl qiymətini verdi: “Qardaşım məni erməniyə satdı”

“Baxmayaraq ki, İran İslam Respublikası deyilir, amma onların bizim sərhədlərdə manevr etməsi yolverilməzdir. Mən televizorda gördüm ki, hərbçilər hətta təyyarəyə oturanda bir din xadimi gəlib Qurani-Kərimlə xeyir-dua verir. Bu nəyə xeyir-dua verir? Hara göndərir? Azərbaycana? Müsəlman dövlətinin sərhədinə, ona əzələ göstərməyə göndərir. Bu, heç də müsəlmana yaraşan hərəkət deyil. Mən bunu gözləmirdim. Bəs harada idi bunların səsi? Bir gecədə Xocalıda …

Read More »

QMİ İranın Azərbaycana qarşı son təhdidləri ilə bağlı etiraz bəyanatı yayıb

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanın dini mərkəzi olaraq son vaxtlar ölkəmizə qarşı qonşu İrandan səsləndirilən təhdidedici iddia və bəyanatlar, xüsusilə də Azərbaycanla sərhəd boyunca həyata keçirilən hərbi təlimlərin doğurduğu narahatlıqla bağlı bəyanat yayıb. Boyukmillet.com-un xəbərinə görə, bəyanatda deyilir: “Azərbaycan xalqı və dövləti öz qonşuları ilə sülh, qarşılıqlı anlaşma və hörmət üzərində qurulan münasibətləri vacib sayır və bu istiqamətdə bütün sahələrdə …

Read More »

İran XİN başçısının Qafanda səsləndirdiyi fikirləri geri götürməsi tələb edilir

“Qafqaz Müsəlmanları İdarəsi (QMİ) olaraq, İranın Xarici İşlər Naziri Hüseyn Əmir-Abdullahianın Qafanda erməni baş konsulluğunun açılış mərasimində verdiyi açıqlamanı qətiyyətlə pisləyir, sözlərini geri götürməsini tələb edirik”. Boyukmillet.com xəbər verir ki, bunu QMİ İranın Azərbaycana qarşı son təhdidləri ilə bağlı yaydığı bəyanatda bildirib. “Ümumislam mənafeləri naminə, İslam dininin sülh, qardaşlıq ideallarına hörmət əlaməti olaraq İran İslam Respublikası rəsmisinin təkzibi qonşu dövlətlərimiz …

Read More »

QMİ sədri: “Azərbaycan İslam həmrəyliyi ideyalarına qlobal miqyasda töhfələri ilə tanınan dövlətdir”

“Azərbaycan dünyada multikulturalizm və İslam həmrəyliyi ideyalarına qlobal miqyasda töhfələri ilə tanınan dövlətdir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev dünyada İslam dəyərlərinin fəal müdafiəçisi, islamofobiyaya qarşı qətiyyətli mövqeyini ali beynəlxalq kürsülərdən …

Read More »

Mübariz Qurbanlı: “Türk dövlətlərinin birləşməsi digər dövlətlərə qarşı çevrilməyib”

“Türk dövlətlərinin birləşməsi digər dövlətlərə qarşı çevrilməyib” Boyukmillet.com xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda keçirilən konfransda deyib. O bildirib ki, bu gün İslam dünyasının mövcud durumu birlik və vəhdəti çox zəruri edib: “Türk Dövlətləri Təşkilatının yaranması və tərəqqisi yolunda Azərbaycan və …

Read More »

Allahşükür Paşazadə: “Erməni kilsəsi yalan vədlərlə öz xalqına yeni müsibət və faciələr hazırlayır”

“Xalqını, dövlətininin mövcudluğunu belə təhlükəyə ataraq ambisiyalarını, gerçəkləşdirməyə çalışan erməni kilsəsi yalan vədlərlə öz xalqına yeni müsibət və faciələr hazırlayır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, Türk Dövlətləri olaraq bu günə gələn yollarımız asan olmayıb: …

Read More »