Çərşənbə , 1 May 2024

Energetika

Mikayıl Cabbarov: “Hazırda SOCAR yeni inkişaf dövrünə qədəm qoyur”

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” 23 yanvar 2021-ci il tarixli Fərmanına əsasən yaradılmış Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının ilk iclası keçirilib. Boyukmillet.com  SOCAR-a istinadən xəbər verir ki, Müşahidə Şurasının sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə videoformatda keçirilən iclasda Şuranın üzvləri, Dövlət Neft Şirkətinin rəhbər şəxsləri iştirak ediblər. İlk olaraq …

Read More »

“Azərişıq” hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

Milli Hidrometrologiya Departamentindən daxil olan məlumata əsasən yanvarın 19-dan 21-dək ölkə arazisində hava şəraitinin qeyri – sabit keçəcəyi gözlənilir. “Azərişıq” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, gücləndirilmiş iş rejimində çalışan ASC-də əlavə tədbirlərin görülməsi üçün tapşırıqlar verilib. Məsələ ilə əlaqədar “Azərişıq” ASC rəhbərliyinin tapşırığı ilə gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə …

Read More »

Azərbaycan qazı Yunanıstan istehlakçılarına çatdırıldı

Xəzər dənizin Azərbaycan sektorundan hasil edilən və Trans-Adriatik Boru Kəməri (TAP) ilə Avropaya nəql edilən Azərbaycan təbii qazı artıq Yunanıstan istehlakçılarına çatdırılıb. Boyukmillet.com Yunanıstan mətbuatına istinadən xəbər verir ki, artıq ilk Azərbaycan qazının Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DEPA ilə Yunanıstan istehlakçılarına ötürülməsi uğurla həyata keçirilib. Bildirilir ki, TAP layihəsinin reallaşdırılması və DEPA ilə müqavilənin bağlanması sayəsində Yunanıstan özünün Cənubi Qaz …

Read More »

Bu il “Zığ-Hövsan” yatağında neft hasilatı azalacaq

2021-ci ildə “Hövsan-Zığ” yataqlar blokundan 0,47 milyon barel neft hasil ediləcəyi proqnozlaşdırılır. Boyukmillet.com  xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2021-ci il üzrə büdcəsinə verdiyi rəydə deyilir. Məlumata görə, 2020-ci ildə yataqdan 0,48 milyon barel neft hasil olunması proqnozlaşdırılıb ki, bu da 2021-ci ilin proqnozu ilə müqayisədə 2,08 % çoxdur. 2019-cu ildə isə bu göstərici 0,5 milyon barel təşkil edib ki, bu da …

Read More »

ABŞ şirkəti Azərbaycanın bu yatağından qaz hasilatını artıracaq

2021-ci ildə “Bahar” yatağından 243 milyon kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır. Boyukmillet.com-un məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2021-ci il üzrə büdcəsinə verdiyi rəydə deyilir. Məlumata görə, 2020-ci ildə yataqdan 231 milyon kubmetr qazın hasil olunması proqnozlaşdırılıb ki, bu da 2021-ci ilin proqnozu ilə müqayisədə 5,2 % azdır. 2019-cu ildə isə bu göstərici 178,45 milyon kubmetr təşkil edib ki, bu da bu ilin …

Read More »

Bəzi ölkələrdə benzin və dizelin qiyməti

Yanvarın 5-dən Azərbaycanda Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1 manat, dizelin 1 litrinin qiyməti isə 80 qəpik olacaq. Boyukmillet.com-un xəbərinə görə, hazırda bir sıra ölkələrlə müqayisədə Azərbaycanda benzin və dizelin qiyməti ucuzdur. Hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün:-Rusiyada 1,0 manat;-Ukraynada 1,72 manat;-Belarusda 1,14 manat;-Gürcüstanda 1,12 manat təşkil edir. 1 litr üçün dizel yanacağının qiyməti;-Türkiyədə …

Read More »

Cənub Qaz Dəhlizi ilə Avropaya ilk qaz çatdırılıb

Bu gün Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsi ilə Azərbaycandan kommersiya məqsədli qazın nəqlinə başlanılıb. Boyukmillet.com SOCAR-a istinadən xəbər verir ki, tarixdə ilk dəfə Azərbaycan öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri vasitəsi ilə çıxarmağa nail olub. Noyabrın 15-də TAP İtaliyanın qazpaylayıcı şəbəkəsinə uğurlu birləşdirildikdən sonra bu gün kommersiya məqsədli təbii qaz Melendugno …

Read More »

Bu il Ceyhan limanından 257 tanker Azərbaycan nefti yola salınıb

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən “Botas International Limited” (BIL) şirkəti bu ilin ötən dövründə Ceyhan terminalından 193,8 mln barel xam neft nəql edib. Boyukmillet.com xəbər verir ki, bu həcmdə xam neft 257 tankerə yüklənərək dünya bazarlarına yola salınıb. İndiyədək isə Ceyhan limanından 3,554 mlrd barel neft 4 638 tankerə yüklənib. Qeyd edək ki, BIL 2001-ci ildə …

Read More »

“Azərenerji” daha bir mühüm layihənin həyata keçirilməsinə başlayıb

“Azərenerji” reaktiv gücün kompensasiyası istiqamətində əhəmiyyətli layihə gerçəkləşdirərək Qarabağ və ətraf rayonları əhatə edən 330 kilovoltluq “Goranboy” Paylayıcı Məntəqəsində və Respublikanın Şimal-Şərq rayonları, eləcə də Abşeron yarımadasını əhatə edən 330 kilovoltluq “Yaşma” yarımstansiyasında idarəolunan şuntlayıcı reaktorlar quraşdırır. Bu barədə  qurumun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Azərbaycanın enerji sisteminin 2 əsas düyün nöqtəsində qoyulan şuntlayıcı reaktorlar yüksəkgərginlikli 330 kilovoltluq elektrik …

Read More »