Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Çində Nizami Gəncəvinin büstünü ziyarət edib

Çində dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstü ziyarət olunub.

Boyukmillet.com xəbər verir ki, Mədəniyyət Nazirliyinin nümayəndə heyəti 9 sentyabr tarixinədək Çin Xalq Respublikasında (ÇXR) səfərdədir.

Səfər çərçivəsində Pekin şəhərində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə ÇXR-in mədəniyyət və turizm naziri Hu Hıpin arasında geniş nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib.

Görüşdən sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Pekinin Çaoyanq parkında ucaldılmış abidəsinin önünə əklil qoyub.

Check Also

Araşdırmaçı: “Elçin Əfəndiyev hadisələrə ötən əsrin stereotipləri ilə yanaşır”

İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun M.C.Bağırovun gizli məhculları və o dövrün hadisələrinə gün işığı tutan “M. …