Cümə axşamı , 9 May 2024

Energetika

İlham Əliyev: “Azərbaycanda elektrik enerjisi ilə bağlı daxili qiymətlər xarici sərmayədarlar üçün sərfəlidir”

“Azərbaycanda elektrik enerjisi ilə bağlı mövcud daxili qiymətlər xarici sərmayədarlar üçün sərfəlidir. Belə olmasa, onlar sərmayə yatırmazdılar”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə bildirib. Hazırda “Masdar” və “ACWA Power” şirkətləri ilə iki layihənin icra olunduğunu qeyd edən Prezident İlham Əliyev vurğulayıb: “Bunlar iki qlobal enerji şirkətidir …

Read More »

Prezident: “Səngəçal terminalına elektrik enerjisinin verilməsi bərpaolunan enerji siyasətimizdən qaynaqlanır”

“BP ilə birgə icra etdiyiniz Səngəçal terminalına elektrik enerjisinin verilməsi layihəsi bərpaolunan enerji siyasətimizdən qaynaqlanır. Biz BP ilə razılaşdıq ki, o, Cəbrayıl şəhərində 240 meqavat gücündə günəş enerji stansiyasının tikintisində birbaşa xarici sərmayədar olacaq”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə bildirib. İstehsal olunmuş həmin enerjinin də Azərbaycanın …

Read More »

Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,19 ABŞ dolları, yaxud 1,4 % azalaraq 83,60 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünən hərracların nəticələrinə görə “Brent” markalı neftin may fyuçersləri 80,77 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə …

Read More »

Prezident: “Avropada təbii qaza tələbatın artması ilə əlaqədar kəmər imkanlarımızı genişləndirməyi planlaşdırırıq”

“İki ildən çox bundan əvvəldən etibarən bəzi ölkələr artıq Azərbaycandan elektrik enerjisi və əlbəttə ki, təbii qaz almağa başlayıb. Lakin Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar, hazırda biz kəmər imkanlarımızı genişləndirməyi planlaşdırırıq”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib. Dövlət başçısı 16 milyard …

Read More »

İlham Əliyev: “Qazın artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən müraciət olunub”

“Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bizə qaz təchizatı və ya mövcud qaz təchizatının artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən müraciət olunub”. Boyukmillet.com  xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib. “Biz tərəfdaşlarımızın ehtiyaclarını qarşılamaq üçün hər şeyi edirik. Bizim qaz təchizatımızın artıq kifayət qədər şaxələndirilmiş coğrafiyası var”, – deyə …

Read More »

SOCAR-ın nümayəndə heyəti NDU-da olub

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) prezidentinin müşaviri Aygün Hüseynova və nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub. Boyukmillet.com xəbər verir ki, ali təhsil ocağının rektoru Elbrus İsayev universitetin maddi-texniki bazası, burda mövcud olan ixtisaslar barədə məlumat verib. Vurğulanıb ki, universitetin tələbə kontingentini muxtar respublikadan olmaqla bərabər 20 %-i ölkəmizin müxtəlif bölgələrindən, digər 20 %-ini isə əcnəbi tələbələr təşkil edir. Hazırda 23 ixtisas üzrə 1 700 əcnəbi tələbənin təhsil aldığı universitetin …

Read More »

Bu ildən Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəqlinə başlanılacaq

Bu ildən Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəqlinə başlanılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər nazirinin müavini Roman Vasilenko Mərkəzi Kommunikasiyalar Xidmətinin brifinqində bildirib. Roman Vasilenko qeyd edib ki, hazırda ölkədən neftin ixracı bir neçə mühüm istiqamət üzrə həyata keçirilir. “Bu sıraya Rusiyadan keçən istiqamətlər də daxildir. Xəzər boru kəməri konsorsiumu, Atırau-Samara neft kəməri, Aktau-Mahaçqala istiqamətləri də mövcuddur. …

Read More »

Qazaxıstan “Kaşaqan” yatağından hasil edilən neft partiyasını Azərbaycan vasitəsilə tədarük edəcək

Qazaxıstanın “KazTransOil” şirkəti bu ay “Kaşaqan” yatağından hasil edilən 7 min ton nefti Azərbaycan ərazisindən tranzitlə tədarük edəcək. Boyukmillet.com bu barədə “KazTransOil”a istinadən xəbər verir. Şirkətdən verilən məlumata görə, neft partiyası Aktau dəniz limanından sınaq rejimində daşınacaq və Bakı Beynəlxalq Dəniz Limanı istiqamətində ixraca göndəriləcək. Xatırladaq ki, “Kaşaqan” yatağının neftinin daşınması ilə Yaponiyanın “INPEX North Caspian Sea” şirkəti məşğul olur. …

Read More »

Səudiyyə Ərəbistanı Asiya və Avropa bazarları üçün neftin qiymətini qaldırıb

Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı aprel ayında Asiya və Avropa üçün neftin qiymətini qaldırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Aprel ayı üçün “Arab Light”ın Asiya üçün rəsmi satış qiyməti Oman-Dubay etalonunda 2,5 ABŞ dolları bahalaşıb ki, bu da mart ayı qiymətindən 50 sent yüksəkdir. Eyni zamanda Səudiyyə Ərəbistanının dövlət şirkəti olan “Saudi Aramco” …

Read More »

“Azərişıq” Ağcabədinin 2 kəndinin elektrik şəbəkəsini yenidən qurur

“Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Pərioğullar və Hacıbədəlli kəndlərinin elektrik şəbəkəsi yenilənir. Boyukmillet.com xəbər verir ki, yenidənqurma nəticəsində 396 abonenti olan Pərioğullar kəndində 4 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 12 km-a yaxın 10 kV-luq, 28 km-dan çox 0,4 kV-luq elektrik xətti yenilənəcək. Ağcabədinin Hacıbədəlli kəndində də yenilənmə işləri davam etdirilir. 843 abonenti olan kənd ərazisində 9 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 22 km-a yaxın 10 kV-luq, 32 km-dan artıq 0,4 kV-luq elektrik xətti dəyişdiriləcək. Hər iki kənddə elektrik sayğacları …

Read More »