Şənbə , 18 May 2024

Energetika

Azərbaycan neft emalı sahəsində Vyetnam ilə əməkdaşlığı genişləndirmək istəyir

Azərbaycan bir sıra sahələrdə, o cümlədən neft emalı sahəsində Vyetnam şirkətləri ilə əməkdaşlığını genişləndirmək istəyir. Boyukmillet.com xəbər verir ki, bununla bağlı müzakirələr energetika naziri Pərviz Şahbazovun Vyetnam Kommunist Partiyasının Xarici Əlaqələr Komissiyasının sədr müavini xanım Nguyen Thi Hoang Vanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə aparılıb. Görüşdə Azərbaycan-Vyetnam arasında əməkdaşlıq münasibətlərinin inkişafı üçün digər sahələrlə yanaşı enerji sahəsində də əlaqələrin …

Read More »

İlham Əliyev: “İstifadəyə veriləcək yeni yataqlar bizə əlavə qaz həcmlərini tədarük etməyə imkan yaradacaq”

“İstifadəyə veriləcək yeni yataqlar bizə əlavə qaz həcmlərini tədarük etməyə imkan yaradacaq”. Boyukmillet.com xəbər verir ki, bu fikri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransında çıxışında deyib. “Bu ilin iyul ayında biz qaz təchizatının iki dəfə artırılması üçün Avropa Komissiyası ilə Anlaşma Memorandumu imzalamışıq və burada potensial mövcuddur. Qarşıdakı …

Read More »

Qarabağda inşaat zamanı bərpa olunan enerji qurğularının quraşdırılması nəzərə alınacaq

Qarabağda tikiləcək binaların və digər obyektlərin layihələndirilməsi zamanı ərazinin potensialından asılı olaraq müxtəlif bərpa olunan enerji mənbələri üzrə qurğuların quraşdırılması nəzərə alınacaq. Bunu “Report”a açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrlə iş və hüquq şöbəsinin müdir müavini Cəbrayıl Əliyev deyib. C.Əliyevin sözlərinə görə, ölkə başçısının 16 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən qəbul edilmiş “Azərbaycan Respublikasının işğaldan …

Read More »

Azərbaycan neftinin qiyməti 91 dolları keçib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,9 ABŞ dolları, yaxud 6,93 % artaraq 91,09 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin yanvar fyuçersləri 88,36 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ …

Read More »

Avropada təbii qaz ucuzlaşıb

Avropada təbii qazın qiyməti 3 % düşüb. Avropanın ən likvid habı olan TTF-də (Niderland) təbii qazın dekabr fyuçersləri ticarətə 1000 kubmetr üçün 1282,6 ABŞ dolları səviyyəsində başlayıb. Daha sonra “mavi yanacağ”ın qiyməti 1295,7 (-3%) dollara düşüb.

Read More »

Azərbaycan neftinin qiyməti 100 dolları keçib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,61 ABŞ dolları, yaxud 2,66 % artaraq 100,87 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin yanvar fyuçersləri 94,67 ABŞ dollara satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ …

Read More »

İbrahim Kalın: “Türk axını”nın genişləndirilməsi üçün daha bir xəttin tikintisi mümkündür”

“Türkiyədə təbii qaz qovşağının yaradılması çərçivəsində “Türk axını”nın genişləndirilməsi üçün daha bir boru kəmərinin tikintisi mümkündür”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib. “Türk axını”nı bir az da gücləndirmək və yeni boru kəməri çəkmək olar. Nəticədə şərqdən qərbə, şimaldan cənuba tamamilə yeni enerji xəritəsi yarana bilər. Bu zaman Türkiyə sadəcə təbii qaz tranziti həyata keçirən ölkə …

Read More »

Qarabağda 50-dən çox elektrik stansiyasının bərpa və inşası üçün araşdırmalar aparılır

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda ümumi gücü 320 meqavatdan artıq 50-dən çox kiçik su elektrik stansiyasının bərpa və inşası üçün araşdırmalar aparılır. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan energetika naziri Pərviz Şahbazov “Prezident İlham Əliyevin rəhbərliyilə postkonflikt modeli” mövzusunda konfransda çıxışı zamanı deyib. “Ümümi gücü 33,4 meqavat olan 7 kiçik su elektrik stansiyasının bərpa-tikintisi həyata keçirilir. İki ilə yaxın müddətdə 11 kiçik su elektrik stansiyasının bərpası enerji sisteminə 54 meqavata yaxın …

Read More »

Azərbaycan neftinin qiyməti 97 dollara yaxınlaşır

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,67 ABŞ dolları, yaxud 1,76 % artaraq 96,73 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin dekabr fyuçersləri 95,90 ABŞ dollara satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda …

Read More »

Nazir: “Dənizdə külək enerjisindən istehsal olunacaq elektrik enerjisi Avropaya ixrac ediləcək”

Azərbaycanda bərpa olunan enerji mənbələri, xüsusilə dənizdə külək enerjisi üzrə yaradılacaq böyük güclər hesabına istehsal olunacaq elektrik enerjisinin müəyyən hissəsinin Avropaya ixracı nəzərdə tutulub. Boyukmillet.com xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Tormanı qəbul edən zaman bildirib. Görüşdə enerji əməkdaşlığının Azərbaycan və Macarıstan əlaqələrinin vacib hissəsi olduğu vurğulanıb. Cənub Qaz Dəhlizi çərçivəsində …

Read More »