Şənbə , 27 Aprel 2024

Energetika

Şəkidə uzun müddət istismarda olan qaz xəttləri yenilənir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən uzun illər istifadədə olan, istismar müddətini başa vurmuş qaz xətlərinin yenilənməsi işləri sürətlə davam etdirilir. “Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, Şəki şəhərində 47 il öncə polad boru ilə çəkilən və korroziyaya uğramış yeraltı qaz xətti Birliyin Təmir-Tikinti idarəsi tərəfindən yeni polietilen boru ilə əvəzlənir. Şəhərin M.Ə.Rəsulzadə prospekti istiqamətində 6 km uzunluğunda müxtəlif diametrli polietilen …

Read More »

“Azərişıq”: Sahibkarların onlayn müraciətləri bir neçə dəfə artıb

Prezident İlham Əliyevin “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” 4 aprel 2017-ci il tarixli fərmanına əsasən ölkədə şəbəkəyə qoşulma müddəti 20 günə, prosedurların sayı isə 2-yə endirilib. Həmin fərmanın 1.11-ci bəndinin icrası ilə əlaqədar olaraq qoşulma haqqının məbləği Nazirlər Kabinetinin 27 aprel 2018-ci il tarixli qərarı ilə müəyyən olunur”. Boyukmillet.com xəbər …

Read More »

SOCAR prezidenti Total şirkətinin baş icraçı direktoru ilə görüşüb

İyunun 5-də Rusiyanın Sankt-Peterburq şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə SOCAR və “Total” şirkətlərinin həyata keçirdiyi birgə layihələr və mövcud əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Qeyd edək ki, Total şirkəti Bakı-Tblisi-Ceyhan neft boru kəmərinin səhmdarlarından biridir və Azərbaycanda “Abşeron” yatağının işlənməsində iştirak edir. Abşeron Petroleum Birgə Əməliyyat Şirkətinin …

Read More »

Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 2,06 ABŞ dolları, yaxud 3 % azalıb. Boyukmillet.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 67,36 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Read More »

Güclü külək Bakı və ətraf yaşayış massivlərində qaz təsərrüfatına ziyan vurub

Aprelin 6-sı səhər saatlarında Bakı və ətraf yaşayış massivlərində əsən güclü külək qaz təsərrüfatına ziyansız ötüşməyib. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilir ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Dəmir yolunun yanında güclü küləyin təsirindən diametri 57 mm olan qaz xəttinin təqribən 100 metrlik hissəsi dayaqlardan yerə düşüb. Məlumatda deyilir ki, hazırda “Azəriqaz” əməkdaşları hadisə yerindədir, operativ tədbirlər …

Read More »

Məşvərət Şurasının son iclasının yekunlarına dair həmsədrlər bəyanat verib

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclasının yekunlarına dair həmsədrlərin mətbuat üçün birgə bəyanatı olub. Boyukmilllet.com Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, iclasın həmsədrləri Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, həmçinin, qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Oliver Varhelyi tərəfindən birgə bəyanat verilib. Bəyanatda deyilir: “2021-ci il 11 …

Read More »

Bu gün Bakıda “Cənub Qaz Dəhlizi”nin perspektivləri müzakirə ediləcək

Bu gün Bakıda videokonfrans formatında “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, Məşvərət Şurasının builki toplantısında Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi, həmçinin ABŞ, Albaniya, Birləşmiş Krallıq, Bolqarıstan, Bosniya və Herseqovina, Gürcüstan, Xorvatiya, İtaliya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Türkiyə, Türkmənistan və Yunanıstandan …

Read More »

Mikayıl Cabbarov: “Hazırda SOCAR yeni inkişaf dövrünə qədəm qoyur”

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” 23 yanvar 2021-ci il tarixli Fərmanına əsasən yaradılmış Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının ilk iclası keçirilib. Boyukmillet.com  SOCAR-a istinadən xəbər verir ki, Müşahidə Şurasının sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə videoformatda keçirilən iclasda Şuranın üzvləri, Dövlət Neft Şirkətinin rəhbər şəxsləri iştirak ediblər. İlk olaraq …

Read More »

“Azərişıq” hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

Milli Hidrometrologiya Departamentindən daxil olan məlumata əsasən yanvarın 19-dan 21-dək ölkə arazisində hava şəraitinin qeyri – sabit keçəcəyi gözlənilir. “Azərişıq” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, gücləndirilmiş iş rejimində çalışan ASC-də əlavə tədbirlərin görülməsi üçün tapşırıqlar verilib. Məsələ ilə əlaqədar “Azərişıq” ASC rəhbərliyinin tapşırığı ilə gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə …

Read More »

Azərbaycan qazı Yunanıstan istehlakçılarına çatdırıldı

Xəzər dənizin Azərbaycan sektorundan hasil edilən və Trans-Adriatik Boru Kəməri (TAP) ilə Avropaya nəql edilən Azərbaycan təbii qazı artıq Yunanıstan istehlakçılarına çatdırılıb. Boyukmillet.com Yunanıstan mətbuatına istinadən xəbər verir ki, artıq ilk Azərbaycan qazının Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DEPA ilə Yunanıstan istehlakçılarına ötürülməsi uğurla həyata keçirilib. Bildirilir ki, TAP layihəsinin reallaşdırılması və DEPA ilə müqavilənin bağlanması sayəsində Yunanıstan özünün Cənubi Qaz …

Read More »