Cümə , 17 May 2024

Energetika

Slovakiya XİN: “Azərbaycan təbii qazının Avropa bazarlarına tədarükünü dəstəkləyirik”

“Slovakiya Azərbaycan təbii qazının Avropa bazarlarına tədarükünü dəstəkləyir”. Bu barədə  Slovakiya Xarici İşlər Nazirliyindən bildirilib. “Azərbaycan vacib təbii qaz istehsalçısı və digər Xəzəryanı ölkələrdən hasil edilən təbii qaz üçün potensial tranzit ölkə kimi qəbul edilir. Cənub Qaz Dəhlizi Avropa İttifaqının prioritet enerji layihələrindən biridir və təbii qazın Slovakiyaya tədarükü üçün bu sahədə əməkdaşlığın qurulması yollarını nəzərdən keçiririk”, – XİN-in bəyanatında …

Read More »

Azərbaycan bu ilin sonundan Macarıstana təbii qaz ixracına başlayır

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Macarıstanın “MVM Group” şirkətinin baş icraçı direktoru Karoli Matrai ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi vurğulanıb. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın strateji rolundan bəhs edilib, bu xüsusda Cənub Qaz Dəhlizinin genişləndirilməsinin əhəmiyyətindən …

Read More »

Azərbaycanda hasil edilən neftin 74 %-i Bakı-Tbilisi-Ceyhan kəmərilə dünya bazarlarına nəql edilib

İndiyənədək Azərbaycanda hasil edilən 654 milyon ton neftin 484 milyon tonu Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə dünya bazarlarına çıxarılıb. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakı Enerji Forumunun ikinci günündə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənilməsinə başlandığından 2023-cü ilin may ayının 1-nə qədər 573 milyon ton neft hasil edilib. “İndiyə …

Read More »

“Total”: “Yaxın həftələrdə “Abşeron” yatağından ilk qaz çıxarılacaq”

Yaxın həftələrdə Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” qaz-kondensat yatağından ilk qaz çıxarılacaq. Boyukmillet.com xəbər verir ki, bunu “Total Enegy Avropa”nın birinci vitse-prezidenti Jan Lyuk Qizyu bu gün işinə başlayan Bakı Enerji Həftəsində çıxışı zamanı deyib.Onun sözlərinə görə, Azərbaycan Avropanın qaz təchizatında mühüm rol oynayır.Xatırladaq ki, yataqdan ilkin mərhələdə illik təxminən 1,5 milyard kubmetr, gələcəkdə isə 5 milyard kubmetr qaz hasilatı …

Read More »

Qordon Birrel: “BP Azərbaycanda yeni əhəmiyyətli qaz ehtiyatlarının aşkar olunmasını gözləyir”

BP şirkəti Azərbaycanda yeni əhəmiyyətli qaz ehtiyatlarının aşkar olunmasını gözləyir. Boyukmillet-com-un məlumatına görə, bunu BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel bu gün işinə başlayan Bakı Enerji Forumunun birinci günündə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, hazırda Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun hasilatda olan laylarının altında yerləşən dərin qatlardakı qaz ehtiyatlarının qiymətləndirilməsi aparılır. Q. Birrel …

Read More »

Azərbaycan tezliklə Xəzər dənizindəki daha bir böyük yataqdan təbii qaz hasilatına başlayacaq

“Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva-Azərbaycan biznes forumunun açılışında deyib. Prezident qeyd edib ki, Azərbaycan təbii qaz hasilatını artırır: “Biz tezliklə Xəzər dənizindəki daha bir böyük yataqdan təbii qaz hasilatına başlanılacağını elan edəcəyik”.

Read More »

Rumıniya Azərbaycan qazının nəqli ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlayıb

Rumıniya Azərbaycan qazının nəqlini qiymətləndirmək üçün texniki-iqtisadi əsaslandırma hazırlayıb. Bu barədə Boyukmillet.com yerli mətbuata istinadən xəbər verir. Məlumata görə, Rumıniyanın Baş naziri Nikolae Çuke Azərbaycan qazının Kulevi-Konstansa marşrutu ilə nəqlinin texniki-iqtisadi əsaslandırılmasının aparılması haqqında göstəriş verib. Layihə Konstansada (Rumıniya) qazın mayeləşdirilməsi stansiyasının tikintisini, qazın boru kəmərlərinə nəqlini, oradan istənilən istiqamətə nəqlini nəzərdə tutur. “Bu, Avropanı qazla təmin etmək üçün əlavə variantdır, …

Read More »

Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,35 ABŞ dolları, yaxud 1,73 % artaraq 79,22 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçersləri 76,96 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda …

Read More »

Azərbaycan 4 ayda Avropaya 4 milyard kubmetrə yaxın təbii qaz ixrac edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın təbii qaz ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 % çox – 8,4 milyard kubmetr təşkil edib ki, bunun da 3,9 milyard kubmetri Avropaya, 3,4 milyard kubmetri Türkiyəyə, 1,1 milyard kubmetri isə Gürcüstana ixrac olunub. Boyukmillet.com  xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Tviterdə bildirib. Bundan başqa, onun sözlərinə görə, 4 ay ərzində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Türkiyəni 1,9 milyard kubmetr “mavi yanacaq”la …

Read More »

Səfir: “Britaniya Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirir”

“Böyük Britaniya Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirir”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a müsahibəsində Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld deyib. “Mən bir sıra prezidentlərin, baş nazirlərin, energetika nazirlərinin Bakıya gəldiyinin şahidi oldum, çünki onlar Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rolu dərk edirlər”, – o vurğulayıb. Səfirin sözlərinə görə, onu heyrətləndirən məqam odur ki, bir …

Read More »