Bazar ertəsi , 29 Aprel 2024

DİN

Bu gündən Azərbaycandan Həcc ziyarəti üçün səfərlər başlayır

Azərbaycandan Həcc missiyası xətti ilə zəvvarlarımız bu gündən başlayaraq Səudiyyə Ərəbistanına müqəddəs Həcc ziyarətinə səfər edəcəklər. Bu barədə  Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 1 440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə 17-21 iyun tarixlərində ziyarətə yola düşəcək. Qeyd edilib ki, Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlarımız təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar.

Read More »

Naxçıvanda Heydər Məscid kompleksi istifadəyə verilib

15 İyun – Milli Qurtuluş Günündə Naxçıvan şəhərində yerləşən Heydər Məscid kompleksi istifadəyə verilib. Bu barədə “Report”un yerli bürosu xəbər verir. Bildirilib ki, açılış tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və digər rəsmi şəxslər, eləcə də dindarlar iştirak ediblər.

Read More »

“Məşədi Dadaş” məscidinə qadın dini ayinlərin icraçısı təyin edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakı şəhəri, Nəsimi rayonu “Məşədi Dadaş” məscidinə qadın dini ayinlərin icraçısı təyin edib. Boyukmillet.com xəbər verir ki, Dövlət Komitəsi sədrinin əmri ilə bu vəzifəyə Elnarə Orucova təyinat alıb. Qeyd edək ki, E.Orucova İslam dininə aid ibadət yerlərinə qadın dini ayinlərin icraçısı vəzifəsini tutmaq üçün Dövlət Komitəsinin 13-15 fevral tarixlərində təşkil etdiyi müsahibədən yüksək bal toplayaraq …

Read More »

Ərdoğan İstanbulda 20 min nəfərlik məscidin açılışını edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Barbaros Hayreddin Paşa məscidinin açılışını edib. Boyukmillet.com xəbər verir ki, məscidin inşası 35 ayda tamamlanıb. Memar Sinanın Süleymaniyə məscidi təqlid olunaraq dizayn edilən Barbaros Hayreddin Paşa məscidinin tutumu 20 min nəfərdir. Məsciddə 929 avtomobil üçün dayanacaq, emalatxana, kitabxana, çoxfunksiyalı zal və yeməkxana var. Nəhəng layihədə dənizçilik və gəmiçilik motivlərindən istifadə olunub. Qeyd edək ki, …

Read More »

Şuşada Yuxarı Gövhər Ağa məscidi əsaslı yenidənqurma və bərpadan sonra açılıb

Mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Yuxarı Gövhər Ağa məscidinin əsaslı yenidənqurma və bərpa işlərindən sonra açılışında iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım, həmçinin ensiklopedik alim Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunmuş sərginin açılışında iştirak ediblər. Əvvəlcə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məsciddə görülən …

Read More »

Dövlət Komitəsi “Məşədi Dadaş” məscidinə imam təyinatı ilə bağlı narazılıqlara münasibət bildirib

“İndiyədək kimsə Əli Şərbətovun təyinatının niyə doğru olmaması barədə əsaslı bir fikir söyləməyib” Boyukmillet.com xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə deyib. Şöbə müdiri bildirib ki, Dövlət Komitəsi Bakı şəhəri, Nəsimi rayonu “Məşədi Dadaş” məscidinə imam təyinatı həyata keçirib: “Komitə sədrinin əmri ilə Əli Şərbətov “Məşədi Dadaş” məscidinə imam təyin …

Read More »

Mübariz Qurbanlı: “Xudavəng monastrında olan erməni keşişlər oranı tərk etməlidir”

“Xudavəng monastrında olan erməni keşişlər oranı tərk etməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, səbəb onların monastra aidiyyatlarının olmamasıdır: “Əminəm ki, onlar oradan çıxıb gedəcəklər. Xudavəng monastrı Qafqaz Albaniyasına məxsus abidədir. Gec-tez Alban-udi icması tərəfindən hər şey yoluna qoyulacaq. Ermənilərin ora aidiyyatı yoxdur”.

Read More »

Dövlət Komitəsində Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev 100: azərbaycançılıq ideologiyası və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Dövlət Komitəsi və müvafiq orqanların rəhbər şəxsləri, dini konfessiya rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib. Əvvəlcə Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmiş “Heydər Əliyev və azərbaycançılıq” filmi nümayiş …

Read More »

Allahşükür Paşazadə: “Əfv Komissiyasında ömürlük məhbuslarla bağlı müraciətlərə baxılır”

“Əfv Komissiyasında ömürlük məhbuslarla bağlı müraciətlərə də baxılır”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib. O, Əfv Komissiyasının iclaslarında iştirak etdiklərini bildirib: “Müraciətləri oxuyan zaman görürük ki, əvvəlcə inkar etsələr də, sonradan öz günahlarını qəbul edirlər”. A.Paşazadə vurğulayıb ki, ömürlük məhbuslarla bağlı müəyyən fikirlər …

Read More »

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Sizi müqəddəs Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm. Yüz illər boyu burada məskunlaşıb yaşayan hər kəs üçün doğma Vətən olan Azərbaycanda bu gün də müxtəlif etnik qrupların və etiqadların nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad …

Read More »