Cümə axşamı , 2 May 2024
Drone Cameras

Xankəndi-Laçın yolunda Xocalı soyqırımının ildönümü ilə bağlı lövhələr quraşdırılıb

Xankəndi-Laçın yolunda aksiyanın keçirildiyi əraziyə Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı lövhələr quraşdırılıb.

Boyukmillet.com xəbər verir ki, lövhələrin üzərində rus və ingilis dillərində “Xocalıya ədalət” şüarı yer alıb.

Həmçinin aksiya iştirakçıları Azərbaycan, rus və ingilis dillərində “Xocalıya ədalət”, “Xocalı soyqırımını unutma”, “Xocalı soyqırımı XX əsrin faciəsi” kimi şuarlar səsləndirirlər.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 77 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Check Also

Norveçli səyahətçilər Şuşa şəhərində səfərdədir

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un 30 nəfərdən ibarət heyəti Şuşada səfərdədir. Boyukmillet.com …