Bazar ertəsi , 29 Aprel 2024

DİN

Azərbaycanda vəhdət namazı qılınıb

Ucar, Göyçay, Kürdəmir və Zərdab rayonunda fəaliyyət göstərən din xadimləri və dini icma sədrlərinin iştirakı ilə Zərdab şəhər “Cümə” məscidində vəhdət namazı qılınıb. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) məlumat verilib.Bununla bağlı keçirilən tədbirdə Vətən müharibəsində şəhid olanların xatirəsinə ucadılmış abidə ziyarət olunub.O cümlədən, şəhidlərimizin, o cümlədən 20 Yanvar qurbanlarının xatirəsi yad edilib və ruhlarına dualar oxunub.

Read More »

Azərbaycandakı dini konfessiya rəhbərləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yayıblar

Azərbaycandakı dini konfessiyaların rəhbərləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yayıblar. Boyukmillet.com xəbər verir ki, bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikoronov, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski və …

Read More »

Azərbaycan lideri: “Tolerantlıq ənənələrinin təşviqi dövlət siyasətimizin prioritet istiqamətlərindəndir”

“Tarixən dostluq və qardaşlıq mühitinin, yüksək birgəyaşayış mədəniyyətinin hökm sürdüyü Azərbaycanda ayrı-ayrı xalqların və dini etiqadların nümayəndələri əsrlərlə sülh və əmin-amanlıq şəraitində yaşamışlar”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycanın pravoslav xristian icmasına ünvanladığı məktubunda yer alıb. Dövlət başçısı məktubunda qeyd edib ki, bu gün dünyada mültikulturalizmin  ünvanlarından biri kimi tanınan və sivilizasiyalararası münasibətlərin inkişafına əhəmiyyətli töhfələr …

Read More »

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Sizi və Azərbaycanın bütün xristian icmasını Milad bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə səadət və firavanlıq arzulayıram. Tarixən dostluq və qardaşlıq mühitinin, yüksək birgəyaşayış mədəniyyətinin hökm sürdüyü Azərbaycanda ayrı-ayrı xalqların və dini etiqadların nümayəndələri əsrlərlə sülh və əmin-amanlıq şəraitində yaşamışlar. Bu gün …

Read More »

Dini konfessiyaların rəhbərləri İlham Əliyevi təbrik edib

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrik məktubunda deyilir: “Möhtərəm cənab Prezident! Zati-alinizi ad gününüz münasibətilə təbrik etməkdən şərəf duyur, Azərbaycan xalqı və dövləti naminə misilsiz fəaliyyətinizə, beynəlxalq müstəvidə böyük dəyər kəsb edən səylərinizə Uca Yaradandan uğurlar diləyirik. Siz müdrikliyinizi yaşınızla, təvəllüd tarixinizlə deyil, əməllərinizlə, dövlətçilik təfəkkürünüzlə təsdiq etmiş dövlət xadimisiniz. …

Read More »

Dini konfessiya rəhbərləri Xankəndi-Laçın yolunda keçirilən aksiya ilə bağlı bəyanat yayıb

Azərbaycandakı dini konfessiya rəhbərləri Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası ilə bağlı birgə bəyanat yayıb. Bəyanatda deyilir: “Biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri icmalarımızın arzu və iradəsini ifadə edərək, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış suveren ərazisi olan Şuşadan keçən Xankəndi-Laçın yolunda ölkəmizin qeyri-hökumət təşkilatlarını təmsil edən nümayəndələr, ziyalılar, gənclər, ekoloqlar və jurnalistlərin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan …

Read More »

Dövlət Komitəsi İrana casusluq edən şəbəkələrin ifşa edilməsinə münasibət bildirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov Azərbaycanda İran hökumətinə işləyən casus şəbəkələrinin ifşa edilməsinə münasibət bildirib. Boyukmillet.com-un xəbərinə görə, o, jurnalistlərə açıqlamasında qeyd edib ki, belə hallar əvvəllər də olub. “Bu gün dövlət təhlükəsizlik orqanlarının peşəkarlığı o səviyyədədir ki, bundan sonra da belə aktiv tədbirlər keçiriləcək və belə təhdidlərin qarşısı zamanında alınacaq. Birmənalı deyə bilərik ki, …

Read More »

Azərbaycandakı dini konfessiya rəhbərləri Prezident İlham Əliyevi təbrik edib

Azərbaycandakı dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsində (QMİ) bu gün keçirilən Zəfər Gününə həsr olunmuş tədbirdə dini konfessiya rəhbərlərinin dövlət başçısına təbrik məktubu oxunub. Toplantıda Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərlərinin, QMİ Qazılar Şurasının üzvləri, QMİ-nin səlahiyyətli nümayəndələrinin iştirak etdikləri tədbirdə Şeyxülislam Allahşükür Paşazadə çıxış edib: “Bu gün xalqımızın, dövlətimizin …

Read More »

Şeyxülislam İranın əsl qiymətini verdi: “Qardaşım məni erməniyə satdı”

“Baxmayaraq ki, İran İslam Respublikası deyilir, amma onların bizim sərhədlərdə manevr etməsi yolverilməzdir. Mən televizorda gördüm ki, hərbçilər hətta təyyarəyə oturanda bir din xadimi gəlib Qurani-Kərimlə xeyir-dua verir. Bu nəyə xeyir-dua verir? Hara göndərir? Azərbaycana? Müsəlman dövlətinin sərhədinə, ona əzələ göstərməyə göndərir. Bu, heç də müsəlmana yaraşan hərəkət deyil. Mən bunu gözləmirdim. Bəs harada idi bunların səsi? Bir gecədə Xocalıda …

Read More »

QMİ İranın Azərbaycana qarşı son təhdidləri ilə bağlı etiraz bəyanatı yayıb

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanın dini mərkəzi olaraq son vaxtlar ölkəmizə qarşı qonşu İrandan səsləndirilən təhdidedici iddia və bəyanatlar, xüsusilə də Azərbaycanla sərhəd boyunca həyata keçirilən hərbi təlimlərin doğurduğu narahatlıqla bağlı bəyanat yayıb. Boyukmillet.com-un xəbərinə görə, bəyanatda deyilir: “Azərbaycan xalqı və dövləti öz qonşuları ilə sülh, qarşılıqlı anlaşma və hörmət üzərində qurulan münasibətləri vacib sayır və bu istiqamətdə bütün sahələrdə …

Read More »