Ermənistanın elm xadimləri, təhsil, mədəniyyət və incəsənət nümayəndələri baş nazir Nikol Paşinyanın istefası tələbi ilə birgə bəyanat yayıblar. Bu barədə Boyukmillet.com “Aysor.am”a istinadən xəbər verir. Bəyanata 60-dan çox elm, təhsil, mədəniyyət və incəsənət nümayəndəsi imza atıb. Onlar Ermənistanda yaranmış gərgin vəziyyətlə bağlı narahatlıqlarını ifadə ediblər. Ayrı-ayrı sahələrdə çalışan şəxslər ölkədəki gərgin vəziyyətə görə bütün məsuliyyətin Nikol Paşinyanın başçılıq etdiyi hakimiyyətin …
Read More »Azərbaycanda koronavirusa 4 403 yoluxma qeydə alınıb
Bu günə olan məlumata görə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 403, yeni yoluxma faktı qeydə alınıb, 2 919 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Qeyd olunub ki, son sutkada 42 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 158 555 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan96 330 nəfər müalicə olunaraq sağalıb, 1 755 nəfər …
Read More »Ovannes Koçaryan: Paşinyan Yerevan küçələrinə zirehli geyimli şəxslər yeridib
Yerevanın ictimai yerlərində insanların zirehli jiletlərdə və xüsusi formalarda olması polis əməkdaşlarına etibarsızlığın göstəricisidir. Boyukmillet.com “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistan Polisinin keçmiş rəis müavini Ovannes Koçaryan özünün feysbukdakı səhifəsində yazıb. Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarlarının aksiyasından bəhs edən keçmiş rəis müavini bəzi şəxslərin paytaxt küçələrində zirehli jiletlərdə olmasına diqqət çəkib. “Onlara kimsə izah etsin ki, öz görüntüləri …
Read More »Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təntənəli Qələbə paradında iştirak etmək üçün bu gün Azərbaycana gələcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasından bildirilib. Qeyd edilir ki, Türkiyə lideri Azərbaycanda iki gün olacaq. Onun Bakıya səfəri Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə gerçəkləşəcək. Səfər tarixi Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi məqsədilə sentyabrın 27-də başlanmış Vətən müharibəsində qələbənin qeyd …
Read More »Bu gün Ermənistan müxalifəti parlamentin binası qarşısında aksiya keçirəcək
Ermənistan müxalifəti bu gün ölkə parlamentinin binası qarşısında növbəti etiraz aksiyası təşkil edəcək. Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə “Vətənin qurtuluşu üzrə Hərəkat”ın yaydığı bəyanatda deyilir. “Əziz həmvətənlər, Ermənistan Respublikasının vətəndaşları bu gün (dünən-red) ölkənin bütün ərazisi üzrə vətəndaş itaətsizliyi aksiyaları keçirdik. Sabah (bu gün-red) eyni ruhda davam edirik. Eyni qətiyyətlə. Saat 16:00-da Ermənistan Milli Məclisinin binası …
Read More »Azərbaycanda daha 4 387 nəfər koronavirusa yoluxub, 38 nəfər ölüb
Bu günə olan məlumata görə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 387 yeni yoluxma faktı qeydə alınıb, 3 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Boyukmillet.com xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Read More »Qarabağda “Zəfər”, “ŞAKİR” və “Şuşa” mobil stansiyaları qurulub
Azərbaycan ordusunun İşğaldan azad etdiyi torpaqlarda “Zəfər”, “ŞAKİR” və “Şuşa” mobil stansiyaları qurulub. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib. “Belə-belə işlər” layihəsi Qarabağda ilk mobil rabitə şəbəkəsinin yaradılması barədə videosüjet hazırlayıb. Videosüjetdə işğaldan azad olunmuş Qarabağımızda ilk mobil rabitə şəbəkəsinin qurulması prosesi barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, azad olunmuş torpaqlarımızın ilk rabitəçiləri Cəbrayılda “Zəfər” adlı …
Read More »Yerevanda etirazçılar metronun işini iflic edib
Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbilə etiraz aksiyaları davam edir. Boyukmillet.com “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, onlarla aksiya iştirakçısı Yerevanda “Qorsaranain” metro stansiyasına daxil olaraq yürüşdə iştirak etməyən sərnişinlərin hərəkətinə mane olublar. Bildirilib ki, maşinistlər qatarı sürə bilmir. Polis əməkdaşları isə etirazçıların qarşısını almır. Bundan başqa, Yerevanın mərkəzi küçələri də aksiyaçılar tərəfindən bağlanıb. Aksiya iştirakçıları “Nikol, get!”, “Nikol …
Read More »Türkiyə hərbçiləri Bakıda Qələbə paradında iştirak edəcək
Türkiyə hərbçiləri dekabrın 10-da Bakıda keçirilməsi nəzərdə tutulan Vətən müharibəsində Qələbəyə həsr olunan paradda iştirak etmək üçün Bakıya gəlib. Boyukmillet.com xəbər verir ki, onlar dekabrın 8-də paytaxt küçələrində məşq ediblər. Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Qələbə paradında iştirak edəcək.
Read More »Türkiyə və Azərbaycan prezidentləri Monitorinq Mərkəzini müzakirə edəcəklər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin qurulmasını müzakirə edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb. Qeyd olunub ki, görüş zamanı iki ölkə arasındakı münasibətlər, habelə Qarabağdakı son vəziyyət də müzakirə olunacaq.
Read More »