Çərşənbə , 1 Aprel 2026

Dünya

“Elektron Hökumətin İnkişafı Mərkəzi”nin direktoru: “Vətəndaşlara 7 gün, 24 saat xidmət göstəriləcək” – MÜSAHİBƏ

 “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin direktoru Fariz Cəfərovun “Report”a müsahibəsi.     – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin yaranma məqsədi nədir? – Mərkəz ölkədə elektron hökumət sahəsində siyasətin icrasını həyata keçirir. Mərkəzin binasında vətəndaşa birbaşa xidmət olmayacaq, vətəndaşlar xidməti e-gov.az portalı vasitəsilə alacaqlar. Mərkəz fasiləsiz fəaliyyət göstərəcək, vətəndaşlar elektron …

Read More »

Tereza Meyə etimadsızlığa dair keçiriləcək səsvermənin tarixi məlum olub

 Böyük Britaniyanın Baş naziri Tereza Meyəetimadsızlıq məsələsinə dair səsvermə gələn həftə keçiriləcək. “Report” xəbər verir ki, bu barədə “Daily Telegraph” mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunur ki, səsvermə, böyük ehtimalla, noyabrın 20-də baş tutacaq. Hakim Mühafizəkarlar Partiyasının nizamnaməsinə uyğun olaraq, prosedur parlamentari-torilərin azı 15%-nin (48 nəfər) hökumət başçısına etibarını itirmələri barədə müraciət etməsi halında başladıla bilər. Qeyd edək ki, daha əvvəl Britaniya …

Read More »

Şeyx yenə səfərə gedir…

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sabah Almaniyaya səfərə yola düşür. QMİ-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, səfərdə məqsəd noyabrın 19-da Berlin şəhərində keçirəcək “Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir.      Berlin Beynəlxalq Konfransı dinlər və sivilizasiyalararası dialoqun davam etdirilməsinin müasir dünyanı narahat edən problemlərin aradan qaldırılmasında müstəsna əhəmiyyət kəsb etməsinə dünya ictimaiyyətinin …

Read More »

Azərbaycan postsovet məkanında bu il istehlak qiymətlərinin ən az artdığı ölkələrdən biridir

Azərbaycan bu ilin yanvar-oktyabr aylarında keçmiş SSRİ ölkələri arasında istehlak qiymətlərinin ən az artdığı ölkələrdən biri olub.  “Report” xəbər verir ki, bu barədə “BelaPAN” informasiya agentliyi milli statistika qurumlarının məlumatlarını təhlili əsasında məlumat yayıb.  Məlumata görə, 10 ay ərzində Moldovada bahalaşma qeydə alınmayıb. Ermənistanda qiymətlər 0,7%, Qırğızıstanda isə 0,9% azalıb.  Postsovet ölkələri arasında ən çox inflyasiya Özbəkistanda qeydə alınıb. Yanvar-oktyabrda bu ölkədə qiymətlər 9,5% artıb. 2-ci yerdə Ukrayna (7,4%), 3-cü yerdə Tacikistan (4,5%), …

Read More »

Azərbaycan iqtisadiyyatı 0,8% böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 0,8% artaraq 65 233 mln. manata çatıb. “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ÜDM istehsalı neft sektorunda 0,3%, qeyri-neft sektorunda isə 1% artıb. ÜDM-in 45,7%-i sənayedə, 9,4%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,5%-i tikintidə, 6,4%-i nəqliyyat və anbar təsərrüfatı, 5,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5%-i informasiya və rabitə sahələrində, 14,7%-i digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər ÜDM-in 7,9%-ni …

Read More »

Dünya bazarında nefti ucuzlaşdıran amillər – ANALİTİKA

 Dünya bazarında neftin ucuzlaşması bu ilin dekabr və gələn ilin yanvar ayları üzrə fyuçers qiymətlərinə də təsir etməkdədir. Son günlər ucuzlaşma, təxminən, 20%-dir. “Report”un analitik qrupu xatırladır ki, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) son görüşündən sonra əmtəə birjalarında “qara qızıl” sürətlə bahalaşmış və qiymətlər ötən ayın əvvəlində 52 həftəlik rekordu yeniləmişdi. Bahalaşmada ABŞ-ın ixrac etdiyi neftin həcminə görə OPEC-də 3-cü olan …

Read More »

Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gedib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt şəhərinə səfərə gedib. “Report” xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərdə görülən işlər haqqında dövlətimizin başçısına məlumat verib. Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

Read More »

Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıta səfəri çərçivəsində Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib. “Report” xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsib. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Sumqayıt dəmir yolu stansiyasının tikintisi, Bakı dairəvi, Ləki-Qəbələ, Astara-Astara dəmir yolu xətlərinin çəkilişi ilə bağlı görülən və bundan sonra layihələrdə nəzərdə tutulan işlər …

Read More »

Dünyanın ən bahalı küçələri

Honq Konqun Kozuey Bey küçəsi 2018-ci ildə dünyanın ən bahalı küçəsi hesab olunub. Trend-in məlumatına görə, bu barədə “Dünyanın əsas küçələri” (Main Streets Across The World) reytinqində deyilir. Qeyd olunur ki, bu küçədə ticarət obyektlərinin illik icarəsi orta hesabla bir kvadrat metr üçün 2,7 min dollar təşkil edir.   Bu küçə son beş il ərzində reytinqə liderlik etmiş Nyu Yorkun …

Read More »

Saleh Məmmədov: Ödənişli yollarda qiyməti Tarif Şurası müəyyən edəcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkədə yeni ödənişli avtomobil yollarının tikintisini davam etdirir. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib. S.Məmmədovun sözlərinə görə, hazırda Bakının 45 kilometrliyindən Rusiya sərhədinə qədər olacaq avtomobil yolunun tikintisi davam etdirilir:   “Yolun tikintisinə 2018-ci ildə başlanıb. Həmin yolun 153-cü kilometrliyinə qədər hissəsinin tikintisi nəzərdə tutulub. Yol birinci …

Read More »