Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyəyə 4 milyard 683,75 milyon kubmetr qaz ixrac edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDC) aylıq hesabatında deyilir. Məlumata görə, bu, 2023-cü ilin ilk beş ayı ilə müqayisədə 5,6 % çoxdur. Bu ilin may ayında Azərbaycan Türkiyəyə 1 milyard 008,58 milyon kubmetr təbii qaz ixrac edib, bu isə 2023-cü ilin may ayı ilə müqayisədə 9,24 % çoxdur. …
Read More »Azərbaycan neftinin qiyməti 86 dollara düşüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,12 ABŞ dolları, yaxud 2,4 % azalaraq 86,34 ABŞ dolları təşkil edib. Bu barədə “Report“a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 82,41 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), …
Read More »Azərbaycan neftinin qiyməti 1 dollardan çox ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,09 ABŞ dolları, yaxud 1,3 % azalaraq 88,46 ABŞ dolları təşkil edib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 82,63 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə …
Read More »SOCAR və Sloveniya şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Sloveniyanın ən böyük təbii qaz təchizatı şirkəti “Geoplin” arasında qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. Boyukmillet.com xəbər verir ki, bu gün SOCAR prezidenti Rövşən Nəcəf Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer ilə görüşüb. Görüşdə Azərbaycan ilə Sloveniya arasında enerji sektorunda əlaqələrin uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub, təbii …
Read More »“Abşeron” yatağından bir ildə hasil edilən qaz və kondensatın həcmi açıqlanıb
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağından İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə bir il ərzində 1,5 milyard kubmetrdən çox qaz və təxminən 580 min ton kondensat hasil edilib. Boyukmillet.com xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir bildirib ki, “Abşeron”un mərhələli inkişafı, illik hasilatın 1,5 milyard kubmetrdən 6 milyard kubmetrədək çatdırılması ilə bağlı planlar ölkəmizin, eləcə də regional və avropalı tərəfdaşların …
Read More »Brenda Şaffer: “Azərbaycan ənənəvi və bərpa olunan enerjidən istifadə sahəsində böyük uğurlar qazanacaq”
Azərbaycan innovator olmaqla həm ənənəvi enerji, həm də bərpa olunan enerji mənbələrindən istifadədə böyük uğurlar qazanacaq. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü, professor Brenda Şaffer deyib. “Azərbaycan həmişə yenilikçi olub və enerji məsələlərinə çox real yanaşıb. Ölkə mədən yanacaqları, neft, təbii qaz, külək və günəş enerjisi ehtiyatları ilə zəngindir. Ən yaxşı siyasət bütün mövcud enerji …
Read More »Azərbaycan Dövlət Neft Fonduna 800 milyon manatdan çox bonus ödənilib
Azərbaycan Dövlət Neft Fonduna 2023-ci ildə 800,7 milyon manat və yaxud 471 milyon ABŞ dolları məbləğində bonus ödənişləri daxil olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə apardığı kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair hesabatda bildirilib. Sənədə əsasən, bu gəlir maddəsi büdcədə nəzərdə tutulana nisbətən (800,8 milyon manat) 100 % icra olunub. …
Read More »ARDNF I yarımillikdə AÇG-nin işlənməsindən 3 milyard dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsindən 3 milyard 5,3 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. Boyukmillet.com xəbər verir ki, bu, 2023-cü ilin ilk yarım ilinin göstəricisi ilə müqayisədə 342,7 milyon ABŞ dolları və yaxud 10,24 % azdır. Xatırladaq ki, 2023-cü ilin yanvar-iyun aylarında ARDNF AÇG-nin işlənməsindən 3 milyard 348 milyon ABŞ dolları məbləğində gəlir …
Read More »Neft Fondu “Şahdəniz”in işlənməsindən əldə etdiyi gəlirlərini açıqlayıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsindən 244,069 milyon ABŞ dolları həcmində gəlir əldə edib. Bu barədə “Report”a Fonddan məlumat verilib. Bildirilir ki, bu, 2023-cü ilin ilk yarım ilinin göstəricisi ilə müqayisədə 757,794 milyon ABŞ dolları və ya 4,1 dəfə azdır. Bu ilin ilk 6 ayında Neft Fonduna “Şahdəniz”dən daxil …
Read More »Azərbaycan İtaliya şirkətləri ilə əməkdaşlıq prioritetlərini müzakirə edib
İtaliyada səfərdə olan energetika naziri Pərviz Şahbazov “Baker Hughes” şirkətinin iqlim texnologiyaları həlləri üzrə baş vitse-prezidenti Alessandro Bresciani ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə enerji texnologiyası şirkətinin enerji keçidində iştirakını gücləndirən fəaliyyəti, ölkəmizlə yeni texnologiyaların tətbiqi ilə hasilatda məhsuldarlıq və səmərəliliyin artırılması üzrə əməkdaşlığı nəzərdən keçirilib. Dayanıqlı enerji həlləri və dekarbonizasiya istiqamətində əməkdaşlıq məsələlərinə toxunulub. Həmçinin COP29 vasitəsilə enerji …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
