Hər bir xalq və hər bir dövlət müstəqil şəkildə öz qəhrəmanlarını müəyyən edir və alqışlayır. Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Yekaterina Zelenko İsrail və Polşa səfirlərinin Ukrayna millətçilərinin qəhrəmanlaşdırılmasını qınayan birgə sənədinə cavab olaraq söyləyib. “Ukrayna xalqının milli xatirəsinin dirçəlməsi və qorunması Ukraynanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Hər bir xalq və dövlət …
Read More »Mübariz İbrahimov, yoxsa Qasım Süleymani?
Feysbukda olmasam da, orada baş verənlər haqda tez-tez eşidirəm və nə gizlədim, çox da təəssüf edirəm. Elə bir əhvalat ötən ilin noyabrında özümün yazımla bağlı olub. Xatırlayanlar bilir: Şuşaya virtual səfərlə bağlı yazımda ortanı qarışdıran sosial şəbəkə olub. Yazı orada paylaşılandan sonra anladım ki, bəziləri heç yazdığımı oxumadan ən müxtəlif reaksiyalar bildiriblər. Hətta bir çox həmkarımızın heç yazını oxumağa hövsələsi …
Read More »Qasım Süleymani Azərbaycan ordusunu ermənilərə satıb – Sabiq DQ komandanından İDDİA
“Azərbaycan düşməni Qasım Süleymaninin ölümü hüquq – mühafizə orqanlarına xeyli ip ucları verdi. O, hələ 1990 cı illərdən Azərbaycanla xüsusi maraqlanıb və döyüş bölgələrindən kəşfiyyat məlumatlarının ermənilərə ötürülməsini təşkil etməyə cəhd edib”. Eurasia Diary xəbər verir ki, bunu Azərbaycan Daxili Qoşunlarının sabiq komandanı Fəhmin Hacıyev özünün “facebook” səyfəsində deyib. F.Hacıyev xatırladıb ki, Süleymaninin iki agenti Ağdam- Ağdərə döyüş bölgəsində Daxili Qoşunların …
Read More »Parlament seçkilərinə qatılmaq üçün 2226 namizəd müraciət edib
“Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2226 namizəd müraciət edib”. “Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib. O bildirib ki, 461 nəfər 19 siyasi partiya, 16 nəfər təşəbbüs qrupları tərəfindən, 1749 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb: “Onlardan 2066 nəfərinin namizədliyi artıq təsdiqlənib, …
Read More »Sənədsiz evlərin “kupça” problemi: Qurumlar niyə ləngidir?
Azərbaycanda sənədsiz torpaq sahələrinin və evlərin dövlət reyestrinə daxil edilməsi problem olaraq qalır. İllərdir ki, həlli mümkün olmayan məsələ sanki dalana dirənib. Ölkə başçısı İlham Əliyev dəfələrlə bu problemin aradan qaldırılması üçün zaman-zaman müxtəlif sərəncamlar imzalayıb və icrası üçün lazımi qurumlara göstərişlər verib. Qeyd edək ki, bu problem hələ 2011-ci ildə də gündəmə gəlib. Həmin ilin martında Bakı Şəhər İcra …
Read More »Ərdoğan Azərbaycanla bağlı sənədi təsdiqlədi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla iqtisadi əməkdaşlığı özündə ehtiva edən protokolu təsdiqləyib. R.T.Ərdoğanın təsdiq etdiyi sənəd Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının protokoludur. Qeyd edək ki, 2019-cu ilin sentyabrın 16-da Bakıda Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclası keçirilib. İclasda Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə əlaqələrin …
Read More »Abdullah Öcalanın dayısı oğlu öldürüldü – FOTO
PKK terror təşkilatının liderlərindən sayılan Metin Aslan İraqda öldürülüb. Unikal.org xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, “İnterpol”la axtarışda olan M. Aslan Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən İraqın şimalında həyata keçirilən əməliyyat vaxtı məhv edilib. Qeyd edək ki, Metin Aslan Türkiyədə həbsdə olan PKK lideri Abdullah Öcalanın dayısı oğludur. Əməliyyatın detalları açıqlanmayıb.
Read More »ABŞ vətəndaşlarına müraciət etdi: Dərhal İraqı tərk edin!
ABŞ Dövlət Departamenti öz vətəndaşlarını artan gərginliklə əlaqədar İraqı dərhal tərk etməyə çağırıb. Bu müraciət Dövlət Departamentinin Tvitter səhifəsində yer alıb. Müraciətdə qeyd olunub ki, ABŞ vətəndaşları İraqı təyyarə ilə tərk etməli, bu mümkün deyilsə, quru yolla digər ölkələrə keçməlidir. Qeyd edək ki, bu çağırış İraqda İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymaninin öldürülməsindən sonra edilib. …
Read More »ABŞ ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi
ABŞ ordusu Qasım Süleymaninin öldürülməsindən sonra yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Boyukmillet.com xəbər verir ki, bu məlumatı “Foks Nyus” televiziyası öz mənbələrinə istinadən yayıb. Qeyd edək ki, Süleymani Bağdad hava limanına endirilən raket zərbələri nəticəsində öldürülüb.Onunla bərabər Haşdi Şabinin 5 yüksək vəzifəlisi qətlə yetirilib.
Read More »Bu ilin 2 müharibə proqnozu: Vanqa ilə əlaqəsi varmı?
Məşhur ekstrasens Vanqanın adından hər il müxtəlif proqnozlar açıqlanır. 2020-ci il üçün də Vanqanın adından müxtəlif proqnozlar səsləndirilir. Xüsusilə də sosial şəbəkədə yayılan 3 proqnoz diqqəti cəlb edib. Boyukmillet.com xəbər verir ki, Vanqanın olduğu iddia edilən proqnozların hər üçü Amerika Birləşmiş Ştatları ilə bağlıdır. Belə ki, həmin proqnozlarda “ABŞ-İran müharibəsi”, “ABŞ-ın Şimali Koreyaya hərbi müdaxiləsi” və “Donald Trampın impiçmenti” məsələsinin 2020-ci …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
