İnanıram ki, Azərbaycan iranlılar üçün ənənəvi istirahət mərkəzinə çevriləcək. Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tehranda Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılış mərasimində çıxış edərkən deyib. Nazir qeyd edib ki, Mədəniyyət və turizm sahələrində əməkdaşlığın daha da genişlənməsi üçün böyük imkanlar var. Ə.Qarayev əlavə edib ki, ikitərəfli əməkdaşlıq İrandan Azərbaycana gələn turistlərin sayına da müsbət təsir göstərir. …
Read More »XİN: ATƏT anlamalıdır ki, Ermənistanın təxribatı danışıqlar prosesinin pozulmasına istiqamətlənib
“Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan Silahlı Qüvvələrinin qanunsuz olaraq Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğu münaqişə zonasında vəziyyətin eskalasiyasının əsas səbəbidir və Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasına başlıca maneədir”. Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O qeyd edib ki, Azərbaycanın bütün səfirlik və diplomatik nümayəndəliklərinə akkreditə olunduqları ölkələri erməni təxribatı barədə …
Read More »Baş Prokurorluq: Ermənistanın təxribatçı əməlləri ilə bağlı cinayət işi açılıb
Ermənistanın təxribatçı əməlləri ilə bağlı cinayət işi açılıb. Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək ağır artilleriya qurğularından Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri intensiv atəşə tutmaqla beynəlxalq humanitar hüquq normalarınının tələblərini kobud surətdə pozub. Belə ki, Ermənistan Silahlı …
Read More »ATƏT-in Minsk qrupundan münaqişə tərəflərinə ÇAĞIRIŞ
ATƏT Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Hoqland (ABŞ) iyulun 4-ü axşam saatlarında Füzuli rayonunun Alxanlı kəndində erməni zorakılığının qeydə alınması və dinc sakinlərin həlak olması barədə məlumat əldə edib. Trend-in məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun bəyanatında deyilir. Bəyanatda qeyd edilir ki, Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi tərəflərini atəşkəs rejimini pozmağı dayandırmağa çağırır: …
Read More »Türkiyə XİN: Erməni təxribatı beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir (ÖZƏL)
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın son təxribatını kəskin tənqid edib. Nazirlikdən özəl olaraq Trend-ə bildiriblər ki, Ermənistanın mülki vətəndaşlara qarşı fəaliyyəti qəbuledilməzdir: “Erməni tərəfinin təxribatı beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Beynəlxalq ictimaiyyət anlamalıdır ki, Ermənistan bu fəaliyyəti ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına sistematik olaraq maneçilik törədir”. XİN-dən bildiriblər ki, beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməlidir. Türkiyə ATƏT-in Minsk …
Read More »Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi: Qarabağda insan ölümünün qarşısını almaq üçün beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməlidir
Dağlıq Qarabağ münaqişə zonasında insan ölümlərinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməlidir. Bunu Trend-ə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, RF-nin İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib. O bildirib ki, təzyiq diplomatik, siyasi, psixoloji, hətta iqtisadi yolla olmalıdır: “Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi qaynar hesab olunmur, amma dondurulmuş münaqişə də deyil. Zorakılıq halları da bunu təsdiq edir. Hərbçilərlə yanaşı, …
Read More »Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan cəzasız qalmayacaq
Müdafiə Nazirliyi erməni tərəfinin Azərbaycanın ABŞ istehsallı silahdan istifadə etməsi ilə bağlı yaydığı məlumatlara münasibət bildirib. Trend-in məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, ermənilərin bu məlumatı həqiqətə uyğun deyil. O qeyd edib ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini, eləcə də Azərbaycanın yaşayış məntəqələrini davamlı şəkildə atəşə tutur: “Beynəlxalq təşkilatlar artıq ermənilərin son …
Read More »“RÜŞVƏTİ BAKIYA RAYON ADAMLARI GƏTİRİB” – Deputatın qızı
“Rəhmətlik anam deyərdi ki, biz oxuyanda ali məktəblərdə rüşvət yox idi” “Yerlipərəst və qohumbaz deyiləm. Düşünürəm ki, milləti geriyə aparmağın ən asan yollarından biri məhz sadaladığım keyfiyyətlərdir. İnsanın zəkasını, savadını, istedadını, qabiliyyətini yerliçiliyə qurban vermək böyük bəladır”. Bu fikirləri əməkdar incəsənət xadimi, bəstəkar Aygün Səmədzadə sosial şəbəkədə paylaşıb. Bəstəkar bildirib ki, onun bu məsələdə nə qədər səmimi olduğu mahnılarının ifaçılarının …
Read More »Naxçıvanda hava hücumundan müdafiə dəstələri ayağa qaldırıldı – Video/Foto
Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı taktiki xüsusi təlimləri keçirilir. Boyukmillet.com Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, zenit raket, zenit raket artilleriya və Hava Hücumundan Müdafiə Qoşunlarının digər xüsusi bölmələrinin də cəlb olunduğu təlimlərə həyəcan siqnalının verilməsi, şərti hava düşməninin ilk zərbələrinin dəf edilməsi, idarəetmə və komanda məntəqələrində döyüş işinin …
Read More »Sabir Rüstəmxanlıdan Saleh Mehmetə ikinci cavab
Sabiq Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının ( VHP ) sədri Sabir Rüstəmxanlıdan Saleh Mehmetə ikinci cavab. Əziz Saleh bəy! Sənin “ölkəmizdə ingilis və rus dillərinə də Azərbaycan türkçəsi ilə yanaşı dövlət dili statusunun verilməsi” təklifinə mənim etirazıma ikinci cavabını da maraqla oxudum. Birinci yazımda dediyim kimi, mən bu təklifi Azərbaycanın milli-mənəvi maraqlarına, dövlətçilik siyasətinə zidd olan, ziyanlı və yolverilməz hesab …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
