Bazar ertəsi , 29 Aprel 2024

DİN

Müqəddəs Ramazan ayını İstanbul üslubunda yaşayın – FOTOLAR

İki qitənin birləşdiyi İstanbul eyni zamanda son dərəcə unikal Ramazan ənənələrinə ev sahibliyi edir. Türk mədəniyyətində “On bir ayın sultanı” kimi tanınan Ramazan ayı mənəviözünütəhlil, özünü idarə etmə, paylaşma, sədaqət və oruc tutma ayıdır. Bu mübarək ay İstanbulda özünəməxsus şəkildəqeyd olunur. Ramazan ayı bu il martın 23-dən aprelin 20-nə qədər olan tarixləri əhatə edir. Bu dövrdə İstanbula gələn qonaqlar şəhərin …

Read More »

Rafiq Əliyev: “Hacı Şahin Həsənlinin vida mərasimində kişilərin o qədər ağlaması düzgün deyildi”

“Şahin Həsənlini izləyirdim, moizələrini dinləyirdim. İnsanları o qədər cəzb etməsinin səbəblərini öyrənməyə çalışırdım. Bir tərəfdən, bu, insanların dini öyrənmək həvəsindən irəli gəlir. İkinci tərəfdən, insanların kiminsə ardınca getmək arzusu var, amma bu arzularına çatmırlar. Axtarırlar ki, bu arzunu kim reallaşdıra bilər. Şahin də oxuduğu moizələrlə elə o insanları ardınca aparmağı bacarırdı. Çünki o, orator kimi yetişmiş bir imam idi. Yəqin …

Read More »

Allahşükür Paşazadə Yuta ştatının kilsə rəhbərlərini Azərbaycana dəvət edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ-nin Yuta ştatının kilsə rəhbərlərini Azərbaycana dəvət edib Boyukmillet.com xəbər verir ki, QMİ rəhbərliyi ilə Azərbaycanın din xadimləri və dövlət qurumları rəhbərlərindən ibarət nümayəndə heyətinin ABŞ-ın Solt-Leyk-Siti şəhərinə səfəri davam edir. Mart ayının 1-də QMİ sədrinin rəhbərlik etdiyi heyətin bir sıra görüşləri baş tutub. Belə ki, günorta saatlarında Şeyxülislam Allahşükür Paşazadə “İsa Məsih …

Read More »

Hacı Şahin Həsənli dəfn olunub

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli dəfn olunub. Boyukmillet.com xəbər verir ki, mərhum “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun ailə üzvləri, qohumları, yaxınları və din xadimləri iştirak ediblər. Qeyd edək ki, Hacı Şahin Həsənli martın 3-də səhər saatlarında 48 yaşında ürəktutmasından vəfat edib.

Read More »

Allahşükür Paşazadə ABŞ-a gedib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Amerika Birləşmiş Ştatlarına səfərə yola düşüb. Bu barədə  İdarədən bildirilib. Belə ki, QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti İsa Məsih Sonuncu Gün Müqəddəsləri kilsəsinin və Stirlinq Fondunun dəvətilə 28 fevral – 4 mart tarixlərində ABŞ-ın Yuta Ştatının paytaxtı Solt-Leyk-Sitidə səfərdə olacaq. Səfər proqramında Yuta Senatının prezidenti Stüart Adams, Yuta ştatının vitse-qubernatoru …

Read More »

Ölkədəki bütün məscidlərdə Xocalı soyqırımının qurbanları yad edilib, namazlar qılınıb

Azərbaycandakı bütün məscidlərdə Xocalı soyqırımının qurbanları yad edilib, namazlar qılınıb. Boyukmillet.com xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib. “İctimaiyyətə Xocalı soyqırımının həqiqətləri çatdırılır. Həm də dini konfessiyalarla birlikdə dünya ictimaiyyətinə ünvanladığımız bəyanatımız da olub. Bir daha onların yadına saldıq ki, dünyada Xocalı soyqırımının təkrarı olmasın. İnanıram ki, dünya ictimaiyyəti bundan dərs götürəcək və …

Read More »

Ucarda Xocalı soyqırımının ildönümü ilə bağlı din xadimlərinin iştirakı ilə tədbir keçirilib

Ucar rayonunda Xocalı soyqırımının 31-ci il ildönümü ilə əlaqədar din xadimlərinin iştirakı ilə anım mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşları, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri, eləcə də Ucar, Göyçay, Kürdəmir və Zərdab rayonlarında fəaliyyət göstərən din xadimləri və dini icma sədrləri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Ucar şəhər …

Read More »

Allahşükür Paşazadə: “İranda 40 milyona yaxın azərbaycanlı fars rejiminin əlində əsirdir”

“İranda 40 milyona yaxın azərbaycanlı bu gün fars rejiminin əlində əsirdir”. Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə “Report”un sualını cavablandırarkən deyib. “Biz də hamı kimi Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu qınayırıq. Bu gün ölkəmizdə yaşayan bütün dinlərin nümayəndəsi birlikdə gəlib başsağlığı veriblər. Bu onu göstərir ki, Azərbaycanda tolerantlıq, milli birlik və vəhdət var”. A.Paşazadə vurğulayıb ki, …

Read More »

Bakıda Cümə namazında Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu pislənilib

Bakıda keçirilən Cümə xütbəsində Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu pislənilib. Boyukmillet.com xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər şurasının üzvü hacı Surxay Məmmədli bu gün Cümə xütbəsində Azərbaycanın İrandakı səfirliyinə qanlı hücumla bağlı münasibət bildirib. O söyləyib ki, bu gün səhər saatlarında baş verən terror hadisəsi bütün Azərbaycan xalqını dərindən sarsıdıb: “Baş verən terror hadisəsində şəhid olan soydaşımıza Uca …

Read More »