Şənbə , 18 May 2024

Energetika

Azərbaycan neftinin qiyməti 90 dollara yaxınlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,45 ABŞ dolları, yaxud 0,55 % artaraq 89,94 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin mart fyuçersləri 87,28 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti …

Read More »

Azərbaycan Prezidenti: “Cənub Qaz Dəhlizi bütöv bir regionun inkişafına töhfə verir”

Cənub Qaz Dəhlizi ölkələrimizi birləşdirir və bütöv bir regionun inkişafına töhfə verir. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistriasın etimadnaməsini qəbul edərkən deyib. Cənub Qaz Dəhlizinin ümumi maraq kəsb edən layihə olduğunu bildirən dövlət başçısı, həmçinin Yunanıstanın Azərbaycan qazının digər Avropa ölkələrinə çatdırılmasında tranzit ölkə …

Read More »

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 9-cu iclasının vaxtı məlum olub

Fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısı keçiriləcək. Boyukmillet.com xəbər verir ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasıda iştirak edəcək mötəbər qonaqların siyahısı hələki dəqiqləşdirilir. Tədbirdə beynəlxalq enerji şirkətlərinin və maliyyə qurumlarının iştirakı gözlənilir. Toplantının sonunda nazirlərin mətbuat konfransının keçirilməsi nəzərdə tutulur. Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın …

Read More »

Azərbaycan “Trafigura Group”u ilə “yaşıl enerji” layihələri üzrə perspektivləri müzakirə edib

Azərbaycan və “Trafigura Group Pte Ltd” şirkəti arasında “yaşıl enerji” layihələri üzrə perspektivlər müzakirə edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb. “Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində “Trafigura Group Pte Ltd”nin sədri və baş icraçı direktoru Ceremi Veirlə “yaşıl enerji” layihələri üzrə perspektivlər, sənaye məhsullarının istehsalı və potensial sahələrdə əməkdaşlıq …

Read More »

Prezident İlham Əliyev: “Biz 2027-ci ilədək Avropaya qaz təchizatını iki dəfə artıracağıq”

“Biz 2027-ci ilədək Avropaya qaz təchizatını iki dəfə artıracağıq”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında söyləyib. “2021-ci ildə bizim Avropaya ixracımız 8 milyard kubmetrdən bir az artıq idi. Bu il ən azı 11,6 milyard kubmetr olacaq. Artım olduqca sürətlidir. …

Read More »

Macarıstan XİN: “Azərbaycan qazının tədarükü ilə bağlı danışıqlara başlanılıb”

Azərbaycan qazının, eləcə də Türkiyənin dəniz limanlarına çatdırılan mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü ilə bağlı kommersiya danışıqlarına başlanılıb. Boyukmillet.com xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştdə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Azərbaycan qazının Avropaya tədarükünün genişləndirilməsi boru kəməri infrastrukturuna böyük investisiyalar tələb edəcək və Macarıstan …

Read More »

Azərbaycan Prezidenti: “Təbii qaz ixracımız artmaqda davam edəcək”

“Təbii qaz ixracımız artmaqda davam edəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev söyləyib. Dövlət başçısı bildirib ki. cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqaenerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub: “Həmin boru kəmərinin …

Read More »

Xoşbəxt Yusifzadənin 93 yaşının tamam olması münasibətilə tədbir keçirilib

Dövlət Neft Şirkətində (SOCAR) qurumun I vitse-prezidenti, görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 93 yaşının tamam olması münasibəti ilə tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə çıxış edən İqtisadiyyat naziri, şirkətin Müşahidə Şurasının sədri Mikayıl Cabbarov X.Yusifzadəni təbrik edib, Azərbaycanın iqtisadi tərəqqisində neft-qaz sənayesinin və neftçilərin rolunu diqqətə çatdırıb. Müstəqil Azərbaycanın yeni neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsində görkəmli alimin …

Read More »

Azərbaycan neftinin qiyməti 91 dolları keçib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,63 ABŞ dolları, yaxud 0,7 % artaraq 91,26 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin mart fyuçersləri 82,1 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il …

Read More »

Azərbaycan neftinin qiyməti 87 dolları keçib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,69 ABŞ dolları, yaxud 3,17 % artaraq 87,52 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin mart fyuçersləri 87,62 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci …

Read More »