Avqustun 17-də saat 03 radələrində Astara rayonu ərazisində polis əməkdaşı Xanlar Hüseynovun xidməti vəzifəsini yerinə yetirərkən bıçaqlanması barədə rayon prokurorluğuna məlumat daxil olub. Boyukmillet.com bildirir ki, Astara rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Araşdırmalarla Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin əməkdaşları tərəfindən …
Read More »“Əl-Cəzirə”dən azərbaycanlı gəncə yüksək etimad – FOTO
Məşhur “Əl-Cəzirə” kanalında çalışan azərbaycanlı xanım Aysəba Umutlu Yaxın Şərq ölkələrinin liderlərini birləşdirən “Yaxın Şərq Liderlik Akademiyası”nın (MELA) 2020-2022-ci illər üçün Qətər üzrə prezidenti seçilib. Aysəba Umutlu təşkilatda yeganə ərəb olmayan prezidentdir.
Read More »Teleaparıcı Naxçıvan əhalisindən üzr istəyib – Video
Tanınmış teleaparıcı Elçin Əlibəyli Naxçıvan MR əhalisindən üzr istəyib. Boyukmillet.com xəbər verir ki, buna səbəb teleaparıcının “El bizim sirr bizim” verilişində Naxçıvan MR Sədərək rayonunda ağacların kəsilməsi ilə bağlı məlumatın getməsi olub. Belə ki, verlişdə qonaq qismində qatılan əslən Sədərək rayonundan olan şair Kamaləddin Qədimin Muxtar Respublikanın Sədərək rayonunda ağacların kəsilməsi ilə bağlı məlumat verib. Daha sonra şair bu məsələni …
Read More »Ermənilər Tovuzun kəndlərinə pulemyotlardan atəş açıblar – Müdafiə Nazirliyi
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, …
Read More »Bu gündən kafe, restoran və çayxanalar açılır
Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində elan edilmiş sərtləşdirilmiş karantin rejimində avqustun 18-dən dəyişiklik edilməsi haqda qərar qəbul edib. Boyukmillet.com Operativ Qərargaha istinadən xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə bu gündən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilib. …
Read More »Karantinə nəzarət gücləndirildi – Bakıda
Fəaliyyətinə icazə verilmiş sahələr üzrə xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin tam və hərtərəfli təmin olunması üçün polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktik tədbirlər gücləndirilib.Bakı şəhər BPİ Mətbuat Xidmətindən verilən məlumata görə, istehsal, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmətin sanitar-epidemioloji normalara uyğun aparılması və insanlar arasında sosial məsafənin qorunması məqsədilə paytaxtın bütün ərazilərində …
Read More »Müəllimlərin maaşının azaldılması ilə bağlı RƏSMİ AÇIQLAMA
“Hibrid formada təhsilin müəllimlərin maaşına heç bir təsiri yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev deyib. O bildirib ki, mövcud layihədə dərs saatlarının bir hissəsi məktəbdə, digər hissəsi onlayn keçiriləcək: “Ənənəvi tədris planları qalacaq. Burada müəllimlərin əməkhaqqında heç bir azalma nəzərdə tutulmur”.
Read More »Baş Prokurorluq əhaliyə müraciət edib
Çağrı Mərkəzi və “Qaynar xətt” əlaqə mərkəzinə məlumat verilməsi tövsiyə olunur Dövlət başçısının vətəndaş-məmur münasibətlərinin meyarlarını müəyyənləşdirən tövsiyələrindən irəli gələrək qanunçuluğun və vətəndaş məmnunluğunun təmin edilməsi, prokurorluq orqanlarında müraciətlərin qəbulu üzrə fəaliyyətin daha da təkmilləşdirilməsi, daxil olmuş ərizə və şikayətlərə dərhal baxılması, müraciət müəlliflərinin məlumatlandırılması və izahların verilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun 961 nömrəli Çağrı Mərkəzi və Baş Prokuror …
Read More »Şok: ermənilər bu türk ölkəsini ələ keçirir – VİDEO
Ermənilər Başqırdıstan Respublikasında bütün prosesləri tənzimləyirlər. Boyukmillet.com xəbər verir ki, bu barədə Ufa fəalı Ramila Saitova Yutub kanalında paylaşdığı videoda bildirib. Onun sözlərinə görə, Başqırdıstanda hər şey ermənilərin əlindədir: “Ermənilər istədiklərini edirlər. Bir neçə gün öncə özümdən Başqırdıstanda niyə bu qədər erməninin olduğunu soruşduğum bir video çəkdim. Bir müddət sonra isə Başqırdıstan Respublikası Prokurorluğu tərəfindən mənim ekstremizmə görə mühakimə olunduğumu …
Read More »Payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib-FOTO
2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı 12 avqust 2020-ci il tarixdə keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən verilmiş tapşırıqlar və qarşıda duran vəzifələrlə əlaqədar Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində keçirilən əməliyyat müşavirəsində Daxili İşlər naziri general-leytenant Fazil Ələkbərov məruzə ilə çıxış edib. NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bildirilib ki, Naxçıvan Muxtar Respublikasında ümummilli lider Heydər …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
