Çərşənbə , 8 May 2024

Energetika

Fransanın qaz ehtiyatları 20%-dən aşağı düşüb

Fransanın yeraltı anbarlarında qaz ehtiyatlarının səviyyəsi bir gün əvvəl 20%-dən aşağı düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropanın Qaz İnfrastrukturu məlumat yayıb. Martın 7-də Fransanın yeraltı anbarlarından qazın götürülməsi təxminən 82 milyon kubmetr təşkil edib. Beləliklə, Fransanın qaz anbarlarının doldurulması 19,66% təşkil edir. Yeraltı qaz anbarların ən aşağı doluluq nisbətləri Avstriya (15,08%), Xorvatiya (16,38%) və Belçikada (17,33%) müşahidə olunur. …

Read More »

Azərbaycan nefti 10 dollaradək bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 9,93 ABŞ dolları, yaxud 8,36 % artaraq 128,71 ABŞ dollarına çatıb. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünən “Brent” markalı neftin bir bareli 129,68 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ …

Read More »

Neft gözlənilən tədarük problemləri ilə əlaqədar bahalaşır

Dünyada neftin qiyməti 8% yüksəlib, tədarük ilə bağlı narahatlıqlar səbəbindən kotirovkalar 2008-ci ildəki rekorda yaxın səviyyəyə çatıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu hərrac məlumatlarından görmək olar. Saat 12:36-ya olan məlumata görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 7,72% artaraq bir barelə görə 127,23 ABŞ dollarına, WTI markalı neftin aprel fyuçersləri isə 7,21% bahalaşaraq 124,02 dollar/barelə çatıb. Ötən gecə …

Read More »

Azərbaycan Avropanın qaz təchizatında mühüm yer tuta bilər

Avropa İttifaqının Rusiya qazından asılılığını azaltmaqla bağlı 10 bəndlik plan dərc olunub. Boyukmillet.com xəbər verir ki, Avropa Komissiyası və Beynəlxalq Enerji Agentliyi (IEA) tərəfindən hazırlanan sənədin ikinci bəndində regionun ehtimal edilən mühüm qaz təchizatçıları kimi Norveç və Azərbaycan göstərilir. Qeyd edilir ki, 2021-ci ildə Avropa İttifaqı ölkələrinə Rusiyadan 140 milyard kubmetr təbii qaz və 15 milyard kubmetr LNG idxal olunub, …

Read More »

Avropada qazın qiyməti 2 000 dollara yaxınlaşıb

Avropada qazın qiyməti ticarət sessiyasının sonunda hər min kubmetr üçün 2 000 ABŞ dollarına yaxınlaşıb. Boyukmillet.com xəbər verir ki, bunu Londonda yerləşən ICE birjasının məlumatları təsdiq edir. Niderlandın TTF mərkəzində aprel fyuçerslərinin qiyməti 1 997 ABŞ dollarıdır. Ümumilikdə bir sutka ərzində qazın qiyməti 43% artıb. Bundan əvvəl Avropada qazın qiyməti 2021-ci ilin dekabr ayının sonunda qeydə alınan tarixi rekordu qıraraq 2 …

Read More »

“Brent” neftinin qiyməti son 8 ildə ilk dəfə 111 dolları ötüb

“Brent” neftinin qiyməti son 8 ildə ilk dəfə 111 ABŞ dollarını ötüb. “Report” bu barədə ICE London Fond Birjasının məlumatlarına istinadən xəbər verir. ICE birjasında 2022-ci ilin may tədarükü ilə bu markalı neftin fyuçers müqaviləsinin dəyəri 5,83% artıb. Hazırda “Brent” markalı neftin qiyməti bir barel üçün 111,09 dollar təşkil edir. WTI markalı xam neftin isə fyuçers müqaviləsinin dəyəri 5,8% artaraq bir barel üçün …

Read More »

Azərbaycan neftinin qiyməti 106 dolları keçib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,42 ABŞ dolları, yaxud 5,38 % artaraq 106,22 ABŞ dollarına çatıb. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünən “Brent” markalı neftin bir bareli 101,46 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin …

Read More »

Pərviz Şahbazov Rusiya və İran nazirləri ilə üçtərəfli görüş keçirib

Qaz İxrac edən Ölkələr Forumunun (GECF) tədbirləri çərçivəsində Dohada Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Rusiya Federasiyasının energetika naziri Nikolay Şulqinov və İranın energetika naziri Əli Əkbər Mehrabianın iştirakı ilə üçtərəfli görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, görüşdə ölkələr arasında enerji əməkdaşlığının gündəliyində olan məsələlər müzakirə edilib. Şimal-Cənub elektrik enerjisi dəhlizinin yaradılması istiqamətində görülən işlər nəzərdən keçirilib. Azərbaycan, İran və Rusiyanın …

Read More »

”Azəriqaz”: “Magistral qaz kəməri çəkiləndən sonra “Ağıllı kənd” qazlaşdırılacaq”

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi “Ağıllı kənd” layihəsinin reallaşdırıldığı Zəngilan rayonunun Ağalı kəndinin qazlaşdırılması məsələsinə aydınlıq gətirib. Boyukmillet.com xəbər verir ki, bu barədə ”Azəriqaz”ın Yeni Qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov məlumat verib. “Hazırda Zəngilan rayonu istiqamətində böyük tutumlu magistral qaz kəmərinin çəkilişi layihələndirilir. Bu kəmər çəkildikdən sonra Ağalı kəndi qazlaşdırılacaq”, – deyə o, qeyd edib.

Read More »

Şuşa və Ağdama çəkiləcək qaz xətlərinin marşrutları və dəhlizləri müəyyən edilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Şuşa və Ağdama çəkiləcək qaz xətlərinin marşrut və dəhlizlərini müəyyən edib. Boyukmillet.com xəbər verir ki, bunu “Azəriqaz”ın Yeni Qazlaşma və İnkişaf şöbəsinin rəisi Teymur Cəfərov bildirib. Onun sözlərinə görə, artıq layihə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub. “Buna paralel olaraq layihələndirmə işləri də aparıırıq. Ağdam şəhəri üzrə layihələndirməni gələn ay yekunlaşdırmağı …

Read More »