Bazar ertəsi , 25 Noyabr 2024

Energetika

“SOCAR-da islahatlar gözlənilən və qaçılmaz idi”

Vüqar Oruc: “Digər qurumlarda və sahələrdə də islahatlar aparılmalı, şəffaflıq təmin edilməlidir” Prezident İlham Əliyevin sərəncamı ilə Rövşən Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib. Prezidentin digər sərəncamı ilə Dövlət Neft Şirkətinin prezidenti vəzifəsinin icrası ona həvalə edilib. Xatırladaq ki, R.Nəcəf buna qədər İqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb. Bir ay öncə isə İqtisadiyyat nazirinin birinci müavini təyin …

Read More »

Teymur Abdullayev: “Zəngəzur dəhlizi ilə Türkiyə və Avropaya enerji ixrac ediləcək”

Yaxın perspektivdə Naxçıvandan Türkiyə və Avropaya elektrik enerjisi ixracının həyata keçirilməsi mümkün olacaq. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev deyib. “Bununla bağlı yaxın günlərdə Cəbrayıla Ağcabədidən 130 km, İmişlidən isə 132 km məsafədə 330 kV-luq xət çəkilməsi, o cümlədən Cəbrayılda və Naxçıvanda 330 kV-luq yeni yarımstansiyanın tikilməsi, Zəngəzur dəhlizindən keçməklə Naxçıvana 330 kV-luq xəttin çəkilməsi və Kəlbəcərdə 5 yerdə kiçik su elektrik stansiyasının …

Read More »

Azad olunmuş ərazilərdə qaz şəbəkəsinin elektron xəritələri hazırlanıb

İşğaldan azad olunmuş ərazilərdə hazırlanmış elektron xəritələr və qaz təchizatı şəbəkəsi barədə texniki məlumatlar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Energetika Nazirliyi tərəfindən 2021-ci ildə görülmüş işlərə dair hesabatda deyilir. “Hazırki mərhələdə mövcud qaz təchizatı şəbəkəsinin inventarlaşdırılması məqsədi ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat …

Read More »

Azərbaycan jurnalistləri Ağdamdakı enerji obyektləri ilə tanış olacaq

Bu gün ölkənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrinin Ağdam şəhərinə səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, jurnalistlər 2 gün öncə Prezident İlham Əliyevin açılışını etdiyi “Ağdam-1”, “Ağdam-2” yarımstansiyalarına, “Qarabağ” rəqəmsal idarəetmə mərkəzinə, eləcə də Tərtər rayonunun Suqovuşan qəsəbəsindəki eyniadlı yarımstansiya baş çəkəcəklər. “Ağdam-1” yarımstansiyası böyük və müasir enerji kompleksiin tərkibində yaradılıb. Kompleksin bir hissəsində 110 kV-luq açıq və 35, 10 …

Read More »

Azərbaycan neftinin qiyməti 100 dollara çatır

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,95 ABŞ dolları, yaxud 0,96% artaraq 99,7 ABŞ dollarına çatıb. Bu barədə  neft bazarındakı mənbə məlumat verib. Dünən “Brent” markalı neftin bir bareli 95,89 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin …

Read More »

Elman Rüstəmov: “Neftin qiyməti manatın məzənnəsinə ciddi dəstəkdir”

“Dünya bazarlarında neftin qiymətinin yüksək səviyyədə formalaşması təbii ki, manatın məzənnəsinə ciddi dəstəkdir”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a eksklüziv açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, neftin qiyməti bilavasitə ölkənin tədiyə balansına, cari hesablar balansına ciddi təsir göstərir. Lakin bunun nə dərəcədə uzunmüddətli olacağı bu gün məlum deyil. “Bütövlükdə aparıcı beynəlxalq təşkilatlar cari ildə neftin konsensus …

Read More »

Azərbaycan neftinin qiyməti 99 dollara çatıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,52 ABŞ dolları, yaxud 0,5 % artaraq 98,75 ABŞ dollarına çatıb. Bu barədə  neft bazarındakı mənbə məlumat verib. Dünən “Brent” markalı neftin bir bareli 94,44 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ …

Read More »

İlham Əliyev: “Bu il azad edilmiş torpaqlarda 5 SES-in inşası və inşaatının tamamlanması nəzərdə tutulur”

“Bu gün bərpaolunan enerji növlərinin tam işə salınması istiqamətində çox ciddi iş gedir və bu işin nəticələrini biz görürük. Nədə görürük? İlk növbədə onda ki, xarici firmalar, böyük şirkətlər bu sahəyə investisiya qoyurlar”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev AZƏRTAC-a müsahibəsində deyib. “Keçən ay bu sahədə ən böyük şirkətlərdən biri – “Acwa Power” və Azərbaycan arasında imzalanmış kontrakt …

Read More »

Prezident: “Ölkədə enerji təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur”

“Bu gün Azərbaycan dünya miqyasında bütün bu enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdəndir. Təsadüfi deyil ki, bu ay keçirilmiş 8-ci Cənub Qaz Dəhlizi Məşvərət Şurası məhz bu uğurlarımızı bir daha qeyd etdi. Orada çıxış edən demək olar ki, bütün iştirakçılar Azərbaycanın potensialından, Azərbaycanın imkanlarından danışdılar”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev AZƏRTAC-a müsahibəsində deyib. “Mən orada çıxış edərkən …

Read More »

Azəbaycan neftinin qiyməti 97 dolları keçib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,36 ABŞ dolları, yaxud 1,42 % artaraq 97,46 ABŞ dollarına çatıb. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Bu gün “Brent” markalı neftin bir bareli 91,55 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin …

Read More »