Şənbə , 27 Aprel 2024
Drone Cameras

TANAP ilə Türkiyə və Avropaya nəql edilən Azərbaycan qazının həcmi açıqlanıb

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan təbii qazı Türkiyə və Avropa istehlakçılarına çatdıran Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə ümumilikdə bu ilin noyabrın sonunadək təqribən 55 milyard kubmetr həcmində qaz ötürülüb.

Bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2019-cu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Cənub Qaz Dəhlizinin əsas seqmenti sayılan 1 850 kilometr uzunluğunda olan TANAP Türkiyə ərazisindən keçərək “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyə və Avropa istehlakçılarına çatdırır.

Maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetr olan TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) birləşir.

Check Also

Qaradağ GES xarici investisiya hesabına tikilən “yaşıl enerji” layihələrinin başlanğıcıdır – ŞƏRH

Ötən ilin oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən tikilən 230 MVt gücündə Qaradağ Günəş Elektrik …