Noyabrın 18-də Salyan rayonunun Yolüstü kənd sakini 28 yaşlı Seyran Dadaş oğlu Kərimov intihar edib. Kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Seyran Kərimovun intiharına səbəb atasının onu danlaması olub: “Seyran ailəlidir və iki uşaq atasıdır. Onun iki ay bundan öncə həyat yoldaşı ilə aralarında mübahisə olub. Həyat yoldaşı həmin mübahisədən sonra evi tərk edərək, uşaqlarını da götürüb atası evinə gedib. …
Read More »Gəncədə dəhşətli partlayış: ölənlərin sayı artdı – Video/23+
Gəncə şəhərində dördmərtəbəli binada partlayış olub. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən “Füzuli” parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib. Nəticədə 3-cü blokun bir hissəsi çöküb. İlkin məlumatlara görə, dağıntılar altında qalanlar var. Ölənlərdən birinin meyiti dağıntılar altından çıxarılıb. Hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın meyiti dağıntılar altından çıxarılaraq adiyyəti üzrə təhvil verilib. İlkin məlumatlara görə …
Read More »Sabir Rüstəmxanlı imza günü keçirir – FOTO
Xalq şairi Sabir Rüstəmxanlının yeni kitabının imza günü keçiriləcək. Boyukmillet.com xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Xalq şairi Sabir Rüstəmxanlının yeni çap olunmuş “Astar” kitabının imza günü keçiriləcək. İmza günü 24 noyabr 2018-ci il, saat 18:00-da “Qanun” Nəşrlər Evinin “Park Bulvar”da keçirilən kitab yarmarkasında təşkil olunacaq. Xalq Şairi Sabir Rüstəmxanlı İnterpress.az-a açıqlamasında bildirib ki, Kitablarımla maraqlananları, dostlarımı, VHP- …
Read More »Bəhruz Quliyev: Media Klubu”nu reketlər müdafiə edir
“İlk öncə demək istərdim ki, mən bu kimi cılız və səviyyəsiz şəxslərin ucuz düşüncə tərzlərinə enməyi doğru addım hesab etmirəm. Ona görə də, bir daha fikirlərini konkret faktlara əsaslanaraq bildirmək istərdim”. Bu fikirləri SİA-ya “SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyev ötən gün adıçəkilən qəzetdə “Qrant missionerlərinin “dövlət sevgisi” haradan qaynaqlanır?” başlıqlı məqaləsinə “Media Klubu” və reket dəstəkçiləri tərəfindən göstərilən reaksiya ilə …
Read More »Şura sədri Azay Quliyev QHT-lər üçün ictimai dinləmə keçirəcək
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev 28 noyabr 2018-ci il, saat 11:00-da Hilton hotelində rəhbərlik etdiyi qurumun göstərdiyi xidmətlərinin keyfiyyətinin və QHT-lərin hesabatlılıq vəziyyətinin müzakirəsinə həsr olunan ictimai dinləmə keçirəcək. Toplantıya QHT sədrləri və layihə rəhbərləri dəvətlidir.
Read More »Hamam məhlə içində… – Sakinlər buxardan boğulur, Yasamalda acınacaqlı durum/ FOTO
Yeni Yasamal 2, bina 1 ünvanında yerləşən yaşayış binasının düz qarşısında böyük hamam tikilib. BakuPost xəbər verir ki, yaşayış binasının həyətinə açılan “Osmanlı” hamamı orada yaşayan sakinlərin narazılığına səbəb olub. Sakinlər məsələ ilə bağlı saytımıza şikayət edərək bildiriblər ki, hamamdan çıxan xoşagəlməz hava və buxar onların evlərinə dolur, ətraf mühitin havasının isə ciddi şəkildə korlanmasına səbəb olur. Əhali …
Read More »Azərbaycan Prezidenti İlham Əliyevin Minskdə rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 19-da Minskdə rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı. Azərbaycanın və Belarusun dövlət himnləri səsləndirildi. Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi. Prezidentlər fəxri qarovul …
Read More »Azərbaycan polisi Əli Kərimlini saxladı, elə onu “saxlayan”ların acığına…
Xarici qüvvələrin “saxladığı” Əli Kərimlinin noyabr şousun pərdəarxası – Toğrul Allahverdili yazır Şəhidlərin ruhunu alçaltmağa cəhd göstərən Əli Kərimlinin iflasa uğrayan şousunun pərdəarxası və yaxud da əlamətdar günlərin qənimiƏli Kərimlinin nümayiş etdirdiyi şouların ardı-arası kəsilmək bilmir. Əslində, bu şouların Kərimli tərəfindən nümayiş etdirilməsi normaldır. Adam havadarlarına hesabat verməyə məcburdur. Onu da başa düşmək lazımdır. Ki, adam havadarlarından aldığı qrantların əvəzini …
Read More »Türkiyə səfiri “Ermənistan TIR-larına sərhəd açıldığı” iddiasını yalanladı
Bu gün bir sıra saytlarda Türkiyənin Ermənistan TIR-larına işçi vizası verməsi ilə bağlı xəbərlər yayınlanıb. Göksel Gülbey adlı şəxsə istinadən verilən xəbərdə Türkiyənin ildə 400 erməni TIR-larına Trabzon limanı üzərindən dünyaya açılım izni verdiyi iddia edilib. Yenicag.az-a açıqlamasında bu barədə yayılan iddiaları yalanlayan Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral bildirib ki, “Təmsil etdiyim ölkənin Ermənistan TIR-larına sərhədi açdığına …
Read More »Ukraynalı araşdırmaçı ermənilərə Azərbaycanın qədim dövlət olduğunu sübut edir – VİDEO
Ukraynalı araşdırmaçı, tarixçi, məşhur bloqer (milliyətcə erməni olan) Filipp Ekozyans yaydığı videoçarxda Ermənistan “alimlərinə” və Azərbaycanın xəritədə yenicə peyda olmasını, əvvəllər isə belə adın olmamasını iddia edən həmyerlilərinə müraciət edib. O nəinki bu uydurmaları rədd edir, həm də bacarıqla, faktlar əsasında sübut edir ki, həm bu ad, həm də bu adlı ölkə qədim tarixi köklərə malikdir. Xatırladaq ki, Ekozyans bir …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar