Bu gün “Turkustan” qəzetinin və Turkustan.info saytının baş redaktoru “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İssabayevlə görüşüb. Görüşdə Azərbaycan və Qazaxıstan münasibətlərində, eyni zamanda Türk dövlətləri arasında inteqrasiya prosesində medianın, ictimai sektorun rolu ilə bağlı fikir mübadiləsi aparılıb. A.Camal bildirib ki, müzakirə olunan məsələlərlə bağlı onun irəli sürdüyü təkliflər səfir B.İssabayev tərəfindən dəstəklənib: “Yaxın vaxtlarda həm …
Read More »Ekspert: Bu il dollara tələb artacaq – Bəs manatın məzənnəsi?
Ötən ilin yekunları göstərir ki, manatın məzənnəsinə neftin dünya bazar qiyməti və qeyri-neft ixracatımızdakı tərəfdaş ölkələrin milli valyutalarının kursu ilə yanaşı idxalın həcmi də birbaşa təsir göstərir. İdxalın artması dollara tələbi yüksəldir. boyukmillet.com xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib. O bildirib ki, 2018-ci ildə aylar üzrə dollara tələbin dəyişməsi dinamikasına diqqət yetirəndə əsasən idxalın artdığı aylarda dollar alışı yüksəlib: …
Read More »Bulvar İdarəsinin rəis müavininə BDU-da yüksək vəzifə verildi
Bakı Dövlət Universitetində (BDU) kadr dəyişikliyi baş verib. Universitetin rektor əvəzi Firudin Qurbanovun əmri ilə Kadrlar şöbəsinin müdir əvəzi Təranə Əhədova vəzifəsindən azad edilib. Rektorun digər əmri ilə Nazim Məcidov BDU-nun Kadrlar şöbəsinin müdiri təyin edilib. N.Məcidov xəbəri təsdiqləyib: “Yanvarın 11-də BDU rektorunun əmri ilə Kadrlar şöbəsinin müdiri təyin olunmuşam”. Qeyd edək ki, Nazim Məcidov bu təyinata qədər uzun …
Read More »Trampın təhdidinə cavab gecikmədi: “Türkiyə kürdlərlə deyil, terrorçularla döyüşür”
ABŞ prezidenti Donald Trampın “Türkiyənin kürdləri vuracağı təqdirdə, onları iqtisadi cəhətdən yıxarıq” fikrinə komunikasiya naziri Fahrettin Altun cavab verib. boyukmillet.com-un məlumatına görə, nazir deyib ki, Türkiyə kürdlərin düşməni deyil. Altun vurğulayıb ki, Türkiyə kürdlərin himayəçisidir: “Türkiyənin kürdlərlə hər hansı bir problemi yoxdur. Bizim üçün əsas məsələ beynəlxalq təhlükəsizliyimizdir. Türrorla mübarizəmizin də əsas hədəfi budur. Terrorizmin qaynağı istər ideoloji, istər dini, …
Read More »Vasif Talıbovun doğum günüdür
Yanvarın 14-ü Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun doğum günüdür. Ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik məktəbində formalaşan Ali Məclisin Sədri Naxçıvanın təlatümlər burulğanından çıxaraq müasir inkişafa qovuşmasında müstəsna xidmətlər göstərib. Çiçəklənən kənd və qəsəbələr, çəkilən yollar, güclü iqtisadiyyat və ordu, yüksələn mədəniyyət Naxçıvanın son 25 ildə formalaşan simasıdır. Yüksək vətənpərvərlik, humanizm, əzmkarlıq, qətiyyət, tələbkarlıq və …
Read More »Azərbaycanda çörək və şirniyyatlar BAHALAŞDI – FOTOLAR
Son günlər respublika ərazisində satılan müxtəlif markalardan olan unun bahalaşması artıq çörək və digər un məmulatlarının qiymətində də özünü göstərməyə başlayıb. Müşahidələr göstərər ki, 2019-cu ilin əvvəlindən etibarən un təxminən 10 faizədək bahalaşıb. İstehsalçı şirkətlər bildirir ki, 50 kiloqramlıq “Mehriban” unu 27 manatdan 28.50 manata, “Sarı Sünbül” unu 25 manat 50 qəpikdən 27 manat 50 qəpiyə, “Karmen” unu isə 25 manatdan …
Read More »Öcalanın ölüm xəbəri yayıldı: Qardaşı oğlundan paylaşım
PKK lideri Abdullah Öcalanın öldüyü barədə məlumat yayılıb. boyukmillet.com xəbər verir ki, bu barədə Abdullah Öcalanın qardaşı oğlu, HDP-nin Urfa millət vəkili Ömər Öcalanın Tvitter hesabından məlumat yayılıb. Ö.Öcalanın Tvitter hesabında əmisinin xəstəxanaya qaldırıldığı, ancaq edilən müdaxilələrə baxmayaraq, öldüyü bildirilib. Daha sonra millət vəkili Tvitterdə növbəti məlumat paylaşaraq, hesabının ələ keçirildiyini qeyd edib: “Tvitterdə bir problem var, dostlar. Ola bilsin, hesabım …
Read More »Təbriz-Bakı-Təbriz aviareysi açıldı
Yanvar ayından başlayaraq İranın “İran AİR” şirkəti Təbriz-Bakı-Təbriz istiqamətində uçuşlar həyata keçirməyə başlayıb. boyukmillet.com AzərTac-a istinadən xəbər verir ki, reyslər həftənin 1-ci və 4-cü günləri həyata keçirilir. Təyyarə yerli vaxtla səhər saat 09:40 Təbrizdən Bakıya uçur və həmin gün 19:50-də Bakıdan Təbrizə qayıdır. Birtərəfli biletin qiyməti 115, ikitərəfli isə 215 manatdır. Reyslər ATR tipli təyyarələrlə yerinə yetirilir.
Read More »Azay Quliyev beynəlxalq təşkilatlara və hüquq-mühafizə orqanlarına müraciət etdi
“ATƏT PA-nın vitse-prezidenti kimi Mehman Hüseynovla bağlı yaranmış vəziyyət məni ciddi narahat etdiyindən, onun haqqında gedən məlumatların həqiqiliyini araşdırmaq, ona qarşı irəli sürülmüş yeni ittihamın mahiyyətini öyrənmək və onun sağlıq durumu haqqında dəqiq məlumat əldə etmək üçün aidiyyatı qurumlarla məsələni müzakirə etdim və bəzi suallara aydınlıq gətirməyə çalışdım”. boyukmillet.com xəbər verir ki, bunu ATƏT PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev özünün “Tvitter” hesabında yazıb. Azay …
Read More »Ötən il Gürcüstana səfər edən əcnəbilər arasında Azərbaycan vətəndaşları birinci yeri tutub
2018-ci ildə Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 1 424 610 nəfər təşkil edib. Boyukmillet.com-un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulianın təqdim etdiyi illik hesabatda bildirilib. 2017-ci illə müqayisədə qonşu ölkəyə səfər edən Azərbaycan vətəndaşlarının sayında 123 054 nəfər və ya 9,5% artım qeydə alınıb. Bu göstərici ilə Azərbaycan 2017-ci ildə olduğu kimi Gürcüstana səfər edənlərin sayı baxımından birinci yeri qoruyub …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar