Türkmənistan İrana qaz tədarükünü ildə 40 milyard kubmetrə çatdırmağı planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bunu parlamentin yuxarı palatasının sədri Qurbanqulı Berdiməhəmmədov ötən gün Tehranda İran Prezidenti Məsud Pezeşkianla danışıqlar zamanı bildirib. O qeyd edib ki, tədarükün artırılması üçün qaz kəməri infrastrukturu modernləşdirilməli, yeni obyektlər tikilməli və investisiyalar cəlb edilməlidir. Bu kontekstdə Q.Berdiməhəmmədov bildirib ki, Türkmənistan ərazisində iki qaz-kompressor stansiyası və 125 km uzunluğunda qaz …
Read More »Şahmar Hacıyev: “BOEM Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın yeni mərhələsidir”
Bərpa olunan enerji mənbələri (BOEM) sahəsində əməkdaşlıq Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərdə yeni mərhələdir. Boyukmillet.com xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş elmi işçisi Şahmar Hacıyev Bakıda keçirilən “Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” adlı tədbirdə deyib. Onun sözlərinə görə, bu əməkdaşlıq iqtisadi əlaqələrin inkişafına daha da təkan verəcək. Ş.Hacıyev Şərqi Avropa ölkələrinə “yaşıl …
Read More »BAEA rəhbəri Kursk AES-dəki vəziyyəti qiymətləndirmək üçün Kurçatov şəhərinə gedib
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi Kursk atom elektrik stansiyasındakı (AES) vəziyyəti qiymətləndirmək üçün Kurçatov şəhərinə səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb. İclasda Rusiya tərəfini Kurçatov şəhərinin başçısı İqor Korpunkov və Kursk AES-in direktoru Aleksandr Uvakin təmsil edir.
Read More »SOCAR prezidenti Türkmənistanda keçiriləcək konfransda iştirak edəcək
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) oktyabrın 23-də Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək “Türkmənistanın nefti və qazı – 2024” (OGT-2024) beynəlxalq konfrans və sərgisində iştirak edəcək. “Report”un Türkmənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu konfrans və sərgidə şirkəti SOCAR prezidenti Rövşən Nəcəf təmsil edəcək. R.Nəcəfin forum çərçivəsində çıxışı nəzərdə tutulub. Bildirilib ki, “Türkmənistanın nefti və qazı – 2024”-də həmçinin 20 ölkədən 100-dən …
Read More »Azərbaycanın magistral qaz kəmərlərinin fəaliyyətindən əldə etdiyi gəlir açıqlanıb
Bu ilin I yarısında Azərbaycanın magistral qaz kəmərlərinin, o cümlədən Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) fəaliyyətindən əldə olunan gəlir 1 milyard 359,813 milyon (cari məzənnə ilə 799,9 milyon ABŞ dolları) təşkil edib. Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu gəlirlər 7,8 % artıb. Bu ilin I yarısında magistral qaz kəmərləri şəbəkəsində itkilər 37,4 % azalaraq 23,8 milyon kubmetr təşkil edib. Hesabat dövründə qaz …
Read More »Ukraynalı nazir: “Azərbaycan qazının ölkəmizlə tranzitinə dair konkret təklif yoxdur”
Hazırda Azərbaycan təbii qazının Ukrayna ərazisi vasitəsilə tranzitinə dair konkret müqavilə təklifləri yoxdur. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin energetika naziri Qerman Qaluşenko bildirib. “Masada konkret sənəd olmalıdır. Müzakirə edilə biləcək konkret təklif yoxdursa, hesab edirəm ki, bununla bağlı şərh vermək hələ ki, tezdir. Nə vaxt mümkün təşəbbüslər praktiki təkliflərə çevrilsə, o zaman bu barədə danışacağıq”, – o qeyd edib. …
Read More »Mərkəzi Asiyadan Avropaya “yaşıl enerji”nin ixracı üzrə birgə müəssisə Bakıda yerləşəcək
Azərbaycan, Qazaxıstan və Özbəkistan Mərkəzi Asiya ölkələrindən Avropaya “yaşıl enerji”nin ixracı layihəsi üzrə baş ofisi Bakıda yerləşməklə birgə müəssisə yaratmaq barədə razılığa gəlib. “Report”un Astanadakı müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin birinci iclasında çıxışı zamanı deyib. “Mərkəzi Asiyadan Avropaya “yaşıl enerji”nin ixracı üçün Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi …
Read More »Azərbaycan və Qazaxıstan enerji sektorunda strateji tərəfdaşlıq sazişi imzalamaq istəyir
Azərbaycan və Qazaxıstan enerji sektorunda strateji tərəfdaşlığa dair hökumətlərarası saziş imzalamağı planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin I iclasında çıxışı zamanı bildirib. Qazaxıstanla energetika sahəsində əməkdaşlığın hazırkı səviyyəsindən danışan nazir müavini ötən ilin mart ayından etibarən Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqlinin bərpa olunduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bu …
Read More »“Geoplin” SOCAR ilə uzunmüddətli əməkdaşlığa ümid edir
Sloveniyanın ən böyük təbii qaz tədarükçüsü olan “Geoplin” şirkəti “mavi” yanacağın tədarükü sahəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə uzunmüddətli əməkdaşlığa ümid edir. Bu barədə “Report”a 2024-cü il avqustun 1-də SOCAR ilə qaz tədarükünə dair ilk dəfə müqavilə bağlayan “Geoplin” şirkətindən məlumat verilib. “Report”un sorğusuna cavab olaraq şirkətdən bildiriblər ki, Azərbaycan qazının tədarük həcmi və vaxtı ilə bağlı sövdələşmənin təfərrüatlarını açıqlaya …
Read More »CQD-də profilaktik işlərlə əlaqədar Azərbaycan qazının IGB ilə tədarük həcmi azalacaq
Cənub Qaz Dəhlizi (CQD) qaz kəmərləri sisteminin bir hissəsində cari təmir işləri ilə əlaqədar Azərbaycan qazının Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə tədarükü 5-9 avqust tarixlərində məhdudlaşdırılacaq. “2024-cü il avqustun 5-dən 9-dək İGB-yə qədər qaz nəqli sistemlərində planlaşdırılan texniki xidmətlə əlaqədar Komotini – TAP giriş nöqtəsində kəmənə daxil olan qazın həcmi azala bilər”, – məlumatda bildirilib. Bu, həmçinin digər qaz nəqli sistemləri …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
