Cümə axşamı , 9 May 2024

Energetika

Nazir: “Məhz Heydər Əliyevin sayəsində Xəzərin karbohidrogen ehtiyatlarının xarici bazarlara çıxarılması mifdən reallığa çevrilib”

Bu gün Azərbaycanda istehsal edilən elektrik enerjisinin 15 %-i “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) payına düşür. Boyukmillet.com xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqil energetika siyasətinin müəllifidir” adlı tədbirdə çıxışı zamanı qeyd edib. P.Şahbazovun sözlərinə görə, məhz Heydər Əliyevin sayəsində Xəzər dənizinin karbohidrogen ehtiyatlarının …

Read More »

Pakistanda SOCAR-ın iştirakı ilə LNG terminalı yaradıla bilər

Pakistanda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) iştirakı ilə LNG terminalı yaradıla bilər. Boyukmillet.com xəbər verir ki, bununla bağlı müzakirələr energetika naziri Pərviz Şahbazovun Pakistanın neft üzrə dövlət naziri Musadik Masood Malik, investisiya şurası naziri Chaudhry Salik Hussain və sənayelər və istehsal üzrə naziri Syed Murtaza Mahmud ilə keçirilən görüşdə aparılıb. Görüşdə iki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edilib …

Read More »

AREA rəsmisi Azərbaycanın Avropaya hidrogen ixracı imkanlarından danışıb

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA) Budapeştdə keçirilən Enerji üzrə İşçi Qrupunun 3-cü iclasında Azərbaycanın Avropaya gələcəkdə hidrogen ixracı imkanları barədə məlumat verib. Bu barədə Boyukmillet.com AREA-ya istinadən xəbər verir. Azərbaycan və Macarıstan hökumətləri arasında Enerji üzrə İşçi Qrupunun 3-cü iclasında Agentliyin direktor müavini Aygün Zeynalova iştirak edib. Həmçinin, A.Zeynalova “Yaşıl Enerjinin Ötürülməsi Konsepsiyası” adlı təqdimatla çıxış …

Read More »

Vüqar Əhmədov Tərtər və Ağdam rayonlarından olan vətəndaşları qəbul edəcək

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov fevralın 16-da saat 10:00-da Tərtər şəhərində Tərtər və Ağdam rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu barədə “Report”a qurumdan məlumat verilib. Qəbul Tərtər şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında yerləşən “Azərişıq” ASC-nin Tərtər Elektrik Şəbəkəsinin inzibati binasında keçiriləcək. Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq. …

Read More »

Ekspert: “Azərbaycan Mərkəzi Asiyadan Aİ-yə qaz ixracı üçün platformaya çevrilə bilər”

“Azərbaycan gələcəkdə Mərkəzi Asiyadan Avropa İttifaqına təbii qaz ixracı üçün platformaya çevrilə bilər”. Boyukmillet.com xəbər verir ki, bunu Belçikanın “New Direction” beyin mərkəzinin icraçı direktoru Vitold de Şevilli Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığa həsr olunmuş vebinarında çıxışı zamanı deyib. “Rusiyanın Ukraynada başlatdığı müharibə ilə əlaqədar olaraq, Avropa İttifaqı üçün daha təhlükəsiz nəqliyyat marşrutlarının tapılması …

Read More »

Ekspert: “İtaliya və Azərbaycan əlaqələri elektrik enerjisinə də ciddi sirayət edir”

İtaliya və Azərbaycan arasında olan əlaqələr təkcə neft-qaz sahəsi üzrə deyil, eyni zamanda elektrik enerjisinə də artıq ciddi şəkildə sirayət edir. Bunu “Report”a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda “Gülüstan” sarayında keçirilən müstəqillik dövrünün 1 280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi zamanı çıxışına münasibət bildirərkən söyləyib. Onun sözlərinə görə, İtaliya Azərbaycanın sözün həqiqi …

Read More »

Azərbaycan neftinin qiyməti 2 dollardan çox bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,34 ABŞ dolları, yaxud 2,7 % artaraq 88,70 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin aprel fyuçersləri 86,39 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci …

Read More »

“Azəriqaz”: “Dünən hava şəraitinin kəskin soyuması ilə əlaqədar qaz istehlakı artıb”

Fevralın 9-da ölkədə hava şəraitinin kəskin soyuması ilə əlaqədar olaraq “Azəriqaz”ın boru xətlərinə 42 milyon 271 min kubmetr qaz qəbul edilib. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov bu gün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib. Onun sözlərinə görə, bu, ötən ilin eyni gününün göstəricisindən …

Read More »

Azərbaycan neftinin qiyməti cüzi artıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,03 ABŞ dolları, yaxud 0,03 % artaraq 86,36 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin aprel fyuçersləri 84,26 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci …

Read More »

SOCAR prezidenti “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Şöhrət İsa-zadə və Ramil Abulov ilə görüş keçirib. Boyukmillet.com xəbər verir ki, R. Nəcəf layihənin idarəçi rəhbərlərindən biri olaraq birillik fərdi inkişaf planı əsasında təcrübəsini müsabiqə qalibləri ilə bölüşəcəyini, həmçinin qaliblərin mentorluq proqramını yüksək səviyyədə həyata keçirmələri üçün SOCAR tərəfindən lazımi şərait yaradılacağını vurğulayıb. …

Read More »