Dekabrın 1-dən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Slovakiyanın dövlətə məxsus ən böyük enerji təchizatçısı – SPP şirkətinə təbii qaz tədarükünə başlayıb. Boyukmillet.com bu barədə SOCAR-a istinadən xəbər verir. Məlumata görə, qaz təchizatı SOCAR və SPP arasında qısamüddətli pilot müqavilə əsasında reallaşdırılan əməkdaşlıq çərçivəsində həyata keçirilir. Şirkətlər daha uzunmüddətli enerji tərəfdaşlığını inkişaf etdirməyi hədəfləyirlər. Bu qaz təchizatları sayəsində SOCAR öz ixrac istiqamətlərini …
Read More »Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı düşüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,57 % azalaraq 74,79 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 72,83 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal …
Read More »Azərbaycanın “Qaz qambiti” ilə bağlı məqalə skandal yaratdı: Bakı təkzib istəyir
Azərbaycanın Rusiyadan qaz idxalı siyasi açıqlama və rəsmi rəqəmlərdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” səhifəsində “Politico” nəşrinin “Azərbaycanın Avropaya qaz qambiti – Rusiya üçün yaxşı xəbərdir” başlıqlı yazısına reaksiya verib. O, xəbəri dezinformasiya adlandırıb və qeyd edib ki, məqalədə peşəkar fakt yoxlanışı yoxdur, spekulyasiya və şayiələrlə doludur. “Politico” nəşri isə noyabrın 20-dəki məqaləsində …
Read More »Naxçıvanda Energetiklər Günü qeyd olunub
Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətində “20 oktyabr – Energetiklər Günü” münasibətilə tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, Xidmətin əməkdaşları öncə Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar. Sonra əməkdaşlar Heydər Əliyev Muzeyini ziyarət edib, Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla yaxından tanış olublar. Ulu Öndərin çoxşaxəli …
Read More »G20 ölkələri Azərbaycanın COP Sədrliyinə dəstək ifadə edib
G20 ölkələri tərəfindən Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP) Sədrliyinə və təşəbbüslərinə dəstək ifadə edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib. Nazir bildirib ki, Braziliyada G20 Enerji Keçidi Nazirlər İclasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Sədrliyinin iqlim dəyişmələri ilə bağlı inkişaf etməkdə …
Read More »Azərbaycan neftinin qiyməti 75 dolları ötüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,84 ABŞ dolları, yaxud 1,13 % artaraq 75,19 ABŞ dolları təşkil edib. Bu barədə “Report“a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 71,82 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), …
Read More »Energetika Nazirliyi COP29 gündəliyinə daxil edilən enerji təşəbbüslərini açıqlayıb
Azərbaycanın Energetika Nazirliyi tərəfdaşlarla birlikdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq üzərində işləyir. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan energetika nazirinin müavini Orxan Zeynalov Bakıda keçirilən “Caspian Energy Forum”da çıxışı zamanı deyib. Onun sözlərinə görə, iş iki istiqamətdə aparılır: “Birinci istiqamət COP29 sədrliyi fəaliyyətinin gündəliyindəki enerji təşəbbüsləri ilə bağlıdır, ikincisi isə bilavasitə COP29 çərçivəsində …
Read More »Energetika naziri TDT enerji nazirlərinin 4-cü iclasında iştirak edəcək
Energetika naziri Pərviz Şahbazov sentyabrın 16-da Qırğız Respublikasının paytaxtı Bişkekdə keçiriləcək Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin energetika nazirlərinin 4-cü iclasında iştirak edəcək. İclasda TDT-yə üzv və müşahidəçi ölkələr arasında energetika sahəsində qarşılıqlı fəaliyyət və “TDT-nin Enerji Əməkdaşlığı üzrə Proqramı (2023-2027)” sənədi ilə bağlı müzakirələrin aparılacağı gözlənilir. Səfər çərçivəsində nazirin ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.
Read More »Qarabağda və Şərqi Zəngəzurda KSES-lərin yenidən qurulmasına 40 milyon manatdan çox vəsait ayrılacaq
“AzərEnerji” ASC Qarabağda və Şərqi Zəngəzurda üç Kiçik Su Elektrik Stansiyasının (KSES) yenidən qurulmasına və altı KSES-in inteqrasiyasına 40,5 milyon manatdan çox vəsait sərf edəcək. Boyukmillet.com xəbər verir ki, “AzərEnerji” podratçı şirkətlə – “Azconstruction” QSC ilə “Qozlu Korpu”, “Şeylanli”, “Aşagı Malibəyli” kiçik su elektrik stansiyalarının yenidən qurulması və altı kiçik su elektrik stansiyasının enerji sisteminə inteqrasiyası üçün müqavilə bağlayıb. Bu şirkət müvafiq …
Read More »Peter Siyarto: “Black Sea Energy” layihəsi sürətlə praktiki icra mərhələsinə doğru irəliləyir”
Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın enerji operatorları tezliklə “yaşıl enerji” sahəsində yenilənmiş tərəfdaşlıq sazişi imzalamağı planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə Macarıstanın baş nazirinin ofisində beynəlxalq kommunikasiyalar və əlaqələr üzrə dövlət katibi Zoltan Kovaç “X” sosial şəbəkəsində ölkənin xarici işlər naziri Peter Siyartoya istinadən yazıb. O, Buxarestdə dörd ölkənin nazirləri səviyyəsində “Qara Dəniz Sualtı Kabeli” layihəsi (Black Sea Energy) üzrə …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
