Bazar , 29 Noyabr 2026
Drone Cameras

Sahil Babayev: “Cənub Qaz Dəhlizini Macarıstanla birləşdirən infrastruktur yaradılmalıdır”

“Macarıstan Azərbaycandan təbii qaz almaqla bağlı marağını ifadə edib. Bunun üçün Cənub Qaz Dəhlizini Macarıstanla birləşdirən infrastruktur yaradılmalıdır”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasından sonra təşkil edilmiş brifinqdə Komissiyanın Azərbaycan tərəfdən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

“Dövlət Neft Şirkəti (SOCAR) Avropa ölkələrinə təchizatı artırmaq niyyətini bəyan edib. Burada əsas infrastruktur məsələsidir. Ya yeni infrastruktur yaradılmalıdır, ya da Bolqarıstan və Rumıniyadakı qaz xətləri ilə əlavə qaz nəql edilməlidir. Danışıqların ana xətti bu istiqamətdədir. Hər iki tərəfin niyyəti var”, – o deyib.

Check Also

Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək

Tacikistan hökuməti 2026-cı ilin sonunadək MDB-nin Azad Ticarət Zonası çərçivəsinə daxil olmayan ölkələrdən idxal edilən …