Çərşənbə , 22 May 2024

Ekologiya

İlham Əliyev: “Azərbaycan və Aİ enerji sahəsində fəal əməkdaşlıq edir”

“Azərbaycan və Avropa İttifaqı (Aİ) enerji sahəsində fəal əməkdaşlıq edir. Bu gün imzalanmış sənəd bu sahədə gələcək əməkdaşlıq üçün bir növ, yol xəritəsidir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen ilə görüşün yekunlarına əsasən bildirib. Dövlət başçısının sözlərinə görə, Azərbaycan və Aİ arasında enerji sahəsində fəal əməkdaşlıq uzun illərdir ki, davam …

Read More »

Havanın temperaturu 44 dərəcəyədək yüksələcək

Sabahın hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq. Azərbaycanın rayonlarında yağmursuz hava şəraiti hökm sürəcək. Mülayim qərb küləyi …

Read More »

ETSN əhaliyə müraciət edib

Şabran rayonunun Təzəkənd – Daşlı yataq – Söhbətli kəndləri istiqamətində baş vermiş yanğın iyulun 11-i gecə saatlarında söndürülüb. Hadisə yerində olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov “Report”a deyib ki, yanğın baş verən ərazilərdə közərən, tüstüləyən ağaclar var: “Hazırda həmin ərazilərdə söndürülmə işlərini aparırıq. Taxıl sahələrinin biçindən sonra yandırılması əksər hallarda bilərəkdən törədilir. Həmin yanğınlar ətrafda …

Read More »

Sabah Azərbaycanda havanın temperaturu 40 dərəcəyədək artacaq

İyulun 10-a gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, Bakıda gecə 22-24° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın …

Read More »

Vitse-prezident: “Xəzərdə suyun səviyyəsinin enməsi SOCAR-ın istehsalat sahələrinin normal rejimdə istismarına mane olur”

“İqlim dəyişmələri nəticəsində meydana çıxan fövqəladə hallar, eləcə də Xəzər dənizinin səviyyəsində tərəddüdlərin artması bizi real risklərlə qarşı-qarşıya qoyur və bu mövzuda ciddi düşünməyə, önləyici tədbirlər görməyə vadar edir”. Boyukmillet.com xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, səviyyə tərəddüdlərinin …

Read More »

Bakıda Xəzərlə bağlı beynəlxalq konfrans keçirilir

“İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə hibrid formatda beynəlxalq konfrans keçirilir. Boyukmillet.com xəbər verir ki, tədbirdə Xəzəryanı ölkələrin nümayəndələri ilə birgə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İbrahim Quliyev, İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin katibi Abdallah Mokssit, BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin Rezident …

Read More »

Yağıntılı hava şəraiti iyulun 5-dək davam edəcək

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin iyulun 03-ü gündüz saatlarınadək davam edəcəyi, 04-dən mülayim cənub küləyi əsəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, fasilələrlə yağıntılı hava şəraiti isə 05-dək əsasən şimal və qərb rayonlarında davam edəcək. Birinci ongünlüyün son günlərində temperatur rejiminin tədricən yüksələrək Bakıda və Abşeron yarımadasında 35-37°, Mərkəzi Aran və Naxçıvan MR-da 35-38°, bəzi yerlərdə 40°, …

Read More »

Kürdə suyun səviyyəsi son sutkada 88 sm artıb

Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 28 iyun saat 07:00-la müqayisədə 9 sm artıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, 28 iyun saat 08:30-a olan məlumata əsasən, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 28 iyun saat 07:00-la müqayisədə 9 sm artıb, 27 iyun saat 08:00-la müqayisədə isə 88 sm çox olub və su sərfi 810 m3/san olmaqla ongünlük normanın 200 faizini təşkil …

Read More »

Küləkli hava şəraiti iyunun 24-dək davam edəcək

Azərbaycanda müşahidə olunan küləkli hava şəraiti iyunun 24-dək davam edəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd olunub ki, ölkə ərazisində küləkli hava şəraiti iyunun 24-ü səhərədək davam edəcək. İyunun 24-ü gündüz və iyunun 25-də isə mülayim cənub küləyi əsəcək. Əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli qısamüddətli …

Read More »

İyun ayının sonunadək hava qeyri-sabit olacaq – XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında iyun ayının ikinci ongünlüyünun sonunadək əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.

Read More »