Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Haliç Konqres Mərkəzində Türkiyə İxracatçılar Məclisinin (TİM) təşkilatçılığı ilə “2023-cü il ixracat çempionları”nın mükafatlandırma mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, mərasimdə Türkiyədə ötən il ərzində ən çox ixracat həyata keçirən ilk 10 şirkətə mükafatlar təqdim olunub. Qeyd edək ki, TİM tərəfindən açıqlanan “2023-cü il ixracat çempionları” siyahısına əsasən, qardaş ölkənin ən böyük …
Read More »Babək Hüseynov: “SOCAR İraqdakı neft layihələrinə maraq göstərir”
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İraqdakı neft layihələrinə maraq göstərir. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın vitse-prezidenti Babək Hüseynov bildirib. “Neft yatağı layihələrində iştirak etmək üçün Qazaxıstan, Türkmənistan, İraqla işləyirik. Ancaq nəticələr barədə ictimaiyyət yalnız müqavilələr imzalanandan sonra xəbər tutacaq”, – o vurğulayıb.
Read More »Pərviz Şahbazov: “Azərbaycan 3 yeni elektrik stansiyası ilə 1 milyon tona yaxın karbon emissiyasının qarşısını alacaq”
Bu gün Azərbaycanda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə təməli qoyulan 3 elektrik stansiyası 1 milyon tona yaxın karbon emissiyasının qarşısının alınmasına imkan verəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb. “Bu gün Azərbaycan və BƏƏ-nin münasibətlərindəki qardaşlıq, dostluq və strateji tərəfdaşlığın sinerjisinin gücü ilə daha bir tarixi uğura nail olundu. 445 MVt gücündə Biləsuvar GES, 315 MVt gücündə Neftçala …
Read More »Türkmən qazının Azərbaycan və üçüncü ölkələr vasitəsilə Türkiyəyə nəqli ilə bağlı müqavilə imzalanıb
Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qaz təchizatı, nəqli və tranziti sahəsində bir sıra müqavilələr imzalanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. İmzalanan müqavilələr iki ölkə hökumətləri arasında mayın 14-də imzalanmış “Təbii qaz sahəsində Əməkdaşlıq haqqında” Sazişdən irəli gəlməklə, SOCAR tərəfindən Türkiyəyə təbii qaz təchizatı, Azərbaycan qazının Türkiyə vasitəsilə Bolqarıstan …
Read More »BP-nin vitse-prezidenti Bakıya gəlib
BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel 29-cu Bakı Enerji Həftəsi və Forumunda iştirak etmək üçün Bakıda planlaşdırılmış üçgünlük işgüzar səfərdədir. Boyukmillet.com xəbər verir ki, Q. Birrelin səfər proqramı sabah Enerji Həftəsinin açılışı ilə başlayır. Bu tədbirdə Q. Birreli BPp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qəri Counz və şirkətin regional rəhbərliyinin digər üzvləri də qoşulacaqlar. …
Read More »Veronika Baqi: Macarıstan milli enerji və iqlimə dair planını yenidən nəzərdən keçirir
Macarıstan hazırda milli enerji və iqlimə dair planını yenidən nəzərdən keçirir və bu il iyunun 30-na qədər yeni versiyanı təqdim edəcək. Boyukmillet.com xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasında Macarıstan nümayəndə heyətinin rəhbəri Veronika Baqi ADA Universitetində “COP29: İqlim üzrə fəaliyyət üçün imkanlar və çağırışlar. Avropa və regional perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib. “Yeni plana 1990-cı ilə …
Read More »Səfir: Macarıstan Azərbaycan-Aİ “yaşıl enerji” dəhlizinə böyük əhəmiyyət verir
Macarıstan Azərbaycan-Avropa İttifaqı (Aİ) “yaşıl enerji” dəhlizinə böyük əhəmiyyət verir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a açıqlamasında Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma bildirib. “Yaşıl dəhliz” yeni nailiyyətdir. Bu, Cənubi Qafqazı və Avropanı birləşdirir və buna görə də həm Azərbaycana, həm də Macarıstana fayda verir”, – o deyib. Səfirin sözlərinə görə, hazırda bir çox Avropa ölkələrinin əsas məqsədi enerji sektorunun şaxələndirilməsi, …
Read More »Balluku: Albaniya Azərbaycanla ölkənin qazlaşdırılması sahəsində intensiv əməkdaşlığa hazırdır
Albaniya Azərbaycanla ölkənin qazlaşdırılması sahəsində çox intensiv əməkdaşlığa hazırdır. Boyukmillet.com xəbər verir ki, bunu Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Balluku ölkə parlamentinə “Albaniya Respublikası Nazirlər Şurası ilə Azərbaycan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsinə dair” qanun layihəsini təqdim edərkən söyləyib. “Albaniya çoxdan paylaşdığımız strategiya əsasında ölkənin qazlaşdırılması sahəsində çox intensiv əməkdaşlığa hazırdır”, – …
Read More »Azərbaycan nefti cüzi ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,17 ABŞ dolları, yaxud 0,2 % azalaraq 85,06 ABŞ dolları təşkil edib. Bu barədə “Report“a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 82,79 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), …
Read More »TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən mayın 6-da qaz tədarükü üçün 345 milyon 038 min 291 kVt/saat həcmində sifariş alınıb. Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 5,9 % azdır.Kipoi çıxış nöqtəsindən mayın 7-dən 12-dək qaz tədarükü üçün 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu da ötən həftənin aprelin 30-na olan sifariş həcmi …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
