Çərşənbə axşamı , 30 Aprel 2024
Drone Cameras

Azərbaycan neftinin qiyməti 93 dollara düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,39 ABŞ dolları, yaxud 1,47 % azalaraq 93,33 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 90,56 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Check Also

Qazaxıstan köhnə yataqların istismarı ilə məşğul olan investorlar üçün alternativ vergi tətbiq edəcək

Qazaxıstan hökuməti tükənən yataqların istismarçılarına alternativ vergi tətbiq etmək üçün Vergi Məcəlləsinə düzəlişlər etməyi planlaşdırır. …