Cümə , 27 Fevral 2026

Dünya

Azay Quliyev beynəlxalq təşkilatlara və hüquq-mühafizə orqanlarına müraciət etdi

“ATƏT PA-nın vitse-prezidenti kimi Mehman Hüseynovla bağlı yaranmış vəziyyət məni ciddi narahat etdiyindən, onun haqqında gedən məlumatların həqiqiliyini araşdırmaq, ona qarşı irəli sürülmüş yeni ittihamın mahiyyətini öyrənmək və onun sağlıq durumu haqqında dəqiq məlumat əldə etmək üçün aidiyyatı qurumlarla məsələni müzakirə etdim və bəzi suallara aydınlıq gətirməyə çalışdım”. boyukmillet.com xəbər verir ki, bunu ATƏT PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev özünün “Tvitter” hesabında yazıb. Azay …

Read More »

Ötən il Gürcüstana səfər edən əcnəbilər arasında Azərbaycan vətəndaşları birinci yeri tutub

2018-ci ildə Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 1 424 610 nəfər təşkil edib. Boyukmillet.com-un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulianın təqdim etdiyi illik hesabatda bildirilib. 2017-ci illə müqayisədə qonşu ölkəyə səfər edən Azərbaycan vətəndaşlarının sayında 123 054 nəfər və ya 9,5% artım qeydə alınıb. Bu göstərici ilə Azərbaycan 2017-ci ildə olduğu kimi Gürcüstana səfər edənlərin sayı baxımından birinci yeri qoruyub …

Read More »

Makedoniya parlamenti ölkənin adının dəyişdirilməsini təsdiq edib

Makedoniya parlamentinin deputatları ölkənin adının dəyişdirilməsi üçün konstitusiyaya düzəlişlər edilməsi haqqında qanunu təsdiqləyiblər. Boyukmillet.com RİA “Novosti”yə istinadən xəbər verir ki, düzəlişlər bütün mətn üzrə “Makedoniya” sözünün qarşısına “Şimali” sözünün əlavə olunmasını, konstitusiya preambulasının dəyişdirilməsini, sərhədlərin dəyişməzliyinin və ərazi bütövlüyünün təmin edilməsi və xaricdəki diasporlara dəstək üçün tədbirləri nəzərdə tutur. “Lehinə 81 nəfər səs verdi, konstitusiyaya dörd düzəlişin hər biri qəbul olundu”, – …

Read More »

ABŞ Nikolas Maduronun prezidentliyini tanımadığını açıqlayıb

 “ABŞ Venesuelada Nikolas Maduronun prezidentliyini tanımır və bu ölkənin rəhbərliyinə təzyiq etmək üçün bütün tədbirləri görəcək”. Boyukmillet.com RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bildirib. “Birləşmiş Ştatlar Venesuela diktatoru Nikolas Maduronun qanunsuz hakimiyyət iddialarına qarşı çıxır. Onun 2018-ci ilin may ayındakı “seçkilər”ini bütün dünya qeyri-azad, qeyri-dürüst, etimada layiq olmayan sayıb. Biz qanunsuz Maduro rejiminin öz …

Read More »

Gövhər Baxşəliyeva: “Nəsimi ili” Nəsimişünaslığın inkişafina böyük təkan verəcək”

“Prezident İlham Əliyevin 2019-cu ili ölkədə “Nəsimi ili” elan etməsi çox əlamətdar və təqdirəlayiq hadisədir”. Boyukmillet.com xəbər verir ki, bunu AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, deputat Gövhər Baxşəliyeva deyib. Onun sözlərinə görə, bu il bütün mütərəqqi bəşəriyyət tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri Seyid İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd ediləcək: “UNESCO çərçivəsində də bu il Nəsimi ili elan edilir. …

Read More »

UEFA 2018-ci ilin simvolik komandasını açıqlayıb

 UEFA 2018-ci ilin simvolik komandasını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, ötən ilin ən yaxşı oyunçuları sırasında “Qızıl top”un sahibi Luka Modriç də yer alıb. Fransanın PSJ klubunun ulduz futbolçusu Neymar isə siyahıya daxil edilməyib. 2018-ci ilin simvolik komandası: Qapıçı: Andre ter Ştegen (“Barselona”, İspaniya) Müdafiəçilər: Serxio Ramos, Rafael Varan, Marselo (hamısı “Real Madrid”, İspaniya), Vircil van Deyk (“Liverpul”, İngiltərə) Yarımmüdafiəçilər: Luka Modriç (“Real Madrid”, İspaniya), N Qolo Kante, …

Read More »

Dünyanın ən yaşlı peşəkar futbolçusu klubu ilə müqaviləni uzadıb

Dünyanın ən yaşlı peşəkar futbolçusu Kazuyoşi Miura futbolçu karyerasını sonlandırmaq istəmir. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyanın “Yakohama” klubunda oynayan 52 yaşlı oyunçu klubu ilə müqaviləni daha bir il uzadıb. Yaponiya yığmasının sabiq üzvü karyerasında 34-cü mövsümünü keçirəcək. Qeyd edək ki, Kazuyoşi Miura ən yaşlı futbolçu kimi tarixə düşüb.“Yakohama” Yaponiyanın II liqasında çıxış edir. 

Read More »

Samir Şərifov: “İcmal büdcədə 4 milyard 700 milyon manat büdcə artıqlığı əldə edilib”

 “Operativ məlumatlara əsasən, 2018-ci ilin icmal büdcəsinin gəlirləri 31 milyard 35 milyon manat, xərcləri 26 milyard 334 milyon manat icra olunub”. Boyukmillet.com xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. Onun sözlərinə görə, ötən il ölkə iqtisadiyyatının dinamik inkişafı dövlət və icmal büdcələrinin icrasına da öz müsbət təsirini göstərib. S.Şərifov qeyd edib ki, …

Read More »

İlham Əliyev: “Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb”

“Heç kimə sirr deyil ki, Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb. Əvvəlki illərdə Ermənistanın xarici siyasətində rüşvət amili birinci yerdə idi”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. “Ona görə mən hesab edirəm ki, bu məsələ müvafiq beynəlxalq orqanlar tərəfindən çox …

Read More »

ABŞ dolları bu il də bahalaşmaqda davam edəcək – ANALİTİKA

Qlobal maliyyə bazarları yeni ili ABŞ dollarının müvəqqəti dəyərdən düşməsi ilə qarşıladı. “Report”un analitik qrupu bildirir ki, Asiya birjaları işə düşən kimi Amerika valyutasının ucuzlaşması baş versə də, Avropa birjaları açılanda bu proses dayandı. London (Böyük Britaniya) və Frankfurt (Almaniya) birjalarında dolların bahalaşması müşahidə edildi və sərbəst dönərli valyuta əvvəli mövqeyini bərpa etdi, dollar indeksi “yaşıl səviyyə” hesab olunan 96,2-yə çatdı …

Read More »