Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, terror-təxribat və digər pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks tədbirlər davam etdirilir. DTX-dan daxil olan xəbərə görə, xarici xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycan Respublikası vətəndaşlarının seçilərək onlara ölkə hüdudlarından kənarda radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə hərbi təlimlərin keçirilməsi, şəxsiyyətləri gizlədilərək müxtəlif adlarla digər …
Read More »Deputat Rusiya mətbuatında TƏNQİD ETDİ: “Moskva vasitəçilik missiyasını və götürdüyü öhdəlikləri pozub”
Milli Məclisin deputatı Azay Quliyevin Rusiyanın Ermənistana qalmaqallı silah satışı ilə bağlı məqaləsi Rusiyanın “Интерфакс” informasiya agentliyində dərc olunub. Boyukmillet.com xəbər verir ki, məqalədə Azay Quliyev Rusiyanın işğalçı ölkəyə böyük həcmdə verdiyi silahların ölkə ictimaiyyətində yaratdığı ciddi narazılıqdan bəhs edir və Azərbaycanın hansı səbəblərə görə Rusiyadan inandırıcı izahat tələb etməsinə aydınlıq gətirir. Məqalənin əhəmiyyətinin nəzərə alaraq, onun qısa tərcüməsini təqdim …
Read More »Türk mediası: Rusiya Ermənistanı savaşa hazırlayır – VİDEO
Rusiyadan Ermənistana silah daşıyan təyyarənin uçuş zonası ortaya çıxıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin “Haber Qlobal” saytı məlumat yayıb. Türk mediası bildirib ki, Rusiya Ermənistanı silahlandırmaqla savaşa hazırlayır. Məlumata görə, avqustun 25-dən etibarən hər gün Rusiyaya məxsus İl-76 təyyarəsi Mozdok-Aktau-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan marşurtu ilə uçuşlar həyata keçirib. Daha ətraflı aşağıdakı materialda:
Read More »Bakıdan rayonlara giriş-çıxış bağlı qaldı
Rayonlararası gediş-gəlişin tam açılması məsələsinə təkrar baxılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Məlumatda qeyd edilib ki, bununla bağlı qərar sanitar-epidemioloji vəziyyət təhlil edilərək veriləcək.
Read More »Metro nə vaxt açılacaq?
“Metropolitenin fəaliyyəti ilə bağlı məsələ müzakirə mövzusudur. Bununla bağlı müzakirələr hazırda davam etdirilir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. Onun sözlərinə görə, bununla bağlı ölkə ictimaiyyətinə məlumat veriləcək.
Read More »Azərbaycanda xüsusi karantin rejimi sentyabrın 30-dək uzadılıb
Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində həyata keçirilən preventiv tədbirlər nəticəsində, eləcə də əhalinin tətbiq olunan karantin və gigiyena qaydalarına daha ciddi və məsuliyyətli əməl etməsi, dövlət-vətəndaş həmrəyliyi sayəsində ölkədəki sanitar-epidemioloji vəziyyət stabilləşib, yoluxma hallarının kəskin azalmasına nail olunub. Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, avqustun 5-dən sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, …
Read More »Fərdi tədris və repetitor xidmətlərinə icazə verilir
Avqustun 31-dən etibarən xüsusi karantin rejiminin qaydalarına riayət etməklə və 10 nəfərədək qruplarda fərdi tədris və repetitor xidmətlərinə icazə veriləcək. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında qeyd edilib.
Read More »“Vaksinlər hazır olan kimi ölkəyə gətiriləcək”
“Dünya səviyyəsində sertifikasiyadan keçən COVID-19-la əlaqədar vaksinlər hazır olan zaman ölkəyə gətiriləcək. Bununla bağlı məsələ izlənilir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.Onun sözlərinə görə, həmin vaksinlərin Azərbaycan vətəndaşlarına tətbiq olunması istiqamətindəki məsələlər də daim diqqət mərkəzində saxlanılır.
Read More »SON DƏQİQƏ: Azərbaycanda küçənin ortasında PROFESSOR ÖLDÜRÜLDÜ
Gəncədə qətl hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə M.Gəncəvi küçəsində qeydə alınıb. Sözügedən küçədə yaşayan orta yaşlı kişi evdə bıçaqla qətlə yetrilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin baş verməsi səbəbləri və qətlin kim tərəfindən törədildiyi araşdırılır. Qeyd edək ki, qətlə yetirilən şəxs Gəncə Tibb Kollecinin professorudur.
Read More »Murad Dadaşov onları “Xəzər”dən kənarlaşdırdı
Xalq artisti Murad Dadaşovun rəhbərlik etdiyi “Xəzər” TV-də bir neçə dəyişiklik baş tutub. Boyukmillet.com xəbər verir ki, bəzi tanınmış teleaparıcıların kanaldakı fəaliyyətinə son verilib. Onlardan biri Zaur Kamaldır. Zaur bundan sonra “Xəzər”in nəzdində fəaliyyət göstərən “Dalğa” TV-də tamaşaçıların görüşünə gələcək. Mart ayından aparıcısı olduğu veriliş bağlanan prodüser Tarix Əliyev də (Tolik) yeni mövsümdən “Dalğa” TV-də efirə çıxacaq. “Xəzər”in efirindən qaldırılan …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
