Həbsdə olan hüquqşünas Namizəd Səfərovun işi üzrə məhkəmə istintaqı başa çatıb, dövlət ittihamçısı onun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses noyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilib. Səfərov 2025-ci il dekabrın 9-da həbs olunub. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq ittihamı verilib; bu maddə 5 ildən 10 ilədək …
Read More »Səfir: Britaniya şirkəti Naxçıvan şəhərinin baş planını hazırlayır.
Böyük Britaniya Naxçıvanla dörd sahədə əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Bu barədə Naxçıvanda səfərdə olan Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman jurnalistlərə məlumat verib. Səfir infrastruktur, xüsusilə dəmir yolu və yaşıl enerjini önə çəkib. Digər iki istiqamət isə turizm və kənd təsərrüfatıdır. Normanın sözlərinə görə, görüşlərdə Naxçıvanın dəmir yolunu yeniləmək üçün Britaniya təcrübəsindən necə yararlana biləcəklərini müzakirə ediblər. Günəş enerjisindən istifadə və elektrik …
Read More »8 Noyabrı Azərbaycan xalqının cəsarətinin tarixi adlandırdı
8 Noyabr demək olar ki, üç onillikdən sonra ölkənin ərazi bütövlüyünü bərpa etməyə nail olmuş Azərbaycan xalqının cəsarətinin, qətiyyətinin və fədakarlığının tarixi sübutu olub. Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif “X” sosial şəbəkəsindəki səhifəsində yazıb. “Zəfər Gününün altıncı ildönümündə əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə, eləcə də cəsur və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Pakistan o dövrdə …
Read More »Şuşanın azad olunmasından 6 il ötür
Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Boyukmillet.com xatırladır ki, şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Elə həmin gün Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan …
Read More »ABŞ İranın nüvə proqramı barədə məlumat verənlərə 20 milyon dollar mükafat vəd edib
ABŞ İranın nüvə proqramı, onun obyektləri, avadanlıqları və bu sahədə çalışan şəxslər barədə məlumat verənlərə 20 milyon dollaradək mükafat vəd edib.Boyukmillet.com xəbər verir ki, bu təşəbbüs ABŞ Dövlət Departamentinin “Rewards for Justice” proqramı çərçivəsində həyata keçirilir. Qeyd edək ki, ABŞ Dövlət Departamentinin ədalət mükafatı proqramı 1984-cü ildə yaradılıb. Proqramın məqsədi ABŞ vətəndaşlarının həyatını və ölkənin maraqlarını qorumağa kömək edə biləcək …
Read More »Mask: Süni intellekt gələcəkdə bütün insan ehtiyaclarını ödəyə biləcək
“SpaceX” şirkətinin təsisçisi İlon Mask hesab edir ki, gələcəkdə süni intellekt insanın bütün ehtiyaclarını, o cümlədən səhiyyə sahəsindəki tələbatını ödəmək imkanına malik olacaq.Boyukmillet.com xəbər verir ki, o, bu barədə amerikalı investor Ron Baronla müsahibəsində bildirib. Maskın sözlərinə görə, superintellekt bəşəriyyətin bütün ehtiyaclarını təmin edəcək, insanların gəlirləri əhəmiyyətli dərəcədə artacaq və səhiyyə xidmətlərinin səviyyəsi indiki ən qabaqcıl imkanları belə geridə qoyacaq.Sahibkar …
Read More »BMT: Hörmüz boğazında münaqişə nəticəsində 25 dənizçi həlak olub
ABŞ və İran arasında davam edən münaqişə nəticəsində fevralın 28-dən bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) məlumat yayıb.Bildirilib ki, həmin dövrdə regionda ticarət gəmilərinə edilən hücumların sayı 130-a çatıb, minlərlə dənizçi isə Fars körfəzində qapalı vəziyyətdə qalıb. Sonuncu ölüm hadisəsi noyabrın 5-də hücuma məruz qalan “Velos Sapphire” …
Read More »ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli texniki planlaşdırma qrupları yaradıblar
ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar.Boyukmillet.com ABŞ Dövlət Departamentinə istinadla xəbər verir ki, bu barədə noyabrın 6-da üç ölkənin hökumətləri tərəfindən yayılan birgə bəyanatda bildirilib.Bəyanata əsasən, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan, Ermənistan xarici işlər nazirinin müavini Vahan …
Read More »Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. Boyukmillet.com xatırladır ki, 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri şəhərdə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarının yerləşdiyi ərazini “Smerç” raketləri ilə atəşə tutub. Ermənistanın beynəlxalq hüquqla qadağan olunan kaset …
Read More »Elmar Məmmədyarovun bağı ilə bağlı QALMAQAL
Keçmiş Xarici İşlər naziri Elmar Məmmədyarovun Mərdəkanda yerləşən 0.24 hektarlıq bağ sahəsilə əlaqədar qalmaqal yaranıb. Anar Həsənov adlı şəxs bu bağ sahəsinin onun ailəsinə məxsus olduğunu iddia edir. Onun iddiasına görə, Mərdəkan qəsəbəsində yerləşən 0,12 hektar bağ sahəsi 1988-ci ildə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı ilə atasına verilib.Elmar Məmmədyarovun adına 2016-cı ildə 0.24 hektarlıq bağ sahəsinə mülkiyyət …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar
