Cümə , 17 May 2024
Drone Cameras

Ölkədəki bütün məscidlərdə Xocalı soyqırımının qurbanları yad edilib, namazlar qılınıb

Azərbaycandakı bütün məscidlərdə Xocalı soyqırımının qurbanları yad edilib, namazlar qılınıb.

Boyukmillet.com xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

“İctimaiyyətə Xocalı soyqırımının həqiqətləri çatdırılır. Həm də dini konfessiyalarla birlikdə dünya ictimaiyyətinə ünvanladığımız bəyanatımız da olub. Bir daha onların yadına saldıq ki, dünyada Xocalı soyqırımının təkrarı olmasın. İnanıram ki, dünya ictimaiyyəti bundan dərs götürəcək və bu faciə kimi hadisələr bir daha baş verməyəcək”, – A.Paşazadə bildirib.

Check Also

Allahşükür Paşazadə: İlk dəfədir Ramazan bayramı namazı bütöv Azərbaycanda qılınır

Builki Ramazan bayramı xüsusi əhəmiyyətə malikdir. Çünki Xankəndidəki şər yuvası, separatizm ocağı artıq məhv edilib. …