Çərşənbə axşamı , 14 May 2024

Ekologiya

Laçında ağacəkmə aksiyası keçirilib

Laçın şəhərinin işğaldan azad edilməsinin birinci ildönümü münasibətilə Laçında genişmiqyaslı ağacəkmə aksiyası keçirilib. Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində Laçının Güləbird kəndinin iki müxtəlif ərazisində 2500-ə yaxın müxtəlif cinsli ağac əkilib, 500 kiloqrama yaxın palıd toxumu səpilib. …

Read More »

Samuxda qanunsuz ov edənlər saxlanılıb

Samux Ovçuluq Təsərrüfatının əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı ovçuluq təsərrüfatının ərazisində ov edən şəxs saxlanılıb. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova “Report”a bildirib ki, araşdırma zamanı brakonyerin Gəncə şəhər sakini Telman Rəhimov olduğu müəyyən edilib. O qeyd edib ki, faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb.

Read More »

Sabahdan külək kəsəcək, havanın temperaturu yüksələcək

Sabah, noyabrın 12-si gündüzdən ölkədə yağmursuz hava şəraiti müşahidə olunacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd olunub ki, noyabrın 13-ü gün ərzində ölkə ərazisində sabit, əsasən yağmursuz hava şəraiti olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.

Read More »

Ermənistanın Oxçuçayı çirkləndirməsinin qarşısını almaq üçün işlərə başlanılıb

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyatı qurumlar Ermənistanın Oxçuçayı çirkləndirmə səviyyəsini azaltması ilə bağlı əməli işlərə başlanılıb”. Boyukmillet.com xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib. Onun sözlərinə görə, çayların çirkləndirilməsinin dayandırılması vacib məsələdir: “Çünki azad edilən ərazilərə qayıdan əhalinin təmiz su ilə təminatı dövlətin öhdəliyidir”. O xatırladıb ki, Azərbaycanın Ermənistan ərazisindən keçib gələn 4 çayı …

Read More »

Azərbaycan və Türkiyə arasında ətraf mühitlə bağlı İş Proqramı imzalanıb

Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Respublikasının Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurumun rəhbərlik etdiyi nümayəndə heyəti 12 oktyabr 2021-ci il tarixində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevlə birgə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Nazirlikdən verilən məlumat görə, görkəmli oftalmoloq-alim, akademik …

Read More »

Ermənilər Zəngilanda qədim Şərq çinarlarını kəsərək məhv ediblər

“İşğaldan azad olunmuş ərazilərə baş tutan səfərlər və aparılan monitorinqlər zamanı 100 km-lərlə məsafə qət etməyimizə baxmayaraq, əfsus ki, bölgənin faunasını təşkil edən heyvan və quş növlərinə rast gəlmək mümkün olmayıb. Ərazilər minalardan tam şəkildə təmizləndikdən və təhlükəsizlik təmin olunduqdan sonra bu istiqamətdə daha dəqiq tədqiqatlar aparılacaq”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar …

Read More »

Azad edilmiş ərazilərdə ekologiyaya vurulmuş zərərlə bağlı materiallar Baş Prokurorluğa təqdim edilib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin Şuşa və Ağdam nümayəndəliklərinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri …

Read More »

Xəzər Kürə qarışdı, Aran susuz qaldı – VİDEO

Kür çayı quruyur, dəniz suyu isə əksinə irəliləyir. Artıq iki həftədən çoxdur ki, Neftçalada dəniz suyu Kür çayına qarışaraq Aşağı Surra kəndinə kimi yaxınlaşıb. Bu da əhalinin yenidən narahatlığına səbəb olub. Boyukmillet.com xəbər verir ki, son vaxtlar Kürün Neftçala rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi minimum həddən də aşağı düşüb. Bunun nəticəsidir ki, Xəzər dənizinin suyu yenidən Kür çayına qarışıb. …

Read More »

Oxçuçayla bağlı beynəlxalq təşkilatlara bəyanat göndərilib

Cənubi Qafqazın ən böyük tələbə təşkilatı olan və özündə 101 ali və orta təhsil müəssisəsində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatını (TGT) birləşdirən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Azərbaycanın bütün tələbələri və TGT-ləri adından Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi ilə bağlı bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Oxçuçayda aparılan monitorinqlərə istinadən qeyd edilir ki, …

Read More »

Bir qrup QHT Oxçuçayın çirkəndirilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər

Bu gün Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin ofisində Azərbaycanda fəaliyyət göstərən bir neçə ekoloji təşkilatın rəhbərlərinin görüşü keçirilib. Boyukmillet.com xəbər verir ki, təşkilat rəhbərləri son aylar ərzində Ermənistan ərazisində fəaliyyət göstərən müəssisələrin Oxçuçay çayının ağır sənaye tullantıları ilə çirkləndirilməsi məsələsini müzakirə ediblər və problemlə bağlı ciddi narahatlıqlarını bildiriblər. Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov tədbirdə çıxışı zamanı qeyd edib ki, …

Read More »