Cənubi Koreyanın Çedju şəhərində “Ümumdünya Ətraf Mühit Günü” başlayıb. Boyukmillet.com xəbər verir ki, bu tədbir BMT-nin Ətraf Mühit Proqramının (UNEP) təşkilatçılığı ilə keçirilir. Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyevanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edir. Tədbir iştirakçılarına BMT-nin Baş katibi Antonio Quterreş videomüraciətlə çıxış edib. “Ümumdünya Ətraf Mühit Günü plastik çirklənmə ilə mübarizə yollarının axtarışına həsr …
Read More »Sabah 31 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında mayın 23-ü hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın temperaturu gecə 15-17° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında …
Read More »“Mayın 19-u gündüzdən başlayaraq…” – Nazirlikdən sarı və narıncı xəbərdarlıq
Milli Hidrometeorologiya Xidməti mayın 19-u gündüzdən mayın 20-si səhərədək Bakıda və Abşeron yarımadasında və bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Boyukmillet.com-un məlumatına görə, Xidmətdən bildirilib ki, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam, Ağdərə, Şuşa, Xankəndi, Xocavənd, Qubadlı, Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Gədəbəy, Göygöl, Qazax, Beyləqan, Salyan, İmişli, Sabirabad, Şirvan, Biləsuvar, Göyçay, Ağdaş, Kürdəmir, …
Read More »Sabah 28 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında mayın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətidən məlumat verilib. Bildirilib ki, səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 …
Read More »Alimlər okeanların dərinlikləri haqqında, demək olar, heç nə bilmədiklərini etiraf ediblər
Beynəlxalq “Ocean Discovery League” təşkilatından olan alimlər qrupu müəyyən edib ki, son 70 il ərzində bəşəriyyət okean dibinin yalnız cüzi bir hissəsini – təxminən 3 min kvadrat kilometr və ya ümumi sahəsinin 0,001 %-ni öyrənib. Boyukmillet.com xəbər verir ki, tədqiqat “Science Advances” (SciAdv) elmi jurnalında dərc edilib. 200 metr dərinlikdən başlayan dərin su zonaları Yerdə həyatın qorunmasında əsas rol oynayır. Onlar …
Read More »Sabah 31 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında mayın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq. Azərbaycanın rayonlarında hava …
Read More »Növbəti üç gün güclü külək əsəcək – XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə mayın 2-4-də güclü külək əsəcək. Boyukmillet.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Gəncə, Naftalan, Goranboy, Mingəçevir, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hacıqabul, Neftçala, Salyan, Xızıda cənub-qərb küləyi əsəcək. Bununla yanaşı, Xaçmaz, Şabran, …
Read More »Bakıya leysan yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında aprelin 23-ü axşam, 24-də gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Boyukmillet.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.
Read More »Sabah havanın temperaturu 29 dərəcəyədək yüksələcək
Bakıda və Abşeron yarımadasında aprelin 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, 22-dən 23-nə keçən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-15° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət …
Read More »Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatacaq – GƏMİLƏRƏ XƏBƏRDARLIQ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. Boyukmillet.com -un məlumatına görə, xəbərdarlığa əsasən, aprelin 15-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi aprelin 17-si gündüz saatlarına kimi davam edəcək. Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün isə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar