Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişikliklər edilib. boyukmillet.com-un məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən, şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş mineral və qazlı sular da daxil olmaqla, sular 1 litri üçün 0,3 ABŞ dolları, şəkər əlavələri …
Read More »Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində 2018-ci ildə polis orqanlarının cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin nəticələri və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,kollegiya iclasını daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov açaraq vurğulayıb ki, 2018-ci ildə Daxili İşlər …
Read More »Azərbaycan diasporunun rəhbəri erməni xalqını Milad bayramı münasibətilə təbrik etdi
Təəccüblənmiş azərbaycanlıların İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın Milad bayramı münasibətilə tədbirlərdə ölkənin erməni icmasına baş çəkməsini müzakirə etdikləri bir vaxtda Azərbaycanın Rusiyanın Rostov-Don şəhərindəki diasporunun rəhbəri Vaqif Mustafayev də erməni xalqını bu bayram münasibətilə təbrik edir, özü də bütün azərbaycanlıların adından (?!). V.Mustafayev ötən ilin oktyabrında da Ermənistana belə bir təbrik yollamış və erməni xalqını müstəqilliklərinin 25 illiyi münasibətilə …
Read More »Rus Dram Teatrı: Fəxrəddin Manafovun zəngini gözləyirik
“Hazırda xalq artisti Fəxrəddin Manafovun zəngini gözləyirik”. Bunu “Report”a açıqlamasında Azərbaycan Dövlət Rus Dram Teatrının mətbuat katibi İlham Məmmədov deyib. Onun sözlərinə görə, F.Manafov rəsmi şəkildə teatrın işçisidir: “Fəxrəddin Manafovun çıxış etdiyi “Mərasim” tamaşası repertuarımızda var. Səhnə əsəri ayda bir dəfə nümayiş etdirilir. Tamaşanın rejissor köməkçisi onunla əlaqə saxlayıb və nə vaxt oynamaq istədiyini soruşub. Nə vaxt istəsə, gəlib rolunu ifa edə bilər. Teatrda xalq …
Read More »Ötən il Qobustan Qoruğuna gedənlərin sayı 40 min nəfər artıb
Ötən il Qobustan Milli Tarix-Bədii Qoruğunu 123 mindən çox turist ziyarət edib. Boyukmillet.com xəbər verir ki, bunu qoruğun direktoru Vüqar İsayev bildirib. 2018-ci ildə Qobustan qayaüstü rəsmlərini, minilliklərin daş yaddaşını görmək üçün buraya gələn ziyarətçilərin sayı 2017-ci illə müqayisədə 40min nəfər (təxminən 50 faiz) artıb. Onun sözlərinə görə, 123 min ziyarətçidən 58 mini xarici ölkə vətəndaşlarıdır: “Əcnəbi ziyarətçilər 20-dən artıq ölkədən, Türkiyə, İran, Rusiya, Almaniya, İngiltərə, Pakistan, Çin, …
Read More »“Neftçi”nin prezidenti: “Yarımmüdafiəçi və hücumçu transfer etmək istəyirik” – MÜSAHİBƏ
“Neftçi” futbol klubunun prezidenti Kamran Quliyev brifinq keçirib. “Report” xəbər verir ki, K.Quliyev əvvəlcə komandanın qış hazırlığını dəyərləndirib… – Komandamız artıq məşqləri bərpa edib, yanvarın 13-də Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yollanacaq. Keçirəcəyimiz 3 yoxlama oyununda rəqiblərimiz də bəllidir. Hər şey qaydasındadır. Paralel olaraq, transfer çalışmalarımızı davam etdiririk. Yaxın vaxtlarda bu məsələdə də yeniliklər olacaq. – Albaniya mətbuatının yazdığına əsasən, Kvame …
Read More »Rusiya S-500-ləri niyə üzə çıxarmır? – Amerikalılar açıqladı
Rusiyanın S-500 Prometey zenit raket sistemləri barədə yeni məlumatlar yaymaması S-400-ün ixracını təhdid altında qoymamasıyla bağlıdır. BOYUKMİLLET.COM xəbər verir ki, bu məlumatı “Neşinl İnterest” qəzeti yayıb. “S-500-lər 600 kilometr məsafəyə atış atmaq qabiliyyətinə sahibdir. Bu, S-400-ün imkanlarından 200 kilometr çoxdur. S-500 az görünə bilən qırıcıları aşkar etmək, həmçinin saniyədə 6,5 kilometr sürətlə uçmaq qabiliyyətinə sahib olan 10 döyüş başlığını eyni …
Read More »UEFA maliyyə “feyr-pley”i qaydalarını sərtləşdirəcək
UEFA yaxın vaxtlarda maliyyə “feyr-pley”i qaydalarını sərtləşdirə bilər. Boyukmillet.com-un “Bild”ə istinadən verdiyi məlumata görə, Avropa futbol qurumu mövcud qaydalar üzərində işləmək niyyətindədir. Buna əsasən qitə klubları futbolçu transferi üçün bütün lazımi məbləği maksimum 3 il ərzində ödəməlidirlər. Nəzərdə tutulan addım qüvvəyə minsə, klubların maliyyə feyr-pleyinin tələblərini yerinə yetirməsi çətinləşəcək. Qeyd edək ki, Fransanın PSJ klubu 2017-ci ildə Neymarı İspaniya “Barselona”sından 222 milyon …
Read More »Azərbaycan Kredit Bürosuna sorğuların sayı 70% artıb
Ötən il ərzində Azərbaycan Kredit Bürosuna banklar və bank olmayan kredit təşkilatları (BOKT) tərəfindən 1 845 147sorğu həyata keçirilib. Boyukmillet.com-un büroya istinadən verdiyi xəbərə görə, bu göstərici 2017-ci ilin eyni dövrü ilə müqayisədə kredit təşkilatları tərəfindən həyata keçirilmiş sorğuların sayından 70% çoxdur. Büroya sorğuların 1 651 065-i banklar, 194 082-i isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilib. Qeyd edək ki, 2017-ci ilin müvafiq dövründə …
Read More »Azərbaycanda pul bazası ötən il 12% artıb
Azərbaycanda pul bazası bu il yanvarın 1-nə 9 545,7 mln. manat təşkil edib. Boyukmillet.com Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il dekarın 1-i ilə müqayisədə 560,5 mln. manat və yaxud 6,2% çoxdur. Ötən ilin əvvəlinə nisbətən isə pul bazası 1 002,5 mln. manat və yaxud 11,7% artıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar