Ədliyyə naziri Fikrət Məmmədov millət vəkili Bəxtiyar Əliyevin qardaşını yüksək vəzifəyə təyin edib. Boyukmillet.com xəbər verir ki, F. Məmmədovun əmri ilə Əliyev Qabil Həmzə oğlu Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. O, həmçinin, həmin idarənin rəisi vəzifəsini müvəqqəti icra edəcək. Qeyd edək ki, Qabil Əliyev bu təyinata qədər Prezident Adminstrasiyasında çalışıb.
Read More »Toy üçün Faiq Ağayevə zəng edən məmurlar kim olub?
Seymur VERDİZADƏ Xalq artisti Faiq Ağayev maraqlı açıqlama ilə çıxış edib. Faiq Ağayev deyib ki, son 20 gündə 3 toydan imtina edib. Müğənni toy sahiblərinin kimliyini açıqlamayıb. Amma onların varlı-pullu, imkanlı adam olduqlarına işarə vurub: “Dedilər ki, əşşi, narahat olma, tapşırılıb. Heç kim bizi narahat etməyəcək”. Beş aydan çoxdur ki, Azərbaycanda kütləvi tədbirlərin, o cümlədən toy və yas mərasimlərinin keçirilməsi …
Read More »Xırdalan yolunda dəmir yolu körpüsünün söküntüsünə başlanılıb
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yerləşən mövcud dəmir yolu körpüsünün söküntüsü işlərinə start verilib. Bu barədə Open.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildiriblər. Aparılan işlərlə əlaqədar olaraq günün müəyyən saatlarında hər bir istiqamət üzrə intensivlik nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır. Təhlükəsizlik baxımından söküntü işləri körpünün sırf hərəkətin məhdudlaşdırıldığı zolaqlar üzərindəki hissəsində aparılır. …
Read More »ÜST-dən məktəblərin bərpası ilə bağlı AÇIQLAMA
COVID-19 pandemiyası təhsil sisteminin fəaliyyətində misli görünməmiş kəsintiyə səbəb oldu və hazırda əsas məqam tədris müəssisələrinin fəaliyyəti bərpa olunduqdan sonra maksimum dərəcədə təhlükəsiz işin təmin olunmasıdır. Bu barədə Open.az-a Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildiriblər. ÜST-dən bildirilib ki, COVID-19 pandemiyası 190-dan çox ölkədə təxminən 1,6 milyard şagird və tələbəyə təsir göstərib. Onun sözlərinə görə, əksər Avropa ölkələri pandemiya ilə mübarizə çərçivəsində …
Read More »14 yaşayış məntəqəsini əhatə edən yolun əsaslı təmiri bu il başa çatacaq
Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun tikintisi sürətləndirilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Open.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən yolda yenidənqurma işləri davam etdirilir. Məlumatda bildirilir ki, Cibir–Həzrə–Mucuq–Sudur marşrutu üzrə 14 yaşayış məntəqəsini əhatə edən yolun uzunluğu 46 kilometrdir: “Yol torpaq əsaslı və çınqıl örtüklü olmaqla 4-cü texniki dərəcəlidir. Çətin relyefə malik ərazidən keçən avtomobil yolu uzun illər təmir olunmadan …
Read More »Mehriban Əliyeva: “Hər birinizə tükənməz sevgi və xoşbəxtlik arzulayıram!”
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva doğum günü münasibətilə onu təbrik edənlərin hər birinə təşəkkür edib. Boyukmillet.com xəbərinə görə, Mehriban Əliyevanın “İnstagram” hesabında yer alan mətndə deyilir: “Nə qədər saf, təsiredici sözlər, gözəl, xoş arzular! Bu qədər ürəkdən ifadə edilmiş hisslər! Ad günü təbriklərinə görə hamıya minnətdaram! Sevginizə, etimadınıza, hörmətinizə, diqqət və səmimiyyətinizə görə təşəkkür edirəm! Qəlbləri hərarətləndirən duyğu və sözlərinizə görə çox sağ …
Read More »Milli Məclisin zallarına adlar verildi
Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin inzibati binasında mövcud olan görüş otaqlarının və iclas salonlarının adlandırılması haqqında Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Sərəncama əsasən, xalqımızın və dövlətimizin tarixi-mədəni irsinin yaşadılması, nəsildən-nəsilə ötürülməsi işinə töhfə vermək məqsədi ilə parlamentin inzibati binasında olan görüş otaqlarına və iclas salonlarına aşağıdakı adlar …
Read More »Türkiyədə əsassız erməni iddialarına qarşı layihə həyata keçirilir
Türkiyənin Kocaeli vilayətində fəaliyyət göstərən Kocaeli Azərbaycan Heydər Əliyev adına Mədəniyyət Evi Dərnəyi tərəfindən “Əsassız erməni iddialarına aydınlıq gətirmə” layihəsinə başlayıb. Boyukmillet.com AZƏRTAC -a istinadən xəbər verir ki, layihə çərçivəsində erməni terror qruplaşmaları və Ermənistan tərəfindən həyata keçirilən qətliamlarla bağlı ingilis, rus və türk dillərində qısametrajlı filmlərin çəkilməsi və sosial media vasitəsilə dünyaya yayılması nəzərdə tutulur. Layihə çərçivəsində 1915-ci il hadisələri …
Read More »Qəvvam əs-Səltənin Moskva görüşləri və ya Cənubi Azərbaycanın taleyinin həll edildiyi günlər
7NEWS.az Adıgözəl Məmmədovun müəllifi olduğu “M.C.Bağırov-Siyasi Portret”kitabındakı Cənubi Azərbaycanın taleyinin necə həll edildiyindən bəhs edən bölmənin bir hissəni oxucuları ilə bölüşür (müəllifin razılığı ilə ). 1946-cı il Yanvarın sonunda Londonda BMT-nin növbəti sessiyası işə başlayır. Baş nazir Həkimi İran məclisinin nümayəndəsi S.Tağızadəyə Sovet İttifaqının İranın daxili işlərinə müdaxilə etməsi məsələsini sessiyada qaldırmağı tapşırır. Beləliklə, yanvarın 19-da S.Z.Tağızadə BMT-nin komissiyasına məktubla müraciət …
Read More »Lotu Qulinin yerinə o keçib: Bazarlardan haqq almağa başladı – FOTO
Nadir Səlifovun işlərini qardaşı, “qanuni oğru” Namik Bakinski davam etdirir Avqustun 19-a keçən gecə Türkiyənin Antalya şəhərindəki otellərdən birində öldürülən “Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun işlərini, onun qardaşı Namik Səlifov davam etdirəcək. Boyukmillet.com Rusiyanın “Novaya qazeta” nəşrinə istinadən bildirir ki, Lotu Qulinin kiçik qardaşı, 44 yaşlı “qanuni oğru” Namik Səlifov (Namik Bakinski) öldürülən qardaşının işlərini …
Read More »