Şənbə , 18 May 2024

Energetika

Elman Rüstəmov: “Neftin qiyməti manatın məzənnəsinə ciddi dəstəkdir”

“Dünya bazarlarında neftin qiymətinin yüksək səviyyədə formalaşması təbii ki, manatın məzənnəsinə ciddi dəstəkdir”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a eksklüziv açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, neftin qiyməti bilavasitə ölkənin tədiyə balansına, cari hesablar balansına ciddi təsir göstərir. Lakin bunun nə dərəcədə uzunmüddətli olacağı bu gün məlum deyil. “Bütövlükdə aparıcı beynəlxalq təşkilatlar cari ildə neftin konsensus …

Read More »

Azərbaycan neftinin qiyməti 99 dollara çatıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,52 ABŞ dolları, yaxud 0,5 % artaraq 98,75 ABŞ dollarına çatıb. Bu barədə  neft bazarındakı mənbə məlumat verib. Dünən “Brent” markalı neftin bir bareli 94,44 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ …

Read More »

İlham Əliyev: “Bu il azad edilmiş torpaqlarda 5 SES-in inşası və inşaatının tamamlanması nəzərdə tutulur”

“Bu gün bərpaolunan enerji növlərinin tam işə salınması istiqamətində çox ciddi iş gedir və bu işin nəticələrini biz görürük. Nədə görürük? İlk növbədə onda ki, xarici firmalar, böyük şirkətlər bu sahəyə investisiya qoyurlar”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev AZƏRTAC-a müsahibəsində deyib. “Keçən ay bu sahədə ən böyük şirkətlərdən biri – “Acwa Power” və Azərbaycan arasında imzalanmış kontrakt …

Read More »

Prezident: “Ölkədə enerji təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur”

“Bu gün Azərbaycan dünya miqyasında bütün bu enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdəndir. Təsadüfi deyil ki, bu ay keçirilmiş 8-ci Cənub Qaz Dəhlizi Məşvərət Şurası məhz bu uğurlarımızı bir daha qeyd etdi. Orada çıxış edən demək olar ki, bütün iştirakçılar Azərbaycanın potensialından, Azərbaycanın imkanlarından danışdılar”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev AZƏRTAC-a müsahibəsində deyib. “Mən orada çıxış edərkən …

Read More »

Azəbaycan neftinin qiyməti 97 dolları keçib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,36 ABŞ dolları, yaxud 1,42 % artaraq 97,46 ABŞ dollarına çatıb. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Bu gün “Brent” markalı neftin bir bareli 91,55 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin …

Read More »

Azərbaycanda elektrik sayğaclarının balansını mobil telefonla artırmaq mümkün olacaq

“Azərişıq” ASC NFC texnologiyasını dəstəkləyən elektrik sayğaclarını istifadəyə verməyə hazırlaşır. Bu barədə qurumdan bildirilib. Məlumata görə, bu növ sayğacların balansını mobil telefonla artırmaq mümkündür. Ödəniş etmək üçün “Azərişıq” mobil tətbiqi yüklənməli, balans artırılmalı, daha sonra mobil telefon sayğaca yaxınlaşdırılmaqla məbləğ qurğunun balansına köçürülməlidir. Bu yenilik sayəsində abunəçi elektrik enerjisinin gündəlik sərfiyyatına da mobil telefonunda dəqiqliklə nəzarət edə biləcək. NFC topli …

Read More »

Türkiyəli ekspert: “Azərbaycanın enerji sahəsində təşəbbüskar mövqeyi var”

“Avropanın neft və qaz tədarükünü strateji cəhətdən şaxələndirmək və bununla da Rusiyadan asıllığını azaltmaq məqsədilə hazırlanmış “Cənub Enerji Dəhlizi” konsepsiyası 1990-cı illərin sonlarına təsadüf edib. Bu dəhlizin yaradılmasında əsas məqsəd Xəzər və Mərkəzi Asiya regionlarından neft-qazı Avropaya idxal etməkdir” Bunu “Report”un yerli bürosuna açıqlamasında Türkiyədən olan ekspert, iqtisad elmləri doktoru Rahmi İncekara bildirib. O qeyd edib ki, Cənub Qaz Dəhlizi Məşvərət …

Read More »

Komitə sədri: “Cənub Qaz Dəhlizinin gücü 30 mlrd kubmetrə çatdırıla bilər”

“Hazırda dünya enerji keçidi mərhələsini yaşamaqdadır. Bu mərhələdə düzgün planlaşdırma, etibarlı əməkdaşlıq, məsuliyyətli liderlik ciddi rol oynayır. Bu baxımdan Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin VIII iclası və bu iclasda Prezident İlham Əliyevin ətraflı çıxışı Azərbaycanın dünyanın enerji siyasətində mühüm yer tutmasından, gələcəkdə də yeni enerji transformasiyalarında aparıcı rol oynayacağından xəbər verir”. Bunu “Report”a açıqlamasında ötən gün …

Read More »

BƏƏ şirkəti Azərbaycanda fəaliyyətini genişləndirmək istəyir

“Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti Azərbaycanla əməkdaşlığa sadiqdir və burada fəaliyyətini genişlədirmək niyyətindədir”. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a açıqlamasında şirkətin Baş direktoru Məhəmməd Cəmil Əl-Rəmahi bildirib. “Ökənizin böyük potensialı var. Maraqlı tərəflər və hökumət bizə inkişaf etmək imkanı yaradarsa, bundan çox məmnun olarıq”, – o deyib. “Masdar” Yaxın Şərqdə bərpa olunan enerji mənbələrinin işlənməsi sahəsində fəaliyyət göstərən …

Read More »

Aİ Komissarı: “SGC Məşvərət Şurası Avropaya qaz nəqlinin artırılmasını müzakirə etməyə imkan verir”

“Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı Avropaya qaz nəqlinin artırılmasını müzakirə etməyə imkan verir”. Bunu “Report”a açıqlamasında Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson deyib. Onun sözlərinə görə, tədarük həcmləri ilə bağlı müxtəlif qiymətləndirmələr mövcuddur. Bununla belə, o bildirib ki, ümumilikdə, o cümlədən Azərbaycan tərəfdən həcmlərin artırılması üçün müəyyən addımlar atıla bilər. “Hazırda bizim fəaliyyətdə olan boru xəttimiz …

Read More »