Şənbə , 6 Dekabr 2025

Ekologiya

Ölkə ərazisində qeyri-sabit hava şəraiti sabah gündüzədək davam edəcək

Ölkə ərazisində qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti dekabrın 18-i gündüzədək davam edəcək. Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Dekabrın 17-si saat 15.00-a olan məlumatına əsasən, ölkə ərazisində küləkli, yağıntılı hava şəraiti davam edir. Bakıda və Abşeron yarımadasında, Gəncə, Şəmkir, Qusar, Şabran, Beyləqanda arabir yağış, Xaltan, Qubada qar yağıb. Külək: Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və …

Read More »

FHN hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, dekabrın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin yağıntılı keçəcəyi, temperaturun xeyli enəcəyi və güclü külək əsəcəyi proqnozlaşdırılır. Boyukmillet.com  xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Qeyd edilib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və …

Read More »

Prezident İlham Əliyev: “Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyəti ardıcıl olaraq dəstəkləyir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar rəsmi sosial şəbəkə hesablarında paylaşım edib. Boyukmillet.com  paylaşımı təqdim edir: “Azərbaycan sistemli olaraq iqlim dəyişikliklərinə qarşı qlobal mübarizəni dəstəkləyir və enerji səmərəliliyi ilə bağlı tədbirlər görür. Təmiz ətraf mühit və yaşıl inkişaf bizim milli prioritetlərimizdir. Bərpaolunan enerji …

Read More »

Nazir: “Azərbaycan COP29 üçün ölkəyə gələn qonaqları qəbul etməyə hazırdır”

“Azərbaycan COP29 üçün ölkəyə gələn qonaqları qəbul etməyə hazırdır və bu yöndə hazırlıqlar prosesi davam edəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP28-in yekun sessiyasında jurnalistlərə açıqlamasında deyib. Nazirin sözlərinə görə, COP29 gələn ilin noyabrında baş tutacaq: “Bir il vaxtımız var. Təkcə infrastruktur üzrə yox, kontent üzrə də çox çalışmalıyıq. Bütün dünyanın iqlimlə …

Read More »

Hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış, Şahdağda qar yağıb – FAKTİKİ HAVA

Dekabrın 7-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış, Şahdağda qar yağıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Şahdağda qar örtüyünün hündürlüyü 3 sm olub. Düşən yağıntının miqdarı Zaqatalada 22 mm, Qobustanda 12 mm, Mingəçevir, Sabirabad, Ordubad, Neftçala, Yevlax, Şamaxı, Göyçay, Beyləqan, Kürdəmir, Biləsuvar, Şabran, Bərdə, Naxçıvan, …

Read More »

BƏƏ-də iqlim riskləri və həlli yolları məsələsi müzakirə olunub

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci sessiyasında Azərbaycan pavilyonunda “Su-bataqlıq əraziləri: iqlim riskləri və həlli” mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Ramsar Konvensiyası (Su-Bataqlıq Əraziləri Haqqında Konvensiya) Katibliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə su-bataqlıq əraziləri üzrə Konvensiyanın, Birləşmiş Millətlər Təşkilatının Səhralaşma ilə Mübarizə Konvensiyasının və Ekologiya …

Read More »

Güclü külək əsəcək, qar yağacaq, temperatur 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında dekabrın 5-i səhərdən 6-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, dekabrın 6-sı axşamdan 7-si axşamadək arabir yağış yağacağı, 7-də yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Azərbaycanın rayonlarında dekabrın 5-i …

Read More »

Nazirlik hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib

Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək, bu gün və sabah ölkə ərazisində hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, nazirlik güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə edib. “Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi …

Read More »

Bakıya yağış, dağlıq rayonlara qar yağacaq

Noyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Boyukmillet.com xəbər verir ki, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-15° isti, gündüz 15-20° isti olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm …

Read More »

Muxtar Babayev BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibi ilə görüşüb

BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) həftəsi çərçivəsində ölkədə səfərdə olan BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub

Read More »