Bazar , 19 May 2024
Drone Cameras

İsDB-nin Azərbaycandakı enerji layihələrinə dəstəyi yüksək qiymətləndirilib

İslam İnkişaf Bankının (İsDB) Azərbaycanda energetika sahəsində həyata keçirdiyi layihələrə verdiyi dəstək yüksək qiymətləndirilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun ölkəmizdə səfərdə olan İsDB qrupuna daxil olan İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının rəhbəri Oussama Kaissinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirilib.

Görüşdə Azərbaycanla İsDB arasında uğurlu və səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb, bankın ölkəmizdə müxtəlif sahələrdə həyata keçirdiyi layihələrə də verdiyi dəstək yüksək qiymətləndirilib.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələn strateji hədəflər, işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan layihələr və “Yaşıl enerji” zonasının yaradılması, enerji səmərəliliyi, bərpa olunan enerji sahəsinin inkişafı istiqamətində görülən tədbirlər haqqında məlumat verilib, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Check Also

Balluku: Albaniya Azərbaycanla ölkənin qazlaşdırılması sahəsində intensiv əməkdaşlığa hazırdır

Albaniya Azərbaycanla ölkənin qazlaşdırılması sahəsində çox intensiv əməkdaşlığa hazırdır. Boyukmillet.com xəbər verir ki, bunu Albaniyanın …