Bərpa olunan enerji mənbələrinin (BOEM) inkişafı üçün Cənubi Qafqaz regionunun bütün ölkələrinin potensialından istifadə etmək lazımdır. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində “Orta Dəhliz: Avropa və Asiya arasında əlaqələrin yenidən qurulması” mövzusunda panel müzakirəsi zamanı deyib. Nazir onu da vurğulayıb ki, Gürcüstan Azərbaycan-Avropa İttifaqı “yaşıl dəhliz” layihəsinin həyata …
Read More »İğdır-Naxçıvan qaz kəmərinin auditinə dair protokol imzalanıb
Türkiyə və Azərbaycanın Hesablama Palataları arasında İğdır-Naxçıvan qaz kəmərinin tikintisi layihəsinin auditi üzrə əməkdaşlıq haqqında protokol imzalanıb. Boyukmillet.com xəbər verir ki, İğdır şəhərinin Aralık rayonundakı BOTAŞ şirkətinin stansiyasında keçirilən tədbirdə Türkiyə Hesablama Palatasının sədri Metin Yener və Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, BOTAŞ şirkətinin baş direktoru Abdulvahit Fidan və digər rəsmi şəxslər iştirak edib. Tərəflər İğdır-Naxçıvan qaz kəmərinin tikintisi …
Read More »“Türkmənkimya” ammonyak istehsalını təkmilləşdirmək üçün xarici podratçılar axtarır
“Türkmənkimya” Dövlət Konserni Marı şəhərindəki “Maryazot” istehsalat birliyində “AM-600” ammonyak istehsalının yenidən qurulması və təkmilləşdirilməsi üçün beynəlxalq tender elan edib. Boyukmillet.com xəbər verir ki, tenderdə iştirakın dəyəri ƏDV daxil olmaqla 1 725 ABŞ dollarıdır. Tenderdə iştirak etmək istəyən şirkətlər tam adı və hüquqi statusu, qeydiyyatdan keçdikləri ölkə və rekvizitləri göstərilməklə yazılı ərizə təqdim etməlidirlər. Tender sənədləri paketini ƏDV daxil olmaqla 1 725 ABŞ dolları və ya …
Read More »Qazaxıstan köhnə yataqların istismarı ilə məşğul olan investorlar üçün alternativ vergi tətbiq edəcək
Qazaxıstan hökuməti tükənən yataqların istismarçılarına alternativ vergi tətbiq etmək üçün Vergi Məcəlləsinə düzəlişlər etməyi planlaşdırır. Bu barədə “Report”a Qazaxıstanın Energetika Nazirliyindən məlumat verilib. “Bu il Vergi Məcəlləsinə 307 neft yatağından 24-nə yataqların istismarçılarına alternativ verginin tətbiqi üçün dəyişikliklər gözlənilir”, – qurumdan bildirilib. Energetika Nazirliyinin məlumatına görə, bu islahatın tam həyata keçirilməsi geoloji kəşfiyyata hər il 200 milyard tengə (453 milyon ABŞ dolları) sərmayə qoyulmasına təkan verəcək, 2045-ci …
Read More »Qaradağ GES xarici investisiya hesabına tikilən “yaşıl enerji” layihələrinin başlanğıcıdır – ŞƏRH
Ötən ilin oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən tikilən 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının (GES) Azərbaycanda xarici investisiya hesabına inşa olunan “yaşıl enerji” layihələrinin başlanğıcıdır. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Strateji təhlil və proqnozlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Cavid Babayev bildirib. Onun sözlərinə görə, ölkədə ilk sənaye miqyaslı bərpa …
Read More »Azərbaycan və EBRD COP29 ərəfəsində keçiriləcək ilk bərpa olunan enerji hərracını dəyərləndirib
Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Avropa Enerji Qrupu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində reallaşdırılacaq ilk bərpa olunan enerji hərracı və digər layihələri dəyərləndirib. Boyukmillet.com xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Əbu-Dabidə səfərdə olan energetika naziri EBRD-nin Avropa Enerji Qrupunun direktoru Qrzeqorz Zielinski ilə görüşüb. “Görüşdə …
Read More »Bakıda külək elektrik stansiyası tikiləcək
Nazirlər Kabineti Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində dövlət mülkiyyətində 3,375 hektar, Abşeron rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 19,875 hektar və Abşeron rayonu …
Read More »Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək
Nazirlər Kabineti Biləsuvar və Neftçala rayonlarının inzibati ərazilərində dövlət mülkiyyətinə aid torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin əraziləri kimi müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 1 454 hektar torpaq sahəsi qoyuluş gücü 445 MVt olan günəş elektrik stansiyasının tikintisi …
Read More »Azərbaycan Serbiyaya təxminən 6,3 milyon kubmetr qaz tədarük edib
Azərbaycan 2024-cü ilin yanvar-fevral aylarında Serbiyaya 6 milyon 274,45 min kubmetr təbii qaz ixrac edib. Boyukmillet.com xəbər verir ki, Serbiyaya tədarük edilən qazın dəyəri 2 milyon 605,44 min ABŞ dolları təşkil edib. Söhbət Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən qeydə alınan (bəyan olunan) həcmlərdən gedir və bütün bu həcmlər fevral ayının payına düşüb. Xatırladaq ki, 2023-cü il noyabrın 15-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və …
Read More »“Azəriqaz”ın baş direktoru Ağdamda vətəndaş qəbulu keçirəcək
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaş qəbulu keçirəcək. Boyukmillet.com xəbər verir ki, aprelin 18-də saat 12:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Ağdam, Ağcabədi və Laçın rayonlarının sakinlərinin müraciətləri dinləniləcək. İstehsalat Birliyi vətəndaşların diqqətinə çatdırır ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz”ın fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
