Cümə , 9 Yanvar 2026

Energetika

Şimali Makedoniya Azərbaycan tədarükləri hesabına elektrik stansiyalarını qaza çevirməyi planlaşdırır

Şimali Makedoniya uzunmüddətli müqavilələr əsasında Azərbaycandan qaz almaq niyyətindədir. Bunu “Report”a müsahibəsində Şimali Makedoniyanın energetika, dağ-mədən sənayesi və minerallar naziri Sanya Bojinovska deyib. Nazirin sözlərinə görə, hazırda Şimali Makedoniyanın Azərbaycandan qaz tədarükü ilə bağlı birbaşa müqaviləsi yoxdur. “İdxal əsasən Yunanıstan və Bolqarıstan vasitəsilə həyata keçirilir. Kiçik həcmdə Azərbaycan qazı qısamüddətli müqavilələr əsasında bolqar treyderlər vasitəsilə tədarük edilir, qaz kəmərinin tutumunun böyük …

Read More »

Türkiyə-Azərbaycan IV Enerji Forumunun tarixi açıqlanıb

Türkiyənin İzmir şəhərində keçirilməsi nəzərdə tutulan Türkiyə-Azərbaycan IV Enerji Forumu sentyabrın 4-də baş tutacaq. Bu barədə “Report”a energetika nazirinin müşaviri Zəminə Əliyeva məlumat verib. Onun sözlərinə görə, tədbirin nazir Pərviz Şahbazovla Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın həmsədrliyi ilə keçiriləcəyi gözlənilir. Türkiyəyə səfər çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Əliağa terminalında yerləşən zavodlarına da baş çəkilməsi nəzərdə tutulub. Türkiyə-Azərbaycan …

Read More »

SOCAR insan kapitalının inkişafı sahəsində beynəlxalq uğura imza atıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) insan kapitalının inkişafı sahəsində nüfuzlu “Brandon Hall Group” “Human Capital Management Excellence” mükafatının qalibləri sırasında yer alıb. Boyukmillet.com SOCAR-a istinadən xəbər verir ki, 2025-ci ilin əvvəlində SOCAR-ın Baş Ofisinin İnsan Kapitalı və İnklüzivlik (İKİ) seqmenti tərəfindən həyata keçirilən bir sıra layihə və proqramlar “Brandon Hall Group” tərəfindən elan edilmiş müxtəlif kateqoriyalar üzrə dörd müxtəlif kateqoriyada yüksək …

Read More »

“Dostluq” boru kəməri ilə Slovakiyaya neft nəqli bərpa edilib

Slovakiyaya “Dostluq” boru kəməri ilə Rusiya neftinin nəqli bərpa edilib. Boyukmillet.com -un məlumatına görə, bu barədə ölkənin Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova bildirib. “Slovakiyaya “Dostluq” neft kəməri ilə neft nəqli bərpa edildi! Ümid edirəm ki, fəaliyyəti sabitləşəcək və artıq enerji infrastrukturuna qarşı hücumlar olmayacaq”, – o qeyd edib. Bundan əlavə, Macarıstanın MOL şirkətinin mətbuat xidməti də “Dostluq” neft …

Read More »

Azərbaycanın I yarımildə magistral qaz kəmərlərinin fəaliyyətindən gəlirləri məlum olub

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın magistral qaz kəmərlərinin, o cümlədən Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) fəaliyyətindən əldə olunan gəlirləri 1 milyard 359 milyon 156,6 min manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bu gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 0,05 % azalıb. Hesabat dövründə magistral qaz kəmərlərində qeydə alınan itkilər 7,1 % artaraq 25,5 milyon kubmetr təşkil edib. Bildirildiyi kimi, hesabat dövründə magistral qaz kəmərləri …

Read More »

SOCAR-ın Özbəkistanda geoloji kəşfiyyat işlərinə başlayacağı vaxt açıqlanıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2026-cı ilin birinci rübündə Özbəkistanın Üstyurd regionunun investisiya bloklarında geoloji kəşfiyyat işlərinə başlamağı planlaşdırır. Bunu “Report”a müsahibəsində “Özbəkneftqaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Bahodirjon Sidikov deyib. “Bu, təşkilati-hazırlıq mərhələsi başa çatdıqdan və bütün lazımi icazələr alındıqdan sonra mümkün olacaq”, – o bildirib. “Özbəkneftqaz”ın rəhbəri xatırladıb ki, Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) şərtlərinə uyğun olaraq, geoloji kəşfiyyat …

Read More »

Mirziyoyev Azərbaycan və Türkmənistana Xəzərdəki yataqlarla bağlı Özbəkistanla əməkdaşlıq təklif edib

Özbəkistan Azərbaycan və Türkmənistana Xəzər şelfində geoloji kəşfiyyat və yataqların mənimsənilməsi sahəsində əməkdaşlıq perspektivlərini araşdırmağı təklif edib. Boyukmillet.com-un məlumatına görə, bu təkliflə Özbəkistan lideri Şavkat Mirziyoyev avqustun 22-də Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə keçirilən yüksək səviyyəli üçtərəfli görüşdə çıxış edib. Bundan əlavə, Ş.Mirziyoyev Özbəkistanın Xəzər dənizi vasitəsilə yüklərin daşınması üçün öz …

Read More »

Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib

Rusiya Ukraynanın qaz nəqli infrastruktur obyektinə hücum edib. Bu barədə Boyukmillet.com Ukraynanın Energetika Nazirliyinə istinadən xəbər verir. “Avqustun 6-sı gecə saatlarında Rusiya qaz infrastrukturu obyektinə – Ukraynanın Qaz Nəqli Sisteminin operatorunun Odessa vilayətində Ukrayna-Rumıniya sərhədi yaxınlığında yerləşən kompressor stansiyasına məqsədyönlü hücum həyata keçirib”, – məlumatda bildirilib. Bu kompressor stansiyası Yunanıstanın mayeləşdirilmiş təbii qaz (LNG) terminallarını Trans-Balkan qaz kəməri vasitəsilə Ukraynanın qaz anbarları …

Read More »

Azərbaycan neftinin qiyməti 69 dollara düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,45 ABŞ dolları, yaxud 2,05 % azalaraq 69,14 ABŞ dolları təşkil edib. Bu barədə Boyukmillet.com-a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 69,48 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,57 ABŞ dolları və ya 2,27 % azalaraq 67,60 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində …

Read More »

Azərbaycan neftinin qiyməti 71 dollardan aşağı düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,78 ABŞ dolları, yaxud 1,09 % azalaraq 70,59 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 70,84 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,78 ABŞ dolları və ya 1,11 % azalaraq 69,17 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir …

Read More »