Şənbə , 18 May 2024

Energetika

İlham Əliyev: “Maliyyə təsisatları ilə məhsuldar əməkdaşlığımızı bərpaolunan enerji sahəsində də davam etdirəcəyik”

Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında beynəlxalq maliyyə təsisatları ilə bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələlərindən də bəhs edib. Boyukmillet.com  xəbər verir ki, iclasda maliyyə təsisatlarının təmsil olunduqlarını vurğulayan dövlət başçısı deyib: “Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bakı, Asiya İnfrastruktur və …

Read More »

Azərbaycan neftinin qiyməti 85 dollardan aşağı düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,27 ABŞ dolları, yaxud 2,63 % azalaraq 84,14 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin aprel fyuçersləri 82,17 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci …

Read More »

Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasındakı çıxışı canlı yayımlanacaq

Bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası keçiriləcək. Boyukmillet.com  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edəcək. Dövlət başçısının çıxışı nəzərdə tutulub. Çıxış Azərbaycan Prezidentinin Youtube və Facebook sosial şəbəkə hesablarında canlı yayımlanacaq. Qeyd edək ki, tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun, …

Read More »

Rövşən Nəcəf TPAO şirkətinin prezidenti ilə görüşüb

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkətinin prezidenti Melih Han Bilginin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə ölkələrimiz arasında möhkəm dostluq və qardaşlıq münasibətlərindən, yüksək səviyyəli strateji tərəfdaşlıqdan məmnunluq ifadə edilib, bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində əməkdaşlığın sürətlə inkişaf etdiyi diqqətə çatdırılıb. Ölkəmizdə ilk xarici …

Read More »

Prezident: “Enerji layihələri Azərbaycan-Rumıniya tərəfdaşlığını gücləndirəcək”

Enerji layihələri Azərbaycan-Rumıniya tərəfdaşlığını gücləndirəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fevralın 2-də Rumıniya Prezidenti Klaus Yohannis ilə geniş tərkibdə görüşdə çıxışında deyib. “Biz artıq təbii qazın nəqli məsələsində tərəfdaş olmuşuq və bu da bizim əməkdaşlığımızda mühüm mərhələdir. Lakin, birmənalı olaraq, biz əməkdaşlığımızın daha geniş miqyasını arzu edirik, nəinki enerji, o cümlədən ticari işbirliyimizlə bağlı məsələləri də …

Read More »

Ekspert: “Azərbaycan Avropa üçün həm də “yaşıl enerji” tədarükü üzrə etibarlı tərəfdaş olacaq”

“Azərbaycan Avropa İttifaqı (Aİ) üçün karbohidrogen tədarükü üzrə olduğu kimi “yaşıl enerji” sahəsində də etibarlı tərəfdaşa çevriləcək”. Bunu “Report”a açıqlamasında iqtisadçı-ekspert Amal Həsənli deyib. Onun sözlərinə görə, Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu Aİ-nin öz enerji təhlükəsiliyinin təmin olunmasında ölkəmizə verdiyi önəmin bariz nümunəsidir: “Reqiondakı qeosiyasi vəziyyətin gərginləşməsi fonunda enerji təhlükəsizliyi məsələsi Aİ üçün heç …

Read More »

Azərbaycan qazını Serbiyaya nəql edəcək boru kəmərinin tikintisi oktyabrda yekunlaşacaq

Bolqarıstan Azərbaycan təbii qazını Serbiyaya nəql edəcək boru kəmərinin tikintisini oktyabr ayında yekunlaşdıracaq. Boyukmillet.com xəbər verir ki, bunu “Bulqartransqaz” şirkətinin icraçı direktoru Vladimir Malinov bildirib. Onun sözlərinə görə, tikintisinə dünən başlanılan boru kəməri bu ilin sonuna tam istifadəyə veriləcək: “Bolqarıstan öz ehtiyacları üçün Mərkəzi Avropadakı Baumqarten qovşağından axınları tərsinə çevirməklə (revers) əlavə təchizat əldə edə bilər”. Qeyd edək ki, Serbiya …

Read More »

SOCAR və Boğaziçi Universitetinin birgə təşkilatçılığı ilə təlim proqramına start verilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin Boğaziçi Universitetinin birgə təşkil etdiyi “Liderlik Akademiyası”nın “Strateji Rəhbərlərin İnkişafı” təlim proqramı çərçivəsində SOCAR-da tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, Boğaziçi Universitetinin rektoru professor Mehmet Naci İncinin rəhbərlik etdiyi nümayəndə heyəti ilk öncə SOCAR-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi və Azərbaycan Nefti sərgisi ilə tanış olub. Daha …

Read More »

Macarıstanın Baş naziri: “Biz Azərbaycanda istehsal edilən elektrik enerjisini Avropaya gətirəcəyik”

“Biz Azərbaycanda istehsal edilən elektrik enerjisini Avropaya gətirəcəyik. Azərbaycandan gələn həm təbii qaz, həm də elektrik enerjisi Macarıstandan keçəcək. Həmçinin nəqliyyat marşrutu üzərində yerləşdiyimiz üçün Macarıstanın da rolu artacaq”. Boyukmillet.com xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında bildirib. Macarıstanın həll yolunun tərkib hissəsi olacağını vurğulayan Baş nazir deyib: …

Read More »

Fatih Dönməz: “Türkiyə LNG tədarükü ilə Avropaya enerji böhranından çıxmağa kömək edə bilər”

“Türkiyə Avropa ölkələrinə ildə təxminən 40 milyard kubmetr mayeləşdirilmiş təbii qaz (LNG) tədarük edə və bununla da qitədə enerji böhranının aradan qaldırılmasına mühüm töhfə verə bilər”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib. “Tərəflər razılaşarsa, enerji böhranının aradan qaldırılmasında konstruktiv rol oynaya bilərik. Hazırda bizim dənizdə iki, quruda isə üç LNG terminalımız var. …

Read More »